Simpoziumda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş olunub. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin azərbaycançılıq ideyasının yaradıcısı olduğunu vurğulayıblar. UNEC-in nümayəndə heyəti simpoziumun bölmə iclaslarında məruzələrlə çıxış ediblər. “Dizayn” kafedrasının dosenti Elfanə Qasımova “Azərbaycanın sosiomədəni məkanına tarixi baxış”, “Beynəlxalq münasibətlər” kafedrasının müəllimləri dosent Solmaz Gözəlova “Haydar Aliyev milli petrol stratejisinin kurucusu” və dosent Afət Seyidzadənin “Гейдар Алиев и толерантность” mövzusunda çıxışları simpozium iştirakçılarının marağına səbəb olub.