1974-cü ildə Qazax rayonunun II Şıxlı Sarıvəlli kənd orta məktəbini bitirmişdir.
1979-cü ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “İctimai-iaşənin texnologiyası və təşkili” ixtisasını bitirmişdir.
1983-1984-cü illərdə Azərbaycan Texnologiya İnstitutunun “Konservləşdirmə texnologiyası” kafedrasında “İctimai-iaşənin texnologiyası və təşkili” ixtisası üzrə laborant işləmiş, həmin ildən saathesabı ilə dərs aparmış, sonradan laboratoriya müdiri, 1989-cu ildə “İctimai-iaşə, ət və süd məhsullarının texnologiyası” kafedrasında assistent vəzifəsində çalışmışdır. Belorusiya Respublikasının Mogilev şəhərində staj keçmədə olmuş, 1990-1996-cı illərdə Mogilev Texnologiya İnstitutunda məqsədli aspiranturada oxumuşdur. Bu dövrdə Mogilev Texnologiya İnstitutunda mühəndis-tədqiqatcı diplomu almışdır. 1996-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Bir müddət Azərbaycan Texnologiya İnstitutunda assistent vəzifəsində çalışmışdır.
1997-ci ildən 2000-ci ilədək Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Qida məhsullarının texnologiyası” kafedrasında baş müəllim, dosent vəzifələrində calışmışdır.
2000-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanına və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 718 saylı əmrinə əsasən Azərbaycan Dövlət İqtisad Universiteti yaradıldığından “Qida məhsullarının texnologiyası” kafedrasında dosent vəzifəsində calışıb.
Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
İşlədiyi müddətdə “Texnologiya və dizayn” fakültəsinin Azad Həmkarlar təşkilatının sədri kimi də fəaliyyət göstərir. 142-dan çox elmi əsər, o cümlədən “İaşə məhsullarının texnologiyasının nəzəri əsasları, ”Mikrobiologiya, sanitariya və gigiyena”, “İaşə məhsullarının texnologiyası kursundan laboratoriya praktikumu” dərslikləri və dərs vəsaiti, çoxsaylı proqramlar və metodiki göstərişlər, elmi məqalələr və tezislər nəşr etdirmişdir.
Respublika səviyyəsində keçirilən çoxsaylı elmi konfranslarda, eləcə də beynəlxalq səviyyəli konfraslarda elmi məruzələrlə cıxış etmiş və tezislər dərc etdirmişdir. Mogilyovda və Kiyevdə keçirilən konfrans materiallarında dərc olunan tezislər və elmi materiallar bu qəbildəndir.
2009, 2015, 2017 və 2018-ci illərdə Mogilyev Ərzaq Universitetinin elmi texninki konfransında xüsusi diploma layiq görülmüşdür.