Direktor: Abdullayeva Adilə Tariyel qızıƏlaqə tel: +994 12 492-59-03 (daxili: 1162) |
UNEC Kitabxana informasiya mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) aparıcı struktur bölmələrindən biri olub, təlim-tərbiyə və elmi tədqiqat prosesini tədris, elmi, metodiki ədəbiyyatla və informasiya materialları ilə təmin edən və bilikləri təbliğ edən mənəvi və intellektual əlaqələrin yayılması mərkəzidir.
UNEC kitabxanası 1930-cu ildən Əsaslı kitabxana kimi fəaliyyət göstərmişdir. 15.04.2019-cu il tarixdən Əsaslı kitabxanın bazasında UNEC Kitabxana informasiya mərkəzi yaradılmışdır.
Hazırda kitab, kitabça (broşür), jurnal, qəzet, tədris proqramı, dissertasiya, avtoreferat, mikrofilm və digər təhsil-informasiya resurslarına sahib olan zəngin kitabxana geniş oxucu kütləsinə, ölkəmizdə iqtisadiyyat yönümlü mənbələr sahəsində nəinki universitetdaxili istifadəçilərin, həmçinin kənar istifadəçilərin də müraciət etdiyi əsas mərkəzlərdən birinə çevrilmişdir.
Kitabxana şəbəkəsində Azərbaycan, rus, türk və ingilis dillərində kifayət qədər yazılı, səsli və görüntülü təhsil-informasiya resursları əldə etmək mümkündür. Kitabxana hər il yeni nəşr olunmuş monoqrafiya, dərslik, dərs vəsaitləri, metodik göstərişlər hesabına fondunu zənginləşdirir, mütəmadi olaraq oxucuları dövri mətbuatla təmin edir. Aktuallığını itirmiş, zamanın tələblərinə cavab verməyən kitablar mütəmadi olaraq yeniləri ilə əvəz olunur.
Oxucu–izləyicilər üçün elektron kitabxana xidmətləri göstərilir, library.unec.edu.az – saytının elektron kataloqda olan öz əksini tapmış bütün informasiya resursları, o cümlədən e-kitablar, a-kitablar davamlı olaraq artmaqdadır.
UNEC kitabxana informasiya mərkəzinin strukturu:
UNEC kitabxana informasiya mərkəzinin strukturu:
1. Əsaslı kitabxana
2. Kataloqlaşdırma, kitabiləşmə və biblioqrafiya şöbəsi
3. Xidmət şöbəsi
4. 24/7 kitabxana
5. 1 saylı tədris binası üzrə oxu zalı
6. 2 saylı tədris binası üzrə oxu zalı
7. 3 saylı tədris binası üzrə oxu zalı
8. 4 saylı tədris binası üzrə oxu zalı
*
UNEC Kitabxana İnformasiya Mərkəzi
UNEC-in müəllim və tələbələri üçün elektron resurslar: dərsliklər, məlumat bazaları (08.05.2020)
Müxtəlif bilik sahələri üzrə resurslar
Amerikanın Rəqəmsal Kütləvi Kitabxanası
Azərbaycan Milli Kitabxanasının resursları
UNEC-in kitabxanasından kitab tövsiyəsi (20.04.2018)
“Möhtəşəm Yaxşı Məkan…Kitabxana” (31.05.2017)






Mərkəzin ümümi fondu- 83167
Tədris ədəbiyyatı- 57738
Elmi ədədbiyyat- 16661
İctimai ədəbiyyat- 1128
Bədii ədəbiyyat- 7640
Kitabxananın Xidmət şöbəsi- 46309
24/7 kitabxana- 4522
1 saylı kitabxana- 4785
2 saylı kitabxana- 17470
3 saylı kitabxana- 5721
4 saylı kitabxana- 4360
“Springer Nature” elmi bazası UNEC-lə əməkdaşlıqda maraqlıdır (05.04.2018)
Tədris və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların rolu: beynəlxalq standartlar və UNEC təcrübəsi (AMK – 28.02.2018)
Yaponiyanın Nippon Fondundan UNEC-in kitabxanasına 100 kitab (05.03.2018)
UNEC-də innovativ tədrisin növbəti mərhələsi – müasir kitabxana sistemi (08.02.2018)
İnklüziv təhsil və kitabxanalar (02.02.2018)
Müasir kitabxanalarda informasiya xidməti (27.04.2017)
“Möhtəşəm yaxşı məkan”…. kitabxana (“Azərbaycan müəllimi” qəzeti – 13.03.2017)
*