1938-ci ilin noyabrında Gədəbəy rayonunda anadan olub.
1953-cü ildə Xanlar rayonundakı Pedaqoji texnikuma daxil olub, 1957-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə daxil olub, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.
1968-ci ildən Azərbaycan Xalq Təssərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Azərbaycan dili” kafedrasında işləyir.
1970-ci ildə namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru, professordur.
AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adı verilmişdir.
*
28 kitabın (dərslik, dərs vəsaiti, elmi monoqrafiya, elmi-metodik vəsait), 250-dən artıq elmi-metodiki məqalənin müəllifidir.
Üç övladı var.
UNEC tələbəsindən Hüseyn Cavidin ev muzeyinə hədiyyə – “Şərq günəşi” (13.03.2018)
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında düşüncələrim (13.02.2018)
UNEC professorunun kitabı oxuculara təqdim edilib (20.12.2016)