UNEC tələbələrinin uğuru: “Ən yaxşı biznes ideyası” və “Ən yaxşı ENACTUS ruhu”

30 MAY 2017 | VIEWS:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “ENACTUS Azərbaycan” XII Milli Yarışı keçirilib.

“ENACTUS Azərbaycan” milli yarışında müxtəlif biznes layihələri ilə çıxış edən 6 komanda mübarizə aparıb. UNEC-in 17 tələbəsindən ibarət komandası yarışmaya ekologiya ilə bağlı 6 layihə təqdim edib: “Proboard” (İstifadəsiz bannerlərdən proyektor pərdəsinin hazırlanması), “From waste of food to great business” (Qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi və botanika kafenin yaradılması), “Nutshell can make water for us” (Fındıq qabığından kömür almaq və kömürü su süzgəci kimi istifadə etmə), “Meyvə qurusu”, “Fındıq qabığından dekorativ laminat”, “Misgər” (Sənətkarlıq məhsullarının satışı).

“ENACTUS” proqramı üzrə yarışın qalibi innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, biznes-etikanın gözlənilməsi, maliyyə idarəçiliyi, nitq qabiliyyəti və digər meyarlar əsasında müəyyən edilib. Münsiflər heyətinin dəyərləndirilməsi ilə UNEC komandası “Ən yaxşı biznes ideyası” nominasiyası üzrə I yerin və “Ən yaxşı ENACTUS ruhu” kubokunun sahibi olub. Ümumi yarışmada isə II yeri qazanıb.

UNEC komandasının məsləhətçiləri rektorun köməkçisi Ramil Cabbarov və Karyera Mərkəzinin direktoru Fuad Əliyev olub. Komandanı Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Eşqin Cəfərov, Ayla Əliyeva, Nurana İsayeva, Elnur Həsənov, Tural Ömərov, Namin Eminov, Rauf Həsənov, Məhəmməd Vəlizadə, Əli Həsənov, Arzu Tofiqli, Əsəd Qaralov, Sitarə Ağasoy, Zöhr Babazadə, Məryəm Tağıyeva, SABAH qruplarının tələbəsi Şamil Əliyev və İqtisadiyyat fakültəsinin tələbələri Mirələm Səfərov ilə Cəlil Abbaslı təmsil edib.

Komandamızın üzvlərini təbrik edirik!

“ENACTUS” layihəsi haqqında:

“Bizim Sahibkarlıq Fəaliyyətimiz” ((Enterpreunial. Action. Us. – Enactus)) beynəlxalq proqramı sahibkarlıq fəaliyyətinin gücü ilə dünyada inkişafa nail olmaq üçün tələbələri, akademik və biznes liderlərini bir araya gətirən beynəlxalq proqramdır. Fakültə məsləhətçiləri, akademik liderlər və biznes mütəxəssislərin rəhbərliyi ilə iştirakçı tələbələr insanların həyat keyfiyyətini və yaşam standartlarını inkişaf etdirməyə imkan verən birgə sosial biznes yönümlü layihələri yaratmaq və həyata keçirmək üçün öz universitetlərində komanda formalaşdırırlar.

Proqramın əsas məqsədi tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirməkdən və gələcəyin sahibkarlarını yetişdirməkdən ibarətdir. Çempion komanda Dünya Kuboku uğrunda yarışa iştirak hüququ qazanır. Bu məqsədlə hər akademik il üçün gənclərlə iş üzrə proqram planı hazırlanır. Akademik ilin sonunda isə işlərin yekunu olaraq universitet komandaları arasında Milli Yarış keçirilir. Qalib komanda isə “World Cup” yarışına vəsiqə qazanır. Proqram həm də gənclər üçün biznes və təhsil sahəsində işgüzar danışıqların aparılması üçün yaradılmış bir platforma kimi çıxış edir.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - onwin - Betosfer -

starzbet

- aviator oyna - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis