Bir sira alt göstəricilər üzrə təhsil sahəsinin nailiyyətləri xüsusilə qürurvericidir. Belə ki, son 4 ildə “Təhsil sisteminin keyfiyyəti” göstəricisi 69 pillə (104-cü yerdən 35-ci yerə), “İdarəetmə məktəblərinin keyfiyyəti” göstəricisi 52 pillə (124-cü yerdən 72-ci yerə), “Riyaziyyat və elmi təhsilin keyfiyyəti” göstəricisi 42-ci pillə (108-ci yerdən 66-cı yerə), “Kadr hazırlığı dərəcəsi” göstəricisi 43 pillə (94-cü yerdən51-ci yerə), “Yerli ixtisaslaşmış təlim xidmətləri” 35 pillə (79-cu yerdən 44-cü yerə), “Məktəblərdə internetə çıxış” göstəricisi 28 pillə (69-cu yerdən 41-ci yerə) yüksəlib.
Gələcəkdə Azərbaycanın uğurlu təhsil siyasətini daha ciddi nailiyyətlər gözlədiyinə inanırıq.
“Ali təhsil və təlim” indeksini formalaşdıran göstəricilərin illər üzrə dinamikası
İllər *
Göstəricilər |
2014/15-ci il | 2015/16-cı il | 2016/17-ci il |
2017/18- ci il |
2017/18-ci il 2014/15-ci illə müqayisədə |
“Təhsil sisteminin keyfiyyəti” | 104 | 107 | 72 | 35 | 69 |
“Riyaziyyat və elmi təhsilin keyfiyyəti” | 108 | 104 | 80 | 66 | 42 |
“İdarəetmə məktəblərinin keyfiyyəti” | 124 | 121 | 89 | 72 | 52 |
“Məktəblərdə internetə çıxış” | 69 | 68 | 56 | 41 | 28 |
“Yerli ixtisaslaşmış təlim xidmətləri” | 79 | 82 | 69 | 44 | 35 |
“Kadr hazırlığı dərəcəsi” | 94 | 90 | 82 | 51 | 43 |
“Ali təhsil və təlim” indeksi üzrə ümumi nəticə | 90 | 89 | 78 | 68 |
22 |