Çin səfirindən UNEC-ə hədiyyə

15 APREL 2021 | VIEWS:
376

sefir_kitab_150421Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi Çin ilə Azərbaycanın diplomatik münasibətlərin 29-cu ildönümü və Ümumdünya Kitab və Müəlliflik Hüququ günü münasibətilə UNEC-ə kitablar hədiyyə edib.

Qədim Şərq ölkəsinin tarixi, mədəniyyəti, ədəbiyyatı, elmi, fəlsəfəsi, siyasəti, iqtisadiyyatı və texnologiyasından bəhs edən kitablar UNEC Kitabxana İnformasiya Mərkəzinə təqdim olunub.

Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min UNEC rektoruna ünvanladığı məktubda kitabların oxuculara böyük Şərqin qədim ölkəsinin zəngin tarixi və mədəniyyəti ilə tanış olmaq və müasir Çinin əsas inkişaf tendensiyalarını yaxından izləmək baxımından əhəmiyyətli olacağını bildirib. Xanım səfir kitabların hər iki ölkənin gəncləri arasında qarşılıqlı anlaşmanın və ənənəvi dostluq münasibətlərinin möhkəmləməsində mühüm rol oynayacağından əminliyini ifadə edib.

*

https://news.unec.edu.az/xeber/125-universitet/7361-bold-red-chin-sefirinden-unec-e-hediyye-bold-red

377 1