Direktor:
|
Direktor müavini:
|
Katib:
|
Dear International Students,
We look forward to welcoming you to the International School of Economics (UNEC)!
Please see further information about Online Registration and Application Forms on https://unec.edu.az/en/admission/international-students/
*
Beynəlxalq İqtisadiyyat Məktəbində “ISE Public Speaking Club”un ilk tədbiri keçirilib
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) tələbələr tərəfindən yaradılan müxtəlif klublar fəal şəkildə fəaliyyət göstərir. Onların sırasında yeni I kurs tələbəsi Davud Şeydayev təsis etdiyi ISE Public Speaking Club-un ilk tədbiri uğurla keçirilib.
UNEC Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələr arasında elmi tədqiqat bacarıqlarının artırılması məqsədilə həyata keçirdiyi “Research Competition–2” layihəsi çərçivəsində növbəti təlimlər təşkil olunmuşdur.
Təlimlərdə Beynəlxalq İqtisadiyyat və Biznes kafedrasının müəllimi Vüsal Əhmədov “Tədqiqatlarda kəmiyyət metodlarının tətbiqi” mövzusunda təqdimatla çıxış etmişdir. O, proqram təminatı vasitəsilə tədqiqat datasına uyğun kəmiyyət metodlarının seçilməsi, həmin metodların etibarlılığının yoxlanılması məsələlərini praktiki nümunələr əsasında izah etmiş və iştirakçılara tətbiqi bacarıqlar qazandırmışdır.
Beynəlxalq İqtisadiyyat və Biznes kafedrasının müəllimi Fədai Əfəndiyev isə “Elmi məqalələrin düzgün strukturu” mövzusunda çıxış edərək, iştirakçılara akademik yazının strukturu barədə ətraflı məlumat vermiş, elmi məqalənin əsas bölmələrinin — giriş, ədəbiyyat icmalı, metodologiya, nəticələr və müzakirə hissələrinin məzmunu və ardıcıllığı ilə bağlı tövsiyələrini bölüşmüşdür.
UNEC rektorunun 20.10.2014-cü il tarixli əmrinə əsasən, UNEC-də İngilis dilində tədris mərkəzi (İDTM) yaradılmışdır. Hazırda mərkəz Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) adlanır.
Mərkəzdə geniş praktiki biliklərə malik ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və başqa ölkələrin aparıcı universitetlərinin məzunları olan müəllimlər dərs deyirlər.
2024-cü ildə ISE-yə “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika”, “Biznesin idarə edilməsi” ixtisasları üzrə üzrə ümumilikdə 179 tələbə qəbul olub ki, onlardan 151 nəfəri (84 faiz) 600-dən yuxarı bal toplayıb. Həmin tələbələr bir semestr boyu UNEC-in xüsusi təqaüdünü alacaqlar. Ən yüksək nəticə “Maliyyə” ixtisası üzrə 681.6 bal olub. Fakültəyə qəbul olan tələbələrdən 14 nəfəri əcnəbi vətəndaşdır.
Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru 19.01.2024-cü il tarixindən İnarə Rzayevadır.
Hazırda fakültədə 760 nəfər tələbə təhsil alır.
*
Fakültə üzrə təhkim edilən kafedra:
Beynəlxalq iqtisadiyyat və biznes
Akademik heyət – 27 nəfər
*
Fakültə üzrə ixtisaslar:
– Maliyyə
– Mühasibat
– İqtisadiyyat
– Beynəlxalq ticarət və logistika
– Biznesin idarə edilməsi
2024-2025-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olan tələbələrdən 12 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan 10 tələbə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsidir:
