UNEC Biznes Məktəbinin direktoru
i.e.n., dosent Hacıyev Nazim Özbəy oğlu

*
Direktor müavini:
Quliyev Fariz Ariz oğlu
*

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
Telefon: (+994 12)49762 67

TƏDRİS PLANINA BEYNƏLXALQ RƏYLƏR

Park University (USA)

Technische Universitaet Dresden (German)

UBIS (Geneva, Switzerland)

University of Waterloo (Canada)

West Texas A&M University (USA)

 

ABŞ səfirliyinin əməkdaşları UNEC Biznes Məktəbində (16.03.2017)
UNEC Beynəlxalq Təhsil Zirvəsi və sərgisində təmsil edilib
 (27.03.2017)
UNEC müəllimi – Bristol Universitetinin məzunu
 – Bəhruz Babayev (01.02.2017)
Alman tələbə: UNEC-də tədrisin səviyyəsindən çox razıyam
 (16.10.2016)
UNEC Biznes  Məktəbinin MBA Proqramının üstünlükləri (10.08.2016)
UNEC Biznes Məktəbi Amerikanın nüfuzlu təşkilatının üzvü olub (05.08.2016)

UNEC Biznes Məktəbinin MBA proqramının tədris proqramı yüksək qiymətləndirilib (29.07.2016)
MBA proqramında yenilik: “Buraxılış layihəsi” (04.03.2016)
UNEC magistrantları “Bank of Baku” ASC-nin təqdim etdiyi təcrübə proqramına seçilib (03.03.2016)
UNEC iqtisadçıları və Çin tədqiqatçısı dünya iqtisadiyyatındakı mövcud vəziyyəti müzakirə ediblər (18.12.2015)
UNEC “Global Education Fair” yarmarkasında (20.11.2015)
MBA Departamenti ACCA ilə əməkdaşlığa başlayır (16.10.2015)

mmDSC_6710 mmDSC_67121 mmesas3DSC_6708

UNEC biznes məktəbinin MBA proqraminin tədris planina Mərkəzi Avropa universitetinin rəyi

Mərkəzi Avropa Universitetinin (CEU) Biznes Məktəbi Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Biznes Məktəbinin MBA Proqramının Tədris planının regional və beynəlxalq tələblərə cavab verdiyini, o cümlədən, əmək bazarında sahibkarların yeni məzunlarda görmək istədikləri üç əsas xüsusiyyətə: – kreativlik, dürüstlük və sistemli düşüncə tərzinə fokuslandığını bildirmişdir. Həmçinin tədris planının idarəetməyə qlobal perspektivdən yanaşdığını və eləcə də marketinq mütəxəssisləri üçün vacib olan fənləri əhatə etdiyini vurğulamışdır.

23578 3

Niyə MBA Proqramı?

  • Siz Şərq ilə Qərbin qovuşuğunda və Xəzər dənizinin sahilində yerləşən, sabitliyin hökm sürdüyü, bəşəri dəyərləri və multikulturalizimi təşviq edən, dini və etnik tolerantlığın mövcud olduğu, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatlarından biri olan Azarbaycanda təhsil alacaqsınız;
  • MBA Proqramını seçməyiniz sizin uğurlu qərarınızdır;
  • MBA Proqramı sizi biznes mütəxəssisi kimi formalaşdırır. Bu sizin potensial imkanlarınızı sınağa çəkir və onları genişləndirir. MBA proqramında sizin magistr yoldaşlarınız da ən azı sizin kimi bacarıqlı və çalışqan olacaqdır. Bu o deməkdir ki, professor-müəllim heyətinin gözləntiləri yüksək olacaqdır;
  • İxtisaslar üzrə tədris azərbaycan, ingilis və rus dillərində aparılır;
  • MBA Proqramı fikir müxtəlifliyinə hörmət edən, enerjili, bacarıqlı, təşəb­büs­kar və nailiyyətə meylli şəxslərdən ibarət xüsusi bir proqramdır. Burada təhsil almaqla siz dinamik bir proqrama qoşulursunuz və bununla da MBA proqramının innovativ inkişafı ilə birgə uğur qazanırsınız, bacarıq və təcrübə toplayırsınız;
  • Biz dünya miqyasında gələcəyin liderlərini biznes təhsili ilə təmin edirik və onlara biznes sahəsində peşəkar dildə danışmaq bacarığı aşılayırıq;
  • MBA Proqramı şəhərin mərkəzində yerləşən UNEC-in əsas korpusunda fəaliyyət göstərir. Proqram üzrə bütün fənlərə aid mini kitabxana və praktik məsələlər (case study) toplusu təşkil olunmuşdur. Sizin elmi-tədqiqat təşəb­bü­sünüzü təmin edən “İnkişaf iqtisadiyyatı” laboratoriyası və MBA proqra­mı­nın ixtisasları üzrə xüsusi tədqiqat altbölmələri yaradılmışdır;
  • MBA Proqramında çalışan 100-dən artıq professor-müəllim heyətinin əksəriyyəti ABŞ, Kanada, İngiltərə, Almaniya, İtaliya, İsveç, Fran­sa, Türkiyə, Rusi­ya və digər ölkələrin ən qabaqcıl universitetlərini bitirmiş iqtisad üzrə fəlsəfə dok­torları və magistrlər təşkil edir;
  • Müəllimlər tədris prosesində elmi məhsullarından və praktik məsələlərdən geniş istifadə edirlər;
  • Fənlər dünyanın ən qabaqcıl ali təhsil ocaqlarının proqramlarına uyğun müəyyənləşdirilmişdir və seçmə fənlərin seçimində magistrantlar sərbəstdir­lər;
  • Magistrlərə peşə yönümlü və şəxsiyyət yönümlü təhsil verilir.

 

UNEC Biznes Məktəbinin əsas dəyərləri:
sistemlilik, peşəkarlıq, uğurluluq, fikir müx­tə­lif­­liyinə hörmət.

UNEC Biznes Məktəbinin Proqra­mı haqqında

MBA (Master of Bussines of Administration) proqramı Azərbaycan Dövlət İqtisad Universiteti ilə Mos­kva Dövlət İqtisad, Statistika və İnformatika Uni­ver­siteti arasında “Biz­ne­sin təşkili və idarə edilməsi  üzrə magistrlərin hazır­lan­ması, professor-müəl­lim heyətinin və inzibati işçilərin təkmilləşdirilməsi” sahəsində bağlanmış mü­qavilə əsasında 2001-ci ilin dekabrında yaradılmışdır. 2001-2014-cü illər ərzində MBA (Master of Bussines of Administration) proqramı Magistr Hazırlığı Mərkəzinin tərkibində struktur bölməsi kimi fəaliyyət göstərmişdir. 2014-cü il noyabr ayından etibarən MBA Departamenti yaradılmış və MBA Proqramı Magistr Mərkəzinin tərkibindən çıxarılaraq bu yeni strukturda fəaliy­­yətini davam etdirir. Hazırda qurum UNEC Biznes Məktəbi adlanır.

Proqram ali təhsilli ixtisaslı mü­tə­­xəssislərə öz rəhbərlik keyfiyyətlərinin təkmil­ləş­­di­ril­mə­si, sistemli bilik, ba­carıq və işgüzar idarə­et­mə vər­dişlərinin öyrədil­mə­si və iхti­sas­­larının davam­lı ola­raq artırılması, müasir biz­­nes informasiya­la­rı­nın araş­dırılması, analitik dü­şünmə və qərar­ver­mə qabi­liy­yətinin qa­zan­­­ılması hü­ququ verir, onla­rın müəs­si­sə və təşki­lat­ların idarə olunmasında məsul vəzifə­lər tutmasına im­kan yara­dır.

Müəllimlərin əksəriyyətini ABŞ, Böyük Britaniya, Kanada, Almaniya, Fransa və Türkiyənin yüksək səviyyəli universitetlərini ciddi təhsil proqramları ilə bitirmiş magistr və iqtisad üzrə fəlsəfə doktorları təşkil edir. MBA Mərkəzdə çalışan 100 yaxın professor-müəllim heyətinin 50% ABŞ, Kanada, Almaniya, Fran­sa, Türkiyə və digər ölkələrdə magistr və iqtisad üzrə fəlsəfə doktor elmi  dərə­cəsi almışdır.

Hazırda Çin, Rusiya, Koreya, Tür­ki­yə, İran, Gürcüstan, Özbəkistan, Türkmənistan və Su­dan kimi ölkə­lər­dən olan vətən­daş­la­rın da təhsil aldığı “MBA” proqramında magistrantların ümumi sayı 1000-dən çox­­dur.

UNEC Biznes Məktəbinə qəbul aşağıdakı ixtisaslar üzrə aparılır:

BEYNƏLXALQ BİZNES

BİZNESİN İDARƏ EDİLMƏSİ (ÜMUMİ TƏYİNATLI)

İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ

MALİYYƏ

MARKETİNQ

MENECMENT

MÜHASİBAT UÇOTU

QİYMƏTLI KAĞIZLAR

LAYİHƏLƏRİN İDARƏ EDİLMƏSİ

İDMANIN İDARƏ EDİLMƏSİ

BANK VƏ SIĞORTANIN İDARƏ EDİLMƏSİ

MÜHƏNDİSLİK VƏ İDARƏETMƏ RİSKLƏRİ

SƏHİYYƏNİN İDARƏEDİLMƏSİ

TURİZM VƏ OTELÇİLİYİN İDARƏEDİLMƏSİ

 

MBA (Biznesin idarə edilməsi) Proqramı haqqında ÜMUMİ MƏLUMAT

ƏCNƏBİ MAGISTRANTIN TƏHSİL HAQQI VƏ YAŞAYIŞ XƏRCLƏRİ

 

 

efmd             Снимок888

UNEC Biznes Məktəbi EFMD-nin (tam hüquqlu üzvü) və EFMD-nin Qlobal şəbəkəsinin üzvüdür.

“Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC Biznes Məktəbi EFMD-nin (İdarəetmənin İnkişafı üzrə Avro­pa Fonduna) tam hüquqlu üzvüdür. EFMD dünyada əsas biznes mək­təb­ləri şəbəkələrindən biridir və bu şəbəkənin üzvü olmaq biznesin idarə edilməsi üzrə proqram heyəti və magis­trantların müba­di­lə­si, bilik paylaşması və dünyanın qabaqcıl universitetləri ilə əmək­daşlığa  geniş imkanlar yara­dır”.

*

UNEC Biznes Məktəbi EFMD tam hüquqlu üzvüdür
UNEC Biznes Məktəbi EFMD Qlobal Şəbəkəsinin üzvüdür

UNEC-UBIS (University of Business and International Studies)
İkili Magistr Dərə­cə Proqramı

2013-cü ildən etibarən UNEC ilə İsveçrənin Cenevrə şəhərində yerləşən UBİS Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (BBTU) arasında aşağıda qeyd edilən İkili Magistr Dərəcə Proqramları çərçivəsində magistr dərəcəsi və dip­lom­ların verilməsi nəzərdə tutur:

  • Biznesin idarə edilməsi üzrə magistr (BBTU MBA);
  • Beynəlxalq əlaqələr üzrə magistr (MA-IR);
  • Bank işi və maliyyə üzrə magistr (MSBF).

*

UNEC-BBTU İkili Magistr Dərəcə Proqramı cəmi  15 fənn (48 ABŞ kreditinə ek­vi­valent), o cüm­lə­dən UBEC-də 10 fənn (30 ABŞ kreditinə ekvivalent), BBTU tərəfindən 5 fənn (15 ABŞ kreditinə ekvivalent) və 1 tədqiqat işi (3 ABŞ kredirinə ekvivalent) ibarətdir.

BBTU tərəfindən keçiriləcək 5 (beş) fənnin 4 (dördü) Bakıda (hər fənn 1-2 həf­tə­­lik formatda), 1 (biri) isə Cenevrədə (1 həftəlik intensiv formatda) təşkil edilir.

 *

Almaniyanın Yena Fridrix Şiller Universiteti ilə mübadilə proqramı

UNEC Biznes Mərkəzi Almaniyanın Yena Fridrix Şiller Universitetinin İqtisadiyyat və Biznes Administrasiya Məktəbi ilə 6 may 2015-ci il tarixində iki tərəfli Əməkdaşlıq Müqaviləsi imzalamışdır.

Bu əməkdaşlığın əsas məqsədi:

  • fakultə üzvlərinin mübadiləsi;
  • tələbə mübadiləsi;
  • birgə araşdırmalar və nəşrlər;
  • konfranslar;
  • təhsil və mədəniyyət proqramları təşkil etməkdir.

Əməkdaşlığın əsas üstünlüyü ondan ibarətdir ki, hər iki universitet arasında tələbə­lə­rin ən azı bir semestr olmaqla qarşılıqlı mübadiləsi nəzərdə tutulmuşdur. Razılaşmaya əsasən təhsil ödənişsizdir.Yaşayış, yol xərcləri və digər xərclərin isə təhsilalanlar tərəfindən qarşılanması nəzərdə tutulmuşdur.

Mübadilə proqramına  bakalavrlar (alman dilindən B2), magistrantlar və fəlsəfə doktorları (TOEFL İBT – 85, IELTS – 6.5) qoşula  bilərlər.Mübadilə proqramına  qoşulmaq istəyənlər daxil olduq­ları universitetdə ən azı iki semestr tədris almış olmalıdırlar.

Məlumat üçün bildirək ki, Almaniyanın nüfuzlu Yena Fridrix Şiller Universiteti dünya üzrə “QS” reytinqində 381-ci, “Webometrics”in dünya üzrə reytinqində 235-ci, Avropa üzrə  86-cı pillədə yer almışdır.

*

UNEC Biznes Mərkəzinin ƏSASNAMƏSİ

UNEC Biznes Mərkəzinin Tədris Konsepsiyası

QİYMƏTLƏNDİRMƏ