Direktor: dos. Azadov Eldar Həsənxan oğlu

Əlaqə tel: +(994) 12 492-03-20
E-mail:  eldar.azadov@unec.edu.az

Direktor müavini: b/m. Əliyev Nəvai Şaxlar oğlu

Əlaqə tel: +(994) 12 492-94-57

Direktor müavini: dos.Məmmədov Oruc Cəmil oğlu

Əlaqə tel: +(994) 12 492-94-57

2225 1

Mərkəz haqqında ümumi məlumat

Tədris-Metodiki Mərkəz Azərbaycan Dövlət İqtisad Universitetinin əsas struktur bölmələrindən biri olub Avropa təhsil sisteminə inteqrasiya şəraitində Universitetdə beynəlxalq standartlara cavab verən yüksək səviyyəli iqtisadçı kadrların hazırlanması üçün tədris-metodiki işlərin təşkilini, planlaşdırılmasını, idarə olunmasını və onlara nəzarəti həyata keçirən əlaqələndirici orqandır. Mərkəzin fəaliyyətində məqsəd – tədris prosesini təşkilati baxımdan təmin etməkdən və Universitetdə peşəkar kadr hazırlığının həyata keçirildiyi ixtisas və ixtisaslaşmalar üzrə proqramların tələbələr tərəfindən mənimsənilməsinə şərait yaratmaqdan ibarətdir.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununu, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Ali Təhsil sistemində islahatlar üzrə Dövlət Proqramlarını, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”ni, “Ali məktəbdə tədris prosesini tənzimləyən qaydalar, təlimatlar, əsasnamələr, daxili əmək davranışları qaydaları”nı, Universitetin Nizamnaməsini, normativ aktları, rektorun əmr, sərəncam və göstərişlərini, Universitet Elmi Şurasının qərarlarını və bu Əsasnaməni, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və elmi-metodiki tövsiyyələrini rəhbər tutur.

Mərkəzin işi onun illik fəaliyyət planı əsasında həyata keçirilir. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Dövlət İqtisad Universitetinin bütün fakultələri, kafedraları, struktur bölmələri, o cümlədən digər elm və təhsil qurumları ilə əlaqəli fəaliyyət göstərir.

Mərkəzin fəaliyyət istiqamətlərinə aiddir: Tədris prosesinin yüksək səviyyədə, mövcud standartlara uyğun təşkili və ona nəzarətin həyata keçirilməsi; Təhsil standartları və proqramlarının reallaşdırılmasını həyata keçirən bütün fakultələrin, kafedraların və digər struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi; Tədris prosesinin tədris-metodiki, didaktiv və informasiya materialları ilə təmin edilməsi; Müasir təlim texnologiyalarının tədris prosesinə tətbiqi və istifadəsinə təşkilati və metodiki dəstəyin göstərilməsi; Əsasnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət.

 

Tədris prosesinin təşkili və koordinasiyası bölməsinin funksiyaları:

  1. Tədris prosesinin Dövlət təhsil standartlarına uyğun şəkildə təşkili və idarə olunmasına nəzarət;
  2. Universitet üzrə tədris prosesinin qrafikinin tərtibi və onun icrasına nəzarət;
  3. Rəhbərliyin sorğuları əsasında analitik-informasiya materiallarının işlənib hazırlanması;
  4. Tədrisin təşkili sahəsində fakültə və kafedraların işinin əlaqələndirilməsi;
  5. Tədris prosesini təmin etmək üçün universitet üzrə auditoriya fondunun uçotu və bölgüsü, dərs cədvəllərinin tərtibi və yerinə yetirilməsinə nəzarət;
  6. Fakültələrdə tədris auditoriyalarından istifadəyə nəzarət;
  7. Tədris prosesində kafedralarda açıq dərslərin keçirilməsinin qrafiklərinin tərtibi və icrasına nəzarət;
  8. Kafedraların yeni dərs ilinə hazırlığının yoxlanılması.
  9. Yay semestrinin təşkili;
  10. Tədris prosesinin gedişinin, imtahan sessiyalarının və yekun buraxılış attestasiyalarının nəticələrinin təhlili;
  11. Tələbələrə təqaüdlərin verilməsi haqqında əmrlərin hazırlanması;
  12. Saathesabı dərs aparan müəllimlərin icazə və ödəmə əmrlərinin hazırlanması;
  13. Kafedralarda buraxılış işləri və magistr dissertasiyaları üzrə mövzuların və rəhbərlərin təsdiq edilməsi ilə bağlı əmr layihələrinin hazırlanması;
  14. Buraxılış kafedraları ilə birlikdə Dövlət Attestasiya Komissiyalarının tərkibi haqqında əmr layihələrinin işlənib hazırlanması;
  15. Yekun dövlət attestasiyası üzrə sənədlərin və nümunəvi blankların hazırlanması və təsdiqi (protokollar, rəylər, tapşırıqlar və s.);

*

Tədris metodiki mərkəzin ƏSASNAMƏSİ

“Kənar şəxslərin kredit qazanmaq üçün təhsil xidmətinin təşkili haqqında” UNEC-in daxili Qaydaları