UNEC tələbələri üçün ARC fransız dilli təqaüdlü mübadilə proqramı

23 YANVAR 2020

mubadile_230120UNEC ilə Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi ARC fransız dilli UNEC tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir.

Payız semestri üçün nəzərdə tutulan mübadilə proqramı 14 sentyabr 2020-ci ildə başlayacaq.

İxtisaslar:

– İqtisadiyyat
– Menecment
– Biznesin idarəedilməsi

İştirak edə bilərlər:

Ən azı B2 fransız dili səviyyəsində danışa bilən UNEC tələbələri (3-cü kurs bakalavr, 1-ci kurs magistr)

Tələb olunan sənədlər:

  • CV
  • Fransız dilində motivasiya məktubu
  • Transkript (70-dən yuxarı ÜOMG)
  • Fransız dili sertifikatı (əgər varsa)

 UNEC tələbələri (fransız dilli) üçün təklif olunan imkanlar:

  • 750 CHF (təxminən 1315 AZN) məbləğində təqaüd;
  • Tibbi sığorta;
  • 1 ay intensiv fransız dili kursları;
  • Ödənişsiz nəqliyyat keçidi;
  • İdman klublarında ödənişsiz qeydiyyatdan keçmə imkanı.

Son müraciət tarixi: 7 fevral 2020-ci il
Əlaqədar şəxs: Nərgiz Hacıyeva, Beynəlxalq əməkdaşlıq departamenti, 115-ci otaq, UNEC əsas tədris binası (İstiqlaliyyət 6)
Telefon: (012) 492 60 45

Ali İdarəetmə Məktəbi haqqında:

Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan Ali İdarəetmə Məktəbi ARC 1982-ci ildə təsis edilib. Tədris əsasən, bakalavr və magistr dərəcələrində fransız dilində aparılır. Burada iqtisadiyyat hüququ, informasiya texnologiyaları, marketinq, maliyyə, logistika, insan resursları, iqtisadi cinayətlərin istintaqı, biznesin idarəedilməsi və s. proqramlar mövcuddur. Hazırda 1800 tələbənin təhsil aldığı məktəbdə 100 nəfər akademik heyət üzvü və 400 qonaq mühazirəçi vardır.