19.10.2020-ci il tarixində “Ekspertiza və standartlaşdırma” fakültəsinin “İstehlak mallarının ekspertizası”, “Standartlaşdırma və sertifikasiya”, “Qida məhsullarının texnologiyası”, “Texnoloji maşınlar və sahə avadanlıqları” və “Fizika və kimya” kafedraları ləğv edilmiş və “Mühəndislik” fakültəsi, “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradılmışdır.
Azərbaycan Respublikasi Mədəniyyət Naziriliyi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə 11 dekabr 2015-ci iltarixində II Beynəlxalq Plov Festivalı keçirilmişdir. Festival “Sərin” şadlıq sarayında təşkil olunmuşdur.
“Texnologiya və Dizayn” fakültəsinin “Qida məhsullarının texnologiyası” kafedrasının əməkdaşları – N.K.Rəhimov, A.A.Qurbanova, E.M.Omarova, M.H.Məhərrəmova, S.İ.Məhərrəmova və M.R.Yusifova bu festivalda fəal iştirak etmişlər. Festivalın keçirilməsində məqsəd müxtəlif ölkələrin düyü mədəniyyəti ilə tanış olmaq və Azərbaycan mətbəxinin şah əsəri olan plovlar ilə xarici qonaqları tanış etməkdir. Festivalda Türkiyə, İndoneziya, İran, Səudiyyə Ərəbistanı, Tacikistan, Özbəkistan, Hindistan, Korea və s. ölkələrin müxtəlif növ plovları nümayiş etdirildi. Sonda AMKA-nin prezidenti Tahir Əmiraslanov düyü mədəniyyəti haqqında geniş məlumat verdi.
UNEC-də yeni laboratoriya yaradılacaq (09.04.2018)
UNEC tələbələrindən Beynəlxalq Kulinariya Günündə xeyriyyə aksiyası (19.10.2017)
UNEC-də “Beynəlxalq Müəllimlər Günü” (05.10.2017)
UNEC dosenti qida məhsullarının texnoloji xüsusiyyətlərini tədqiqi edib (27.04.2017)
UNEC məzunları: “Universitetdə əldə etdiyimiz biliklər iş prosesində çox faydalı olur” (21.04.2017)
UNEC tələbələri “Az-Granata şirə və şərab emalı” zavodunda istehsalat təcrübə keçəcəklər (31.10.2016)
UNEC-də elmi seminar (26.05.2016)
UNEC kollektivi “WorldFood Azerbaijan” sərgisində (20.05.2016)
UNEC tələbələri İsveçrə mətbəxi ilə tanış olublar (19.04.2016)
ADİU əməkdaşı beynəlxalq elmi-texniki konfransda (04.05.2015)
Kafedra 1996-cı ilin iyun ayından fəaliyyət göstərir. 1996-2000-ci illərdə burada bakalavr və magistr təhsil pillələri üzrə 10-dan çox ixtisas və peşəyönümlü fənlər tədris olunurdu. Bunlardan Qida sənayesi məhsullarının texnologiyası, İaşə məhsullarının texnologiyasının nəzəri əsasları, İaşə müəssisələrinin texnoloji layihələşdirilməsi, Qida fiziologiyası, Qida mikrobiologiyası, Texniki mikrobiologiya, sanitariya və gigiyena və s. göstərmək olar. Mövcud olduğu illərdə kafedrada üç ixtisas üzrə kadr hazırlığı aparılmışdır. 2000-ci ildən həmin kafedranın bazasında yeni kafedra – “Çörək məhsullarının texnologiyası və sahə avadanlıqları” (kafedra müdiri əvvəllər dos. X.S.Mustafayev, sonra G.A.Abbasbəyli olmuşdur) kafedrası yaradıldı. Buna görə də “Qida məhsullarının texnologiyası” kafedrasında yalnız iki – İaşə məhsullarının texnologiyası və Qida sənayesində və iaşə sistemində bədii layihələndirmə və tərtibat ixtisasları üzrə mütəxəssis hazırlığı davam etdirilirdi.
Sonralar bu kafedradan başqa bir bölmə ayrılaraq “Ət, balıq və süd məhsullarının texnologiyası” kafedrası yaradıldı (müdiri prof. R.A.Əliyev). Kafedraya uzun müddət (yaranandan 2009-cu ilə qədər) texniki elmlər namizədi, dos. N.H.Qurbanov rəhbərlik etmişdir.
Kafedra respublika və xarici ölkələrin bir sıra ali məktəbləri və elmi müəssisələri ilə sıx əməkdaşlıq edirdi. Bunlardan Plexanov adına Moskva Xalq Təsərrüfatı Akademiyasını, Kiyev Ticarət-İqtisad Universitetini, Mogilyov Texnologiya İnstitutunu, Ümumrusiya Qida İnstitutunu, Malta Kulinariya Assosiasiyasını, Azərbaycan Texnologiya Universitetini, Azərbaycan Milli Kulinariya Mərkəzini və s. göstərmək olar.
Kafedra mövcud olduğu dövrdə dərsliklər, çoxsaylı elmi məqalələr nəşr etdirmişdir. Kafedra əməkdaşlarından bir neçəsi müxtəlif istehsal sahələri, o cümlədən Xırdalandakı “Baba” türk firması, Bakıdakı “Sərin” firması, Respublika Səhiyyə Nazirliyinin Dərman birliyi və s. ilə əməkdaşlıq edirdi.
2009-cu ildə “Çörək məhsullarının texnologiyası və sahə avadanlıqları” və “Balıq, ət və süd məhsullarının texnologiyası” kafedraları birləşərək ilkin adla “Qida məhsullarının texnologiyası” kafedrası kimi fəaliyyətini davam etdirdi. 2005-2016-cı illərdə kafedraya dos. G.A.Abbasbəyli rəhbərlik edib. Hazırda kafedraya dos. M.Məhərrəmova rəhbərlik edir.
Burada “Qida məhsullarının texnologiyası” istiqamətində (hazırda “Qida məhsulları mühəndisliyi” ixtisası), “İaşə məhsulları texnologiyası” və “Qida sənayesində və iaşə sistemində bədii layihələndirmə və tərtibat” (dizayn), “Çörək, makaron, unlu qənnadı məmulatları və qida konsentratlarının texnologiyası”, “Ət və ət məhsullarının texnologiyası”, “Balıq və balıq məhsullarının texnologiyası”, “İaşə məhsullarının texnologiyası”, “Şərabçılıq və qıcqırma istehsalının texnologiyası”, “Süd və süd məhsullarının texnologiyası” ixtisaslaşmaları üzrə bakalavr və magistrlərin hazırlığı həyata keçirilir.
Kafedrada “Kütləvi qidalanma məhsullarının istehsal texnologiyası”, “Kütləvi qidalanma məhsullarının tədqiqi və keyfiyyətinə nəzarət” laboratoriyası, “Qida sənayesi və iaşə məhsullarının bədii tərtibatı” və “Aspirant, dissertant və magistrlər üçün elmi-tədqiqat problem laboratoriyası”, “Çörək məhsullarının texnologiyası”, “Ət və balıq məhsullarının texnologiyası” və digər laboratoriyalar vardır.
*
Kafedra əməkdaşları ll Beynəlxalq dolma festivalında
(Xaçmaz rayonu – 15.06.2017)
Bir qayda olaraq, istehsalat və digər təcrübələr qabaqcıl iaşə sistemi və qida sənayesi müəssisələrində, o cümlədən “Bismak” qida sənaye kompleksində, Bakı Şampan Zavodunda və həmçinin Azərbaycan Milli Kulinariya Mərkəzində yerinə yetirilir.
Kafedra öz elmi fəaliyyətində Kiyev Milli Ticarət İqtisad Universiteti, Mogilyov Ərzaq Universiteti, Berlin Texniki Universitetinin Qida Məhsullarının Texnologiya və Qida Kimyası İnstitutu, Moskva Dövlət Qida Məhsullarının Texnologiyası Universiteti, Pyatiqorsk Texnologiya Universiteti, Azərbaycan Texnologiya Universitetilə əlaqələr yaratmışdır.
Kafedra əməkdaşlarının qida məhsulları texnologiyalarına, proses və aparatlarına, onların etnoqrafiyasına həsr olunmuş müxtəlif səpgidə materiallarının əksəriyyəti respublikamızdan kənarda – ABŞ-da, Almaniyada, Rusiyada, Türkiyədə, Belorusda, Ukraynada və digər ölkələrdə çap olunmuşdur. Görülən elmi işlərin çoxu funksional əhəmiyyətli qida məhsulları istehsalının texnologiyalarına və bu sahənin avadanlıq və aparatlarının yaradılması və tədqiqinə həsr edilmişdi. Kafedra əməkdaşları elm sahəsində qrantlar almış, beynəlxalq elmi müsabiqələrdə iştirak etmişlər.