Rəhbər: i.e.n., dos. Aida Aydın qızı Quliyevae-mail: [email protected] |
SABAH haqqında
SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə 2014-cü ildə yaradılmışdır.
Sabaha qəbul. SABAH qruplarına Azərbaycan Respublikası Elm vəTəhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.
Magistratura. Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH mərkəzi üzrə Kommersiya ixtisasının Elektron kommersiya ixtisaslaşmasına qəbul Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqə və müsahibə yolu ilə aparılır. Qeyd olunan ixtisas və ixtisaslaşma Azərbaycan Dövlət İqtisad Universitetində 2021-ci ildən tədris edilir. Elektron kommersiya ixtisasında tədris ingilis və azərbaycan dillərində həyata keçirilir. Mühazirə saatları peşəkar müəllim heyəti və xaricdən dəvət olunmuş qonaq professorlar vasitəsilə tədris edilir.
Hazırda Mərkəz üzrə təhsilalanların sayı – 581; Bakalavriat üzrə: 489, Magistratura üzrə 92 nəfər.
Əməkdaşlar:
İxtisaslar:
· İqtisadiyyat · Biznesin idarə olunması · Beynəlxalq ticarət və logistika · Menecment · Qida mühəndisliyi
* QEYD: SABAH qruplarında “Maliyyə” və “Mühasibat” ixtisaslarının tədrisi 2024-2025-ci tədris ilindən Qarabağ Universitetində aparılır.
* AzTV: Yeni təhsil qrupları – VİDEO (02.12.2016) *