UNEC-də Tələbə Elmi Cəmiyyətinə (TEC) növbəti sədr seçkiləri keçirilib.
Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova UNEC TEC-in son bir ildəki fəaliyyətinə qısa nəzər salaraq, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, elmi axtarışların aparılması və əlaqələndirilməsini TEC-in layiqincə yerinə yetirdiyini qeyd edib.
TEC-in elmi rəhbəri Emin Qəribli tələbələri seçkilərdə obyektiv olmağa və fəal iştirak etməyə çağırıb, onlara seçkilərdə uğurlar arzulayıb.
Seçkilərə UNEC-in 9 fakültəsindən 11 namizəd qatılıb. Namizədlər platformalarını açıqladıqdan sonra səsvermə keçirilib. Açıq səsvermə yolu ilə keçirilən seçkilərdə İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Aslan Əzimzadə TEC-in yeni sədri seçilib.