UNEC tələbələri Rusiya Federasiyasında beynəlxalq bank təcrübəsi keçəcəklər.
İyulun 15-dən tələbələr Rusiyanın Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialında, Əmanət bankında və Beynəlxalq Bankının Sankt-Peterburq filialında təcrübədə iştirak edəcəklər. Bir ay davam edəcək təcrübə proqramı UNEC-lə Rusiya Federasiyasının Xarici Ticarət Bankının (Bank VTB 24) Sankt-Peterburq filialı ilə bağlanan müqaviləyə və Beynəlxalq Bankının Sankt-Peterburq filialı və Əmanət banki ilə razılaşma əsasinda həyata keçirilir.
Təcrübə müddətində tələbələrə UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının professoru, Azərbaycan Respublikası və Rusiya Federasiyasının iqtisad elmləri doktoru Elnur Sadıqov rəhbərlik edəcək. Professor E.Sadıqov bildirib ki, UNEC respublikada tələbələri xarici ölkədə bank təcrübəsi keçən yeganə ali təhsil ocağıdır.