riyaz_gulnara_fotof.-r.e.n., dos. Şıxlinskaya Gülnarə Teymur qızı

1960-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1982-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Azərbaycan Elmlər Akademiyası (hazırda AMEA) Kibernetika İnstitutunda işə başlamışdır.

Müxtəlif illərdə mühəndis, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışdır.

1988-ci ildə Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

1995-ci ildən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Ali riyaziyyat” kafedrasında  baş müəllim, dosent vəzifələrində işləmişdir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

 

*

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının dosentidir.

2020-ci ildən UNEC -in “Riyaziyyat və statistika” kafedrasının dosentidir.

34 elmi-metodik əsərin, o cümlədən metodik göstəriş, fənn üzrə proqram, elmi məqalə və tezislərin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.

gulnaraaa_shixlinskaya_4942

<a