Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İşlətmə Fakültəsi 2001-ci ildən fəaliyyət göstərir.
Fakültədə İşlətmə, Beynəlxalq münasibətlər, Turizm və Otelcilik ixtisasları üzrə təhsil aparılır. Dərs proqramları Türkiyədəki uyğun ixtisaslarla paralellik təşkil edir, xüsusilə İstanbul Universiteti nümunəsi əsas götürülüb. Fakültənin akademik heyətini, təhsillərini Türkiyədə almış azərbaycanlı və Türkiyəli müəllimlər təşkil edir. Fakültədə tədris olunan fənlərin spesifikliyini nəzərə alaraq 2013-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının qərarı ilə Türk Dünyası İşlətmə fakültəsində tədris olunan fənlərin bazasında “İqtisadiyyat və işlətmə” kafedrası yaradılıb. Türk Dünyası İşlətmə Fakültəsinin dekanı Fərrux Tuzcuoğludur.
Fərrux Tuzcuoğlu 2014-cü ildə Türkiyə Respublikası Ali Attestasiya Komitəsi tərəfindən dosentlik dərəcəsi alıb. 30-a yaxın beynəlxalq elmi işin, bir monoqrafiya və iki dərsliyin müəllifi olub, ABŞ-da ve Avropada bir cox Universitdə tədqiqat aparıb. Bir çox beynəlxalq layihələrdə koordinator vəzifəsini icra edib. F. Tuzcuoğlu əmək fəaliyyətinə 1996-cı ildən Sakarya universitetində başlayıb, universitet nəzdində fəaliyyət göstərən Akyazı kollecində program rəhbəri, Geyve kollecində kollec müdiri, Sakarya universitetində dekan müavini və kafedra müdiri vəzifələrini icra edib.
F.Tuzcuoğlu deyir ki, Türk Dünyası İşlətmə Fakültəsində çox savadlı və müasir biliklərə malik tələbələr təhsil alır. Məzun olduqdan sonra tələbələrə ikili diplom verilir: “Türk Dünyası İşlətmə Fakültəsinin diplomunun Türkiyə (YÖK) “denkliyi” ekvalentliyi vardır. Bizim məzunların çoxu bu gün Türkiyənin nüfuzlu universitetlərində magistr təhsili alır. Mən tələbələrimiz gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Dekan vurğulayıb ki, fakultədə çalışan müəllimlərin böyük əksəriyyəti nüfuzlu universitetlərdə təhsil almış yüksək ixtisaslı kadrlardır: “Müəllimlərimiz sözün əsil mənasında peşəkardılar və işlərini, ən əsası tələbələri cox sevirlər. Bunun göstericisi olaraq fakültə ve kafedramız diferensiyal əmək haqqı sistemində universitetde birinci olub. Bütün müəllimlər auditoriyaya bütün enerjisi, müəllim peşəsinə və tələbəyə hədsiz sevgisi ilə daxil olur”.
F.Tuzcuoğlunun sözlərinə görə, Türk Dünyası İşlətmə Fakültəsində imtahan prosesi vize, final ve (bütünləmə) kəsr imtihanı ile üç mərhələdən ibarətdir. Vizə və final mərhələsi sentyabrın 15-i dərslər başladıqdan 7 həftə sonra tələbələr tədris olunan fənlərdən imtahan verirlər. Vize imtihanının 40 faizi Final imtihanının ise 60 faizi hesaplanır. Yəni toplan 51 bal yıqan tələbə imtahandan keçir: İkinci mərhələdən keçəbilməyən tələbə ayrıca kəsir imtahanı ile yenidən qıymetlendirilir: “İmtahanlar şəffaf və obyektiv keçirilir. Tələbələrin biliyi müəllimlər tərəfində düzgün şəkildə qiymətləndirilir”.
Dekan bildirib ki, UNEC modern gəncin xəyallarındakı universitetə çevrilmək istiqamətində uğurla irəliləyir. Hədəflərini müəyyən edib və ona doğru inamla addımlayır. Universitetin çox yüksək maddi-texniki bazası var: “Dünyanın bir çox universitetlərini gəzsəniz, buradakı şəraitlə qarşılaşmaya bilərsiniz. UNEC-də olduqca qiymətli, yüksək bacarığa malik müəllimlər olduğunu düşünürəm. Universitetin elmi potensialı onun sərvətidir. Bu baxımdan UNEC çox zəngin universitetdir. Onu da mütləq qeyd etmək isrtəyirəm ki, UNEC bu potensialın fərqindədir və onuçox yüksək dəyərləndirir. Məsələn, Differensial Əmək Haqqı Sisteminin tətbiqi bunun bariz nümunəsidir. Müəllimlər layiq olduqları dəyəri alırlar. Differensial Əmək Haqqı Sistemiali təhsilin modernləşdirilməsi prosesinə mühüm töhfədir”.
Türk Dünyası İşlətmə Fakültəsinin imtahan prosesində nizam-intizam, şəffaflıq özünü biruzə verir. Tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər. Tələbələrə biliklərini nümayiş etdirmələri üçün bütün lazımi şərait yaradılır.
İmtahana nəzarətçilik edən İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nazim Cəfərovun sözlərinə görə,Türk Dünyası İşlətmə Fakültəsində imtahanlar Azərbaycanın təhsil qanunvericiliyinə və UNEC rektoru, professor Ədalət Muradovun imzaladığı müvafiq əmrlərə əsasən təşkil olunur: “İmtahan keçirilən bütün otaqlar kamerayla təchiz olunub. Bütün imtahan prosesi kamera vasitəsilə lentə alınır. İctimaiyyət nümayəndələri və digər əlaqədar şəxslər arzu etdikləri zaman imtahan gedişini birbaşa kameralardan izləyə bilərlər. İmtahan prosesi yekunlaşdıqdan sonra tələbə müəllimin ona verdiyi qiymətdən narazı olarsa nəticələrdən apelyasiya verə bilər. Bu zaman dekanatlığın qərarı ilə komissiya təşkil olunur və tələbənin şikayətinə baxılır”.
N.Cəfərov bildirib ki, fakültədə intahanların yazılı üsulla keçirilməsi müasir tələblərə cavab verən imtahan sistemi nümunələrindən biridir. Bu üsulun tətbiq edildiyi müddən ərzində tələbələr heç bir çətinliklə üzləşməyib: “İmtahan tamamilə şəffaf keçirilir. Nəticələrin qiymətləndirilməsi zamanı da obyektivlik və ədalətlilik prinsipləri qorunur. İmtahan bitdikdən sonra maksimum 6-7 gün müddətində nəticələr tələbələrə elan edilir”.
S.QARAYEVA