08.11.1945-ci ildə Ağsu rayonunun Qaraqoyunlu kəndində anadan olub.
1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) İqtisad fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur.
1964-1967-ci illərdə həqiqi hərbi xidmətini başa vurduqdan sonra təhsilini D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Uçot-iqtisad fakültəsinin əyani şöbəsində davam etdirib. 1970-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. Təyinatla Azərbaycan elmi-tədqiqat kənd təsərrüfatının iqtisadiyyatı və təşkili institutuna işləməyə göndərilib, müxtəlif illərdə həmin instiututda elmi işçi, baş elmi işçi və elmi katib vəzifələrində çalışıb. 1973-1977-ci illərdə institutun aspiranturasının əyani şöbəsinə qəbul olunub və 1980-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində namizədlik dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1981-ci ildən Azərbaycan Dövlət İqtsad Universitetinin «Mühasibat uçotu» kafedrasında baş müəllim, dosent vəzifələrdə çalışıb.
1985-ci ildə Uçot-iqtisad fakültəsinə dekan müavini vəzifəsinə təyin olunub, 1987-ci ildən 2022-ci ilin sentyabrına kimi «Mühasibat uçotu və audit» kafedrasının müdiri vəzifəsində işləyib.
2005-ci ildə iqtisad elmləri doktoru adına layiq görülüb. 1990-cı ildən dosent, 2006-cı ildən professordur.
Respublika Maliyyə Nazirliyi Elmi-metodik Şurasının, Respublika Auditorlar Palatası Rəyasət Heyətinin, Amerika Auditorlar İnstitutunun, «Maliyyə və uçot», «İqtisadiyyat və audit», «Audit», «İqtisad elmləri: nəzəriyyə və praktika» «Sosial həyat» jurnallarının redaksiya heyətlərinin üzvüdür. Universitetdə fəaliyyət göstərən FD.02.052 Dissertasiya Şurasının sədr müavinidir.
Rəhbərliyi altında 8 elmlər namizədi və 1 elmlər doktoru hazırlanıb.
1991-ci ildə tədrisin səmərəli təşkilindəki xidmətlərinə görə Respublika Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.
2015-ci ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adına layiq görülüb.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
200-ə yaxın dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın, tədris proqramlarının, elmi məqalənin və digər tədris-metodik vəsaitlərin müəllifidir. Həmin əsərlərin əksəriyyəti, xüsusən də, «Mühasibat (maliyyə) uçotu» (dərslik), «Mühasibat uçotuna dair məsələlər məcmuəsi» (dərslik), «Mühasibat (maliyyə) hesabatı» (dərslik), «Xidmət sahələrində mühasibat uçotu» (dərs vəsaiti), «Xarici ölkələrdə mühasibat uçotu (dərs vəsaiti), «Mühasibat uçotunda, iqtisadi təhlildə və auditdə istifadə olunan terminlərin izahlı lüğəti» (dərs vəsaiti), «İdarəetmə uçotu» (dərslik), «Maliyyə hesabatı: formalaşması və təkmilləşdirilməsi problemləri» (monoqrafiya) və s. respublika iqtisadçıları tərəfindən yüksək qiymətləndirilmiş və iqtisadiyyat təmayüllü bütün ali məktəblərdə və kolleclərdə istifadə olunur.
Müxtəlif illərdə Moskva, Sankt-Peterburq, Odessa, Daşkənd, Tbilisi, Kiyev, Kutaisi, Naxçıvan və s. şəhərlərdə beynəlxalq konfrans və simpoziumlarda maraqlı məruzələrlə çıxış edib.
UNEC professorlarının yeni platforması: “Elm və ictimaiyyət” (30.03.2018)
UNEC professorları elmin aktual problemlərindən danışıblar (25.12.2017)
UNEC-də “Elm aylığı” – elmi tədqiqata maraq artıb (10.11.2017)
Elm və təhsil sintezinin arxitekturası: UNEC təcrübəsi” (27.10.2017)
UNEC alimləri beynəlxalq elmi konfransda (29.06.2017)
UNEC professorları beynəlxalq elmi tədbirdə (31.05.2017)
UNEC alimləri beynəlxalq forumda çıxış ediblər (29.11.2016)