Azercell Tələbə Təqaüdü Proqramını elan edir

27 SENTYABR 2016

“Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir! Tələbə Təqaüdü Proqram üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.

Azercellin Tələbə Təqaüdü Proqramının məqsədi:

  • müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək,
  • yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq,
  • korporativ sosial məsuliyyətli fəaliyyətlərimiz çərçivəsində cəmiyyətimizə töhfə vermək.

Tələbə Təqaüdü Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bugünədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 120-dən çox tələbə Azercell şirkətinin təqaüdçüsü adına layiq görülmüşdür.

Müraciət qaydaları və seçim:

Tələbə Təqaüdü Proqramı üzrə Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Müraciət ərizələri yalnız onlayn rejimdə aşağıdakı qaydada qəbul olunur:

  • Bu saytın Karyera bolməsinin “Vakansiyalarımız”səhifəsinə daxil olun;
  • Vakansiyarımız başlığı altında olan siyahıdan TƏLƏBƏ TƏQAÜDÜ PROQRAMI linkini tıklayın;
  • Açılan pəncərədə mətni oxuyun və “Ərizəni göndər” linkindən onlayn müraciət ərizəsini açın;
  • Qeydiyyatdan keçmiş istifadəçisinizsə İstifadəçi adınızı və Parolunuzu daxil edərək müraciət ərizənizi göndərin. Əks təqdirdə qeydiyyat formasını doldurun və müraciət ərizənizi göndərin.

Müraciətlərin son qəbul tarixi 31 Oktyabr 2016-cı il tarixidir.

Seçim mərhələlərinin nəticəsi və növbəti mərhələlərə dəvət haqda məlumat bütün namizədlərə e-mail vasitəsi ilə təqdim olunacaq.

Qeyd: Müraciət ərizələri yalnız veb səhifəsi vasitəsilə qəbul olunduğu üçün Azercellin e-mail ünvanlarına və ofislərinə gətirilən müraciət ərizələri nəzərə alınmayacaq.

Sual və əlavə məlumat üçün bursary@azercell.com e-mail ünvanına və (012) 4967007 telefon nömrəsinə müraciət edin.

 

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser