Magistrlər üçün Erasmus+ proqramı çərçivəsində Litvada təhsil almaq imkanı

28 NOYABR 2017

MRU_LOGOTIPAS_SPALVOTASErasmus+ proqramı çərçivəsində Litvanın Mikolos Romeris Universitetində 2017-2018-ci tədris ilinin yaz semestrində təhsil almaq üçün UNEC-in bir magistr tələbəsinə təqaüd imkanı təkilf olunur.

Proqrama müraciət etmək üçün əsas şərtlər:

  1. UNEC-in 1-ci kurs magistri olmalı
  2. İngilis dilində sərbəst şəkildə danışmalı (C1 səviyyəsində)
  3. Bakalavr təhsili üzrə örta bal göstəricisi 91-dən yuxarı olmalı

*

Tələb olunan sənədlər:

  1. Akademik trasncript (bakalavr pilləsi üzrə)
  2. İngilis dilini mənimsəmə səviyyəsini təsdiq edən sənəd (TOEFL və ya s.)
  3. Motivasiya məktubu (min.150 – max.250 söz)
  4. Magistraturada təhsil almaq haqqında arayış
  5. CV (ingilis dilində)
  6. Pasportun sürəti

*
Müraciətin son qəbul tarixi:  01 dekabr 2017-ci il saat 17.00

Ünvan: UNEC-in əsas tədris binası, Beynəlxalq əlaqələr departamenti, İstiqlaliyyət küç., 6, 115-ci otaq,

Əlaqə üçün: Afət Ələkbərova, e-mail: afet.alakbarova@unec.edu.az, telefon: 492-60-45