UNEC tələbəsindən Hüseyn Cavidin ev muzeyinə hədiyyə – “Şərq günəşi”

13 MART 2018 | VIEWS:

UNEC-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə növbəti elmi konfrans keçirilib.

UNEC-in Maliyyə və mühasibat fakültəsiSABAH mərkəzi, Beynəlxalq İqtisadiyyat Məktəbi və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı, Hüseyn Cavidin ev muzeyinin dəstəyi ilə keçirilən konfrans “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” mövzusunda olub.

Konfrans iştirakçıları Hüseyn Cavidin 135 illik yubileyi ilə əlaqədar kitab və əsərlərindən ibarət foto sərgiyə baxış keçirdikdən sonra, böyük dramaturqun həyat və yaradıcılığından bəhs edən filmi izləyiblər.

UNEC-in “Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli prezident İlham Əliyevin dahi dramaturqun 135 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama diqqət çəkərək, UNEC-də Hüseyn Cavidə həsr olunan silsilə tədbirlərin keçirildiyini bildirib. O, Ulu öndər Heydər Əliyevin Hüseyn Cavid irsinə həmişə böyük hörmət və ehtiramla yanaşdığını bildirərək, dramaturqun nəşinin uzaq Sibirdən – İrkutsk vilayətindən Azərbaycana gətirilməsində Ümummilli liderin böyük xidmətləri olduğunu vurğulayıb. UNEC professoru bunu təkcə Cavid irsinə deyil, bütövlükdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına göstərilən diqqət və qayğının bariz nümunəsi kimi səciyyələndirib.

Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Gəray Musayev, SABAH mərkəzinin rəhbəri, dosent Aida Quliyeva, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, dosent Anar Rzayev, “Azərbaycan dili” kafedrasının dosenti Gülbəniz İsmayılzadə Hüseyn Cavid irsinin öyrənilməsi və yaşadılmasının əhəmiyyətindən danışaraq, gənclərin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətini qeyd ediblər.

Görkəmli dramaturqun həyat və yaradıcılığılığından danışan Hüseyn Cavidin ev muzeyinin şöbə müdiri Lalə Əliyeva Cavid yaradıcılığının əbədiyaşar söz sənəti kimi daim insan mənəviyyatının zənginləşməsinə xidmət etdiyini bildirib. O, Cavidin əsərlərinin əsas mövzularının bu gün də aktual olduğunu qeyd edib.

Konfransda UNEC-in professoru Maarifə Hacıyeva, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Lütviyyə Əsgərzadə, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Müstəqil Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti İsgəndər Orucəliyev Hüseyn Cavid sənətinin janr və forma cəhətdən zənginliyindən bəhs edərək, ədibin yaradıcılığına yenidən nəzər salmağın vacibliyini vurğulayıblar.

Konfransda Maliyyə və mühasibat fakültəsinin II kurs tələbəsi Təranə Quliyevanın H.Cavidin əsərlərinə həsr etdiyi “Şərq günəşi” adlı kompozisiyanı iştirakçılar böyük maraqla qarşılayıb. Kompozisiya dramaturqun ev muzeyinə hədiyyə olunub.

Çıxışlardan sonra tələbələr Hüseyn Cavidin şeirlərini səsləndirib, ədibin sözlərinə yazılmış mahnılar ifa ediblər.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet