tahlil_sevinc1_fotoi.e.n., dos. Abbasova Sevinc Ağaməmməd qızı

1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC) Sənayedə mühasibat uçotu ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1982-1994-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsinin nəzdində Normativ tədqiqat bürosunda böyük iqtisadçı, 1993-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun sosioloji elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərib.

03.06.2000-ci ildə “Bazar iqtisadiyyatına keçid şəraitində istehsala məsrəflərin uçotunun və onların ehtiyatlarının aşağı salınması təhlilinin təkmilləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını BDU-nun İxtisaslaşdırılmış Şurasında müdafiə edib; 14.11.2000-ci ildə namizədlik diplomunu alıb.

1995-2004-cü illərdə müsabiqə yolu ilə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadi təhlil” kafedrasının müəllimi, baş müəllimi, 2004-2017-ci illərdə “İqtisadi təhlil və audit”, sonra “Mühasibat uçotu və audit” kafedrasının dosenti vəzifələrində çalışıb.

2017-ci ilin sentyabr ayından İqtisad Universitetinin Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosenti, “Mühasibat uçotu və audit” ixtisasının rəhbəri vəzifəsində çalışır.

2012-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Üzrə Komissiyanın eksperti işləyib. Müxtəlif illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin tədris-metodiki şurasının, FD 02.052 dissertasiya şurasının elmi katibi vəzifələrində çalışıb.

70-dən artıq elmi əsərin, o cümlədən, 2 dərsliyin, 2 dərs vəsaitinin, 1 monoqrafiyanın müəllifidir. 10-dan çox məqaləsi xarici ölkələrdə nəşr olunub.

 

 

 

İşlədiyi müddətdə elmi-pedaqoji fəaliyyəti və universitetin ictimai həyatındakı fəal iştirakına görə təşəkkürnamələr alıb. Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Qabaqçıl təhsil işçisi» adlı döş nişanı ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ailəlidir. Bir övladı var.

UNEC 1 (2)sevinc29112018sevinc_mekteb92e4e1a6306619f29b

S.Abbasova UNEC NEWS-da

Maliyyə və mühasibat fakültəsində elmi-praktik konfrans keçirilib (28.04.2016)