23 dekabr 1957-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Krasnoselo rayonunun Toxluca kəndində anadan olub.
1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki Azərbaycan Pedaqoji Universitetini) bitirib və təyinatla o vaxtkı Ermənistan SSR Krasnoselo rayonunun Toxluca kənd orta məktəbinə riyaziyyat müəllimi göndərilib.
1981-1985-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı olub,
1987-ci ildə fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.
1989-cu ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövət İqtisad Universiteti) “Fəlsəfə” kafedrasında müəllim işləyib.
2007-2016-cı illərdə həmin kafedranın müdiri vəzifəsində çalışıb.
2004-cü ildə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib.
2009-cu ildən “Fəlsəfə” (hazırda “Humanitar fənlər”) kafedrasının professorudur.
100-ə yaxın elmi və tədris-metodiki əsərin müəllifidir. Rusiyada (Moskva), Türkiyədə (İstanbul), Yunanıstanda (Afina) və Almaniyada elmi əsərləri çap olunub. XXI, XXIII Ümumdünya Fəlsəfə Kongreslərinin və IV Rusiya Fəlsəfə Kongresinin iştirakçısı olub. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fəlsəfə, Sosoilogiya, Psixologoya, Pedaqogika və Dinşünaslıq üzrə ekspert şurasının üzvüdür.
Ailəlidir, iki övladı var.
Tələbə Elmi Konfransı: “Mədəni və mənəvi müxtəlifliyin birliyi” (01.06.2017)
UNEC-də elmi seminar: Tolerantlığın Azərbaycan modeli (16.11.2016)