Karyera Mərkəzi təqdim edir: “Müqavilənin ən yaxşı şərtləri barədə danışıqlar”

17 İYUN 2016 | VIEWS:
3114

UNEC-in Karyera Mərkəzi Sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərəcək silsilə yazıların yayımına başlayır. Məqsədimiz sizin imkanlarınızı daha yaxşı harada reallaşdırmağınızı müəyyən etməkdə yol göstərmək və arzuladığınız karyeranı qurmaq üçün əsas məsləhətlərin verilməsi olacaq. Yazıların hazırlanmasında bu sahədə gözəl tədqiqat işi olan Ceff Qraut və Sara Perrinin “İdeal karyeranı necə qurmalı” kitabına istinad edilib.

Tərcümə: Fuad Əliyev, Aygün Abdulova 

Giriş

Fəsil 1. Şəxsi imkanlarınızın dəyərləndirilməsi

Fəsil 2. İşə götürənin anlayış göstərməsi

Fəsil 3. Effektiv iş axtarışının planlaşdırılması

Fəsil 4. Müsbət yanaşma

Fəsil 5. Effektiv hazırlıq

Fəsil 6. Sizin marketinq materiallarınızın hazırlanması

Fəsil 7. Top menecerlərin məsləhətləri

Fəsil 8. Elan edilmiş vakansiyalar

Fəsil 9. Ardı var

Fəsil 10. İşədüzəltmə agentliklərindən maksimum faydanın əldə edilməsi

Fəsil 11. Özünüzə imkanların yaradılması

Fəsil 12. Təşəbbüs müraciəti

Fəsil 13. Müsahibə keçmək təcrübəsi

Fəsil 14. Müsahibə zamanı tez-tez verilən suallar 

Fəsil 15. Testdən keçmə

 

Fəsil 16. Müqavilənin ən yaxşı şərtləri barədə danışıqlar

Müsahibədən keçmənin məqsədi iş təklifinin alınmasıdır. Bu hədəfə nail olan kimi, bu təklifi həqiqətən qəbul edib-etməmək qərarında sərbəstsiniz. Əgər siz işi qəbul etmək qərarını versəniz, onda təklifin uyğun şərtlərinin danışıqlarını aparmaq kimi ciddi mərhələyə başlaya bilərsiniz.

Təklifin qiymətləndirilməsi 

Əgər siz, müsahibədən keçib işə qəbul təklifi almağı qeyd edirsinizsə, onda tərifə layiqsiniz.  Deməli, işə götürənə özünüzü yaxşı tərəfdən göstərib, bacarıqlarınızı, kommunikabellilik və s. qabiliyyətlərinizlə onun tələblərinə cavab vermisiniz. Qazandığınız uğurunuza çox ədalətli olaraq təəccüblə, emosiya ilə reaksiya göstərməniz normaldı.

Bununla bərabər, sakitliyinizi də qoruyub saxlamalısınız.

Təklif olunan işi həqiqətən istəməniz qarşıya çıxan vacib məsələdir?!

Unutmayın ki, sizdə olan emosional element iş təklifinizin qiymətləndirilməsi zamanı təsir edəcək. Fikrinizi yayındırmamağa çalışın. Belə hal hazırki işinizə nifrət edib və ordan çıxma gününü gözlədiyiniz, iş axtarma prosesinə nifrət edib və ya başqa iş təklifi almayacağınız üçün birinci təklif olunan işə razılıq verdiyiniz  zaman baş verə bilər. İşə qəbul müraciətinizin uğurlu olması, sizin işəgötürənin tələb etdiyi tələblərə uyğun olduğunuzun sübutu olub, bir neçə müsahibə keçdiyiniz üçün başqa fərqli təkliflərin gəlməsini ehtimal edir.

Əgər siz təklif olunan işi qəbul edib-etməməyiniz barədə qərar qəbul etmək istəyirsinizsə, aşağıdakı suallara cavab tapmalısınız:

  • Təklif olunan iş sizin iş axtarmağa başladığınız vaxtda ilkin məqsədlərinizə nə dərəcədə uyğundur;
  • Bu iş sizin ümumi karyera planınıza nə dərəcədə uyğundur;
  • Keyfiyyətli sahədə və ya təşkilatda işləyəcəksinizmi;
  • Mədəni baxımdan sizlə təşkilat arasında yaxın əlaqə varmı;
  • Təklif olunan işin şərtləri ilə hazırki işin şərtləri əhəmiyyətli dərəcədəmi fərqlənir;
  • Kifayət qədər sizin suallarınıza cavab verilibmi.

Kitabın əvvəlində biz qeyd etmişdik ki, uğurlu iş axtarışı özünüzün təhlil etmə səviyyəsinə əsaslanır: yeni işdən həqiqətən nə gözləyirsiniz? Hansı tip təşkilat sizə uyğundur? Beləliklə, təklifin qiymətləndirilməsi adekvat ödəniş paketinin baxılmasından daha çox məna kəsb edir.

İlkin məqsədlər

Məsləhət

Təzə iş axtaran vaxtlarda yeni təklif alacağınız vəzifənizdən gözləntilərinizi qeydə almısınızsa, onları tapıb hazırki işin imkanları ilə müəyyən etdiyiniz tələbləri müqayisə edin. Müqayisə nə qədər yaxın, uyğun olsa, bir o qədər siz iki ay işləyəndən sonra keçirəcək təəssüf hissindən uzaq olacaqsınız. Çox güman ki, tam uyğunluğa ümid etmək absurd olardı, lakin nəticənin yaxın olması mümkün ola bilər.

Təqdim edilən təklifdə ailənizlə birgə olmaqdan ötrü məzuniyyətin minimal həcminin olması kimi fövqəladə tələblər də ola bilər. Hansı tələblərin olduğunu yadınıza salmağa çalışın.

Uyğunsuzluğun aşkar olunduğu zaman təklif olunan razılaşma paketini danışıqlar zamanı müzakirə etmək vacibdir. Əgər işəgötürən bu barədə danışmaq istəmirsə, onda siz bu boşluqların hələ də sizə vacib xarakter daşıyıb daşımamasını özünüzdə müəyyən etməlisiniz, bəlkə bu boşluqları necə var, elə də qəbul etməli olacaqsınız, ən azından bir müddətlik.

Sizin karyera planınız 

Ayrıca baxılmağa ehtiyac olan amil təklif olunan işin sizin karyera inkişafınızda nə dərəcədə yeri olmasıdır. Bu iş sizin yeniliklərin mükəmməlləşdirəcəkmi və bu iş sizin hal-hazırki boşluğunuzu doldururmu?

Məsləhət

Bu işin məntiqi davamının nə olmasını və onun sizi düzgün istiqamətə apardığını təsəvvür etməyə çalışın. Əgər siz əvvəlki tutduğunuz vəzifə ilə müqayisədə məsuliyyət sahəsini, sahibkarlıq cəhdlərini genişləndirməyə imkan vermirsə, onda sizin təklifdən imtina etməyiniz məsləhətdir.

İş axtarışı və öz karyeranızı quran zaman yeniliklərə münasibətdə obyektivliyinizi saxlamalısınız, belə ki hər tutduğunuz vəzifə bazarda sizin “dəyərinizi” artıra bilər. Əgər siz yeni işin buna bənzər bir yenilik gətirməsinə əmin deyilsinizsə, onda çox diqqətli olun.

Bəzən belə olur ki, işəgötürən müəyyən vaxtdan sonra daha maraqlı başqa yeni iş təklifi edir. Belə təklifləri özəlliklə qiymətləndirmək çətindir. Söz verilən iş alınmadığı halda, sizin hansı hüquqlarınız olacaq? Əvvəllər belə təkliflərin köhnə işçilərə təklif olunub-olunmamasını və bunların sonda yerinə yetirilib-yetirilməməsini araşdırmaq lazımdır.

Söz verilən iş yerinin hal-hazırda kim tərəfindən tutulduğunu və ya bir ildən sonra bu işçinin həqiqətənmi getməyə hazırlaşdığını öyrənmək lazımdır. Başqa daxili əməkdaşlar bu iş yerinə namizəddirlərmi? Elə hal ola bilərmi ki, siz yenidən daxili müsahibədən keçməli olasınız?

Əgər sizin əldə etdiyiniz nəticə ilə razı deyilsinizsə, onda bu bölmənin əmək müqaviləsinə daxil edilməsini istəyə bilərsiniz. Lakin, belə bölmə ciddi surətdə işlənilməlidir, çünki, adətən işəgötürənlər belə tip məsuliyyətləri öz üzərinə götürmək istəmirlər.

Keyfiyyətə nəzarət 

Nəzərdə tutduğunuz təşkilata müraciət etməmişdən öncə, bu təşkilatın gücünü və keyfiyyətini qiymətləndirməlisiniz. Lakin proses irəlilədikcə, müsahibələrdə iştirak etdikcə yeni-yeni informasiyaların aşkarlanması üzə çıxa bilər. Əmin olmalısınız ki, ilkin qiymətləndirməni düzgün aparırsınız. Məsələn, siz bilirdiniz ki, şirkət sürətlə inkişaf edir; bu şirkətdən əldə etdiyiniz təcrübədə şirkətin həqiqətənmi bu sürətli inkişafı idarə etmək imkanına malik gücü varmı?

Mədəniyyət nöqteyi-nəzərindən uyğunluq 

Müsahibələrdən keçərək siz təşkilatın ümumi idarəetmə üslubu ilə tanış olmalısınız. Bu üslubun sizin şəxsi temperamentiniz və üslubunuz ilə nə dərəcədə uyğunlaşmağına fikir verməlisiniz. Əgər vəzifə mükəmməl olub, sizin bütün tələblərinizə uyğun gəlib, lakin şirkət özü-özlüyündə şirkət kimi sizi təmin eləməyib, şəxsi keyfiyyətlərinizə həqiqətən cavab vermirsə onda nə etməlisiniz?

Əks hala rast gəlinərsə çox kədərli ola bilər. Fərz edək ki, siz özünüzə münasib iş tapmısınız, lakin şirkətin mədəniyyəti sizə uyğun deyil. O zaman buna qarşı çoxlu enerji sərf etməyinizə gərək olacaq. Şirkətin seçilməsi həyat yoldaşınızı seçməniz kimidir; əgər siz bir-birinizin dəyərlərini bölüşmürsünüzsə və ümumi baxışlarınız yoxdursa, onda sizin birgə yaşayışınız çox acınacaqlı ola bilər.

Məsləhət

Təcrübə göstərir ki, pis iş yaxşı şırkətdə son nəticədə yaxşı işə çevrilə bilər. Əgər şirkət sizin bütün parametrlərinizə uyğundursa, ilkin iş təklifi sizə keyfiyyət baxımından uyğun olmasa da, gələcəkdə istədiyiniz işə keçmə ehtimalınız var.

İş dəyişimi zamanı risk elementi digər tərəfdən imkanların açılması kimi də başa düşülür. Cəsarətlilik şəhərləri zəbt edir deyirlər. Riskin tamamən olmamasına, yalnız əgər təqaüdə çıxacağınız dövrə qədər ömrünüz boyu eyni yerdə, eyni insanlarla, eyni işlə məşğul olduğunuz halda rast gələ bilərsiniz. Çox gülməli səslənir, elə deyilmi? Real həyatda sizin ətrafınızda təşkilat və işçilər hökmən dəyişməlidir.

Lakin, risk səviyyəsi hər zaman eyni olmur. Siz əsalandırılmış riskə (məntiqli seçim) və əsaslandırılmamış riskə (yox, yox, yox) rast gələ bilərsiniz.

Gələcəkdə hissəciyi olacağınız şirkəti möhkəm tədqiq etmisinizsə, onda siz onun haqqında kifayət qədər məlumatlanmalısınız. Lakin, aşağıda göstərdiyimiz kimi, iş təklifini alandan sonra gedib-gələcək həmkarlarınızla və menecer xətti ilə danışıb təşkilatın bütövlükdə iş həyatını və sizin vəzifə öhdəliklərinizi anlamağa çalışın.

Əmək müqaviləsini gördüyünüz andan qaranlıq qalan bəndləri dəqiqləşdirməyiniz məsləhətdir. Məsələn, müqavilədə yeni iş təklifini əldə etməmişdən öncə təcrübə müddətinin olması qeyd oluna bilər. Əgər belə bir hal baş verərsə, bu prosesi keçməkdən ötrü hansı tələblər tələb olunduğunu öyrənin. Sizin işinizi kimin qiymətləndirməsini dəqiqləşdirin? Əvvəllər təcrübədən keçməyən işçiləri çıxardıblarmı?

Bundan başqa, muzdlu işçilərin imtiyazları barədə məlumatlanmalısınız. İşəgötürənin təklif etdiyi imtiyazlardan nə dərəcədə isifadə edə biləcəyinizi öyrənin. Əgər sizə hər hansı bir təqaüd və ya tibbi sığorta kimi bir maddi yardım söz verilibsə, bu yardımların nəzaman, hansı müddətə veriləcəyi ilə maraqlanın. İmtiyazların verilməsi gecikdirilərsə, bu imtiyazları nağd və ya sərbəst imtiyaz proqramı şəklində alacağınızı əvvəlcədən danışın.

Əgər siz təcrübə müddətini keçirsinizsə, sizə tətbiq olunan bütün imtiyazların birinci iş günündən etibarən qüvvədə olmasına əmin olmalısınız.  Ya da ən azından onun tətbiqi təcrübə müddətinin bitməsinə yaxın vaxtda qüvvəyə minməlidir.

Müqaviləyə nəzər yetirərkən “məhdudiyyət şərtlərini” əhatə edən bütün bəndlərə qarşı diqqətli olun. Bu bənd işəgötürənlər tərəfindən öz işçilərinin təşkilatda işləyən zaman və sonra da fəaliyyətlərini məhdudlaşdırmaq məqsədilə istifadə olunur. Bu şərtlərin əsas tipi kimi işçilərin məxfi məlumatı çatdırma qabiliyyəti, əvəzçiliklə işləmək, rəqiblərə birbaşa işləmək (rəqabət aparmayan təşkilatla), başqa işçiləri cəlb etməyi və ya işdən azad olandan sonra müştərilərlə iş aparmaq hesab olunur.

Əgər siz müqavilənizdə bu tip bəndləri aşkar etsəniz, həqiqətdə bunları yerinə yetirmək çətin olduğunu unutmayın, xüsusən də bu, rəqabət aparmayan təşkilatlara aiddir. Əgər müştərilərlə birbaşa əlaqəli vəzifəni tutmursunuzsa, sizə qeyri-sağlam təkliflər verilməyəcək.

Bununla bərabər, bu məhdudiyyətli şərtlərdən ildə əgər minimum 20 funtdan az qazanır, nisbətən aşağı vəzifə tutursunuzsa, bundan imtina etməyin; çalışın işəgötürəndən bu məhdudiyyətlərin gələcəkdə yığışdırmasını xahiş edə biləsiniz.

Əgər bu xahiş rədd olunubsa, işəgötürəndən bu məhdudiyyətlərin düzgün rədd olunub-olunmamasına əmin olmaq üçün ona pullu hüquqi məsləhət almaq fikrinizin olmasını bildirin. Yox əgər, bundan da imtina edilibsə, bu işdə belə məhdudiyyətlərin olduğu halda, bu vəzifədə qalma ehtimalınıza qərar verməlisiniz, ya hüquqşünasdan ya da insan resurslarından, məsləhətçilərdən məsləhət alın.

Əgər siz yüksək təbəqəli rəhbər vəzifəni tutursunuzsa, çox güman ki mütəxəssisdən hüquqi məsləhət almalısınız. Ən azından bu, məhdudiyyətlərin nə dərəcədə reallığı haqqında sizdə təsəvvür yaradacaq. Bu məsləhət həmçinin danışıqlar apardığınız zaman da sizə kömək edə bilər. Məsələn, sizdə olan  əlaqələrin şirkətdə işlədiyiniz zaman deyil, işə düzəlməmişdən qabaq sizdə olduğunu onlara izah etməlisiniz.  Əgər şirkət müqavilənin şərtlərini dəyişməkdən imtina edirsə, hər halda, şərtləri pozacağınız zaman hansı halda ola biləcəyinizi ən azından biləcəksiniz. Bundan başqa, belə təcrübə sizə şirkətin nə dərəcədə güzəştə gedən olduğu haqqında təsəvvür yaradacaq.

Reid Minty, Solicitors hüquqi təşkilatın sahibkarı Dxonaton R.Ebsvort belə bir məsləhət verir: yerinə yetirə bilməyəcəyiniz şərtləri olan müqaviləni normal halda imzalamayın. Bununla bərabər, məhdudiyyətli şərtlərlə işiniz olduğu zaman bilik önəmli amil kimi hesab olunur, bəzi işəgötürənlər bu məsələlərlə bağlı heç də peşəkar deyillər. “Qorxuram bu şirkətin şərtləridir, bunları qəbul etməlisiniz”- bu ifadəni tez-tez eşidə bilərsiniz, bu ziddiyyətli fikirdir. Belə ola bilməz, çünki hər bir insanın vəziyyəti digərindən fərqli ola bilər.

Əgər “standart şərtlər” məntiqdən uzaqlaşırsa işəgötürənin işgüzar maraqlarını müdafiə etmirsə, onda bu şərtlər qüvvəsiz hesab olunub, bu müqavilənin şərtləri yerinə yetirməli olmayacağınızı bilərək rahat imzalaya bilərsiniz.

Vacib adamlardan cavabların alınması

Yeni işlə bağlı hər hansı bir şübhəniz varsa, işəgötürənlə daha bir görüşün baş verməsini istəyə bilərsiz, belə ki, keçən müsahibə özünüzü “satmağa” diqqətiniz yönəlmişdi ki, situasiyanı tam surətdə idarə edə bilmirdiniz. Vəziyyətin hakimi müsahibə götürən idi.

Məsləhət

İş sizə təklif olunandan sonra indi güc sizin əlinizdə olub, işin həqiqətən sizin tələblərə uyğun olub- olmaması təhlilinə diqqətinizi yönəltməlisiniz.

Məntiqli addım olardı ki, əməkdaşlarınızla görüş təyin edəsiniz. Siz əvvəl müsahibəçidən və ya xətti menecerin apardığı, əvvəllər iştirakçısı olduğunuz müsahibə mühitdən uzaqlaşıb şirkətin həqiqətən necə olması barədə maraqlanmalısınız. Birbaşa müdir həqiqətən necə bir tipdir? Şirkətdə onları təmin etməyən nələrsə varmı? Əgər imkan varsa yerinə keçəcəyiniz vəzifədə çalışan işçi ilə əlaqə saxlayıb danışın; bu sizə işin stimullaşdırıcı amilləri və perspektivləri haqqında təəssürat yaratmağa imkan verə bilər.

Sizin birbaşa tabe olmadığınız potensial müdiriniz (hansı ki, o sizin müsahibəni götürən şəxs ola bilər) ilə də görüş xeyirli ola bilər. Siz əvvəllər həyəcandan verə bilmədiyiniz sualları verə bilərsiniz, ya da əvvəllər işin dayandırılmasına səbəb olan kurslara davamiyyət və ya şirkətin heyətinin aktiv idarəedilməsi ilə bağlı bəzi funksional öhdəliklərin yerinə yetirilməsi ilə bağlı aldığınız cavabları təsdiqlətdirə bilərsiniz.

Əgər xətti menecer bu suallara cavab verməsə heyət üzrə xidmət işçisi ilə görüş təyin edə bilərsiniz. Bu hər halda çox müdrik strategiya olardı. Məlumdur ki, iş təklif edən xətti menecer tərəfindən sizi işə götürmək həvəsində olduqları üçün çox sözlər deyə bilərlər, lakin sonradan ilkin informasiyanın yanlış olduğunu aşkarlaya bilərsiniz. Sizə çox güman ki, məqsədyönlü surətdə yalan danışa bilərlər, rəhbər hesab edə bilər ki, düz danışır. Halbuki, şirkətin siyasəti dəyişmək üzrədir.

Şübhələndiyiniz halda mübahisəli sualları şirkətin birinci şəxsi ilə müzakirə edə bilərsiniz. Əgər deyilən söz sizin bu işə düzəlib- düzəlməməyinizlə bağlıdırsa onda dəqiq aydınlaşdırın. İnanmaq istədiyinzə inanmayın.

İş təklifini aldıqdan sonra soruşulması mümkün olan suallar 

İşə düzələn zaman şirkətdə işləyən işçilərlə danışıqlar apararkən bu işin uyğun olub-olmaması barədə çoxlu informasiya əldə edə bilərsiniz. Gələcəkdə işləyəcəyiniz işdən asılı olaraq aşağıdakı suallar aktual ola bilər.

Nə soruşursunuzsa soruşun, çalışın “hə” və ya “yox” cavabı verə bilməyəcəkləri sualları verin, “necə” və “nə” sualları daha çox informasiya verən cavablar alır. Məsələn: “Sizin buradan xoşunuz gəlirmi?”

İlk növbədə nəzakətli olun. Əgər siz potensial əməkdaşınızla danışırsınızsa unutmayın ki, danışdığınız hər bir şey müdirə çatacaq. Çalışmalısınız ki təəssüratlar müsbət olsun.

Gələcək müdirə veriləcək suallar:

  • Mən kimin qarşısında hesabat verəcəm?
  • Mənim işimin qiymətləndirilməsində kim iştirak edəcək?
  • Sınaq müddəti varmı, əgər varsa hansı müddətdə davam edir və bu müddət ərzində mənim işim necə qiymətləndiriləcək?
  • Hansı ilkin təhsil alacam?
  • Gələcəkdə işləyəcəyim komandanın qalan üzvləri kimdir?
  • Şöbə hansı proqram təminatı paketindən istifadə edir?
  • İş saatından artıq işçilər hansı müddətdə qalırlar?
  • Şirkətin şöbəsində nə qədər işləmisiniz?
  • Yerinə keçəcəyim insan hara keçir və niyə?
  • Mənim alacağım bonuslara hansı amillər təsir edir?
  • Səyahətlərin olma ehtimalı nə dərəcədə mümkündür?
  • Yuxarı rəhbərlikdə nə qədər qadın işləyir?
  • Gələcəkdə vəzifə irəliləyişinin olması nə dərəcədə mümkündür? 

Gələcək həmkarlarınıza/ yerinə keçəcəyiniz insana verəcəyiniz suallar: 

  • Burada siz nə qədər işləmisiniz?
  • Bu şirkətə işləməyə sizi nə məcbur etdi?
  • Sizin gözləntiləriniz nə dərəcədə reallaşdı?
  • Hansı layihələr üzərində işləmisiniz?
  • Hazırki işinizdə ən maraqlı hissə hansıdır?
  • Şirkətdə ən çox nəyi bəyənirsiniz?
  • Hazırki işinizin hansı mənfi tərəfləri var?
  • Şöbədən son dövr ərzində nə qədər işçi işdən çıxıb?
  • Ehtimal olunur ki, iş vaxtı 09:00dan 17:00a kimidir. Əslində bu necədir?
  • Bazar günü işlədiyiniz vaxtlar olurmu?
  • Müdirin nəyə ən çox güc verməyi sevir?
  • Kollektivdə heyətə xidmətlə bağlı danışın
  • Ofisdə abu-hava necədir?
  • Hər hansı şəxsi konfliktli situasiyalar varmı?
  • İşdən sonra işçilər bir-biriləri ilə münasibət qururlarmı və bu gözlənilirmi?
  • Təhsil və özünüinkişaf baxımından hansı dərəcədə dəstək alırsınız?
  • Yerinə gəldiyim insan, öz iş yerini niyə tərk edir?
  • Yardım sistemi çox cəlbedici görsənir, həqiqətənmi belədir?
  • Qadınlar analıq məzuniyyətindən sonra işə çıxma adətinə malikdilərmi?

İnsan resurslarına verilən suallar: 

  • Təşkilatda işçilər hansı müddətdə orta hesabla qalırlar işləməyə?
  • Daxili yüklənməyə yönələn hər hansı rəsmi siyasəti varmı şirkətin?
  • Mənə təqdim olunan imtiyazlar barədə danışa bilərsinizmi?
  • Bu imtiyazlardan istifadə etmək üçün hər hansı sınaq müddətindən keçməliyəmmi?
  • Gəlirlər haqqında sənədlər varmı?
  • Şirkət özünə xeyiri ola biləcək hər hansı əlavə təhsil almaq tələb edə bilərmi?
  • Məni imzalayacağım müqavilə ilə tanış edə bilərsinizmi?

Çoxlu pulun istənilməsi 

İşin təsviri sizin tələblərinizə uyğun ola bilər, lakin əmək haqqı sizə uyğundur? “Müsahibədənkeçmə təcrübəsi” olan 13-cü fəsildə demişdik ki, müsahibə zamanı hər hansı bir ödəniş, əməkhaqqı tipli mövzulardan qaçın. Tədqiqat zamanı sorğuda iştirak edən heyət üzrə mütəxəssislərin 57%-i əməkhaqqı haqqında danışmağı iş təklifi alandan sonra məsləhət görürlər.

Bununla belə, sorğuda soruşulan “beyin ovçuları”nın əksəriyyəti və  menecerlərin yarıdan çoxu hesab edirlər ki, bu məsələyə ikinci müsahibədə baxmaq olar. Təbii ki, bu an daha münasib olunur: bu mərhələdə onlar daha güclü vəziyyətdə olurlar, çünki daha iş təklifi etməyiblər. O ki qaldı sizə, sizin mövqeyiniz ancaq iş təklifi alan zaman möhkəm ola bilər, ona görə “barıtı quru saxla”yın ki, sizə öhdəlikləri bağlamazdan öncə imtiyazlar və ödənişlə bağlı məlumatlanasınız.

Məsləhət

İşi təklif etməyənə kimi elə bir təəssürat yaratmalısınız ki, siz “heç nəyə” işləyə bilərsiniz. Sizi ən çox təklif olunan iş, gələcək perspektiv, təşkilata qoyacağınız bəhrə və qabiliyyətinizin mükəmməlləşdirliməsi həvəsləndirir. Sizin davranışlarınızı triada: Perspektiv, İmkanlar və Məsuliyyət stimullaşdırır və motivasiya edir.

Həqiqətdə isə sizin yaratmaq istədiyiniz təəssürat çətin reallığa uyğun olsun. Təbii ki, əlavə gəliriniz olduğunuz halda, əmək haqqı sizə az məna kəsb edə bilər.

Əgər şirkət sizə iş yeri təklif edirsə, onda o sizin şirkətə bilik və imkanlarınızın xeyri dəyməsini qiymətləndirə bilər: ona görə o öz biliklərinizi bölüşmək üçün sizə ödəniş etməyə hazır olmalıdır.

Çox istəmək normaldır 

İş təklif edən tərəfdən edilən ilkin təklifi qəbul edən insanların sayı son dərəcə çoxdur. Uğur qazanan namizədlərin əksəriyyəti əmək haqqının hər hansı artımı barədə belə danışmırlar. Bununla belə, insanların ilkin əmək haqqı məbləğinin artırılmasına can atmayan bir səbəb yoxdur.

Məsləhət

Əgər siz xüsusi imtiyazlı yardım verilən təklifləri yenidən düşünüb, daha yüksək təkliflərə baxıb qayıtsanız sizin haqqınızda pis fikirləşməyəcəklər. Bizim tədqiqatımızda yalnız 11%-i ilkin əmək haqqının qaldırılması təklifini verən işçidən imtina ediblər; əksəriyyəti isə belə bir tələb əsaslanmış və məntiqlidirsə, belə bir problem yaratmadığını deyirlər.

Yəni işəgötürən sizin təklifinizlə razı olmamalıdır. Cavab aşağıdakı kimi ola bilər: “Yox, bu bizim təklif etdiyimiz son təklifdi”, hər halda siz cəhd etdiniz. Əgər siz soruşmasanız təbii ki, istədiyiniz əmək haqqını ala bilməzsiniz. Əgər siz istədiyinizi verməsəniz, bir növ kompromissə gələ bilərsiniz. Məsələn, siz istəyirsiniz ki, əmək haqqınıza 2-3% əlavə eləsinlər. Tələbdən imtina oluna bilər, lakin çox güman ki, əməh haqqının artırılmasının müddətini bir ildən sonra olma şərtini müvafiq tələblərə cavab verdiyiniz halda, 6 aya endirə bilərlər. Sizə həmçinin pul şəklində minimal yardım təklif oluna bilər.

İşəgötürən şirkət çox möhkəm təltif ierarxiyasına və struktur elementlərinə malik ola bilər. Müvafiq kvalifikasiyanızın olmaması üzündən sizə bu həlqəyə qoşulmamanız böyük çətinlik törədə bilər. Digər tərəfdən sizi aşağı səviyyəyə salan həlqə ilə razılaşmağınız düzgün mövqe tutduğunuz zaman bir gün düzgün atıb o yerdən çıxa bilməyə bilərsiniz.

Siz nə qədər vəzifədə yuxarı təbəqədə işləsəniz, bir o qədər işiniz qiymətləndirilən zaman daha yüksək vəzifəyə keçib növbəti müqaviləni imzalaya bilərsiniz.

Danışıqlara hazırlıq 

Əgər siz aparılan danışıqlardan müsbət nəticə almaq istəyirsinizsə, təklif olunan əmək haqqı və yardımlar, həmçinin ödəniş sistemi haqqında tam təsəvvürünüz olmalıdır. Ödəniş sistemi getdikcə elastik olur.

Rodgers Partnership şirkətinin baş direktoru və əmək haqqı təşkilati dəyişikliklər üzrə müstəqil məsləhətçi Stuart Rocers deyir:

“80-cı illərin axırına qədər işəgötürənlər özləri ödəniş sisteminin elementlərinin necə olmağını təyin edirdilər; işəgələnlərin isə öz seçimləri olmurdu. Lakin sonradan işəgötürənlər çoxlu müxtəlif imtiyazlar təklif edərək daha elastiklik göstərməyə başladılar, hansı ki, işçilər özləri seçməyə başladılar. Son zamanlar inkişaf dinamikası nağd hesablaşmaya yönəlib, belə hal işəgötürənlərin üstünlük verdiyi müqavilələri müqayisə edən zaman baş verir.

Belə işəğötürənlər tez-tez deyirlər: “sizin tam iş təltifiniz budur; əgər bunu nağd almaq istəyirsinizsə, onda danışdıq; yox, əgər onun bir hissəsini təqaüd ödənişlərinə, planlaşdırdığınız işlərə xərcləmək istəyirsinizsə bu sizin haqqınızdı”.

Belə əmək haqqı və imtiyaz sisteminin sizə sərf edib-etməməsi hazırkı işinizin verdiyi ödənişi müqayisə etdiyiniz halda tam anlaya bilərsiniz. Əmək haqqınızla bir çox elementlər də ola bilər. Siz işinizə görə ödəniləcək bütün ödənişləri nəzərə almalısınız.

Çalışın aşağıdakı elementlərə maliyyə dəyərini verin:

  • İşəgötürənin təqaüd ödənişi
  • Şirkət tərəfindən təqdim olunan avtomobil və ya onun əlavə xərcləri
  • Ödənilən məzuniyyət
  • İdman klubunun üzvü kimi korporativ üstünlüklər
  • Ev telefonunun xərclərinin ödənilməsi
  • Şəxsi tibbi sığorta
  • İmtiyazlı dəyərlə səhmlərin alınması

Yeni işə keçmə pul şəklində ümumi yekun ödəmələri ilin axırında yardım şəklində alsanız, çox mürəkkəb bir proses hesab olunur. Siz əgər ilin axırına qədər işdə qalsanız alacağınız yardımı hesablamalısınız.

Əgər siz işdən indi çıxmalı olsanız, sizin olan səhmlərin dəyərini itirməkdən çox, ziyanını çəkəcəksiniz, yoxsa itkiniz heç olmayacaq.

Məsləhət

Pul şəklində mükafatlara münasibətiniz zaman keçdikcə dəyişə bilər. 30 yaşına çatdığınız zaman 20 yaşından fərqli olaraq sizi daha çox pensiya ödənişləri narahat edə bilər. Hansı elementləri qiymətləndirdiyinizi dəqiq müəyyənləşdirin, sizin prestij saydığınız dəyərləri fərqləndirin.

İşə qəbul təklifinizi alanda edəcəyiniz əlavə xərcləri də unutmayın (nəzərdən qaçırmayın). İşə düzələndən sonra evinizi bahalı rayona köçürməlimi olacaqsınız? Əgər elədirsə, bununla işəgötürən sizə maliyyə dəstəyi olacaqmı?

Əgər sizə yardımlar və imtiyazla bağlı, ən əsası da təqaüd ödənişləri ilə bağlı məsələlərdə qaranlıq qalan nəsə varsa, şəxsi maliyyə məsləhətçinizə zəng etməyiniz məsləhətdir.

Bütün elementləri nəzərdən keçirəndən sonra bütün ödənişləri toplayıb cari mədaxilinizi hesablayın. Bu sizə işəgötürənlə danışmaqda ilkin istiqamət olar.

Əmək haqqının hansı səviyyədə artımına nail olmaq olar?

İşinizi dəyişən zaman, köhnə işinizdə aldığınız əmək haqqından bu yeni işdə daha yüksək alacağınızı unutmamalısınız. Təcrübə göstərir ki, köhnə işində qalan işçinin əmək haqqı orta hesabla 3-4% artır.

Məsləhət

Bizim tədqiqat aşkar edib ki, namizədlərə təklif edilən orta əmək haqqı artımı 9%, irəliləmə söz veriləndə artım isə 5-10% təşkil edir. Təxmini hər 5-ci işəgötürmə üzrə mütəxəssis artımın 15-20% olduğunu deyib.

Bunların əksinə, heyətlə işləyənlər bir qayda olaraq, işçiyə faktiki işində aldığı maaşdan 10% çox əmək haqqı təklif edirlər; yüksək vəzifələrdə isə 25%-dən çox.

Namizəd nə qədər qiymətlidirsə, bir o qədər ona güzəştə gedirlər.

Əlavə material

İşə düzəlmə prosesinin bütün elementlərinə xas olan xüsusiyyətdən biri, nə qədər çox informasiya olsa bir o qədər öz mövqeyini möhkəmlədə bilməsidir. Hal-hazırda çalışın ödənişlər və imtiyazlar haqqında məlumat toplayın. Ola bilər ki, sizin köhnə işə götürəniniz tam ödəniş etməyib sizə.

Bu halda ödənişlərin hesablanması sizin ilkin fikriniz üçün əlverişli olmaya bilər. Siz 10% artımdan daha artığına can atmalısınız. Əgər siz işədüzəltmə üzrə məsləhət firmasına müraciət etmisinizsə, onlar sizə bazarda vəziyyəti bilib məntiqli hansı təklifi verməyinizi deyə bilərlər. Bazar qiymətlərinə aid statistik göstəricilərdən istifadə edə bilərsiniz. Rekrutinq şirkətinə müraciətinizdən əlavə, The Reward Group, İncomes Data Services və ya Towers Perrin kimi sırf ödəniş informasiyası ilə məşğul olan şirkətlərdən lazımlı materiallar ala bilərsiniz. Tədqiqatların daimi aparılması və müvafiq statistik məlumatların alınmasının çox asan olması təşkilatların xoşuna gəldiyi tendensiyadır.

Danışıqları kim aparmalıdır?

Əgər siz rekrutinq üzrə məsləhət şirkəti ilə və ya “xed xanter” şirkəti ilə birgə işləyirsinizsə onlarla açıq danışıqların aparılmasını məsləhət görürük. Rekrutinq üzrə mütəxəssislər belə işlərin aparılmasında səriştəli mütəxəssislərdir ki, onların bu güclərindən maksimal dərəcədə öz xeyrinizə istifadə edə bilərsiniz. Bundan başqa, sizlə yeni işə götürən arasında anlaşılmazlıq və ya aranızda baş verəcək mübahisəli atmosferin yaranmasına əngəl törədə bilərlər. Əgər sizin bu şirkətdə işləmək fikriniz varsa, istər psixoloji istərsə də maliyyə baxımından yaxşı başlamağınız məsləhətdi.

İlkin danışıqlar

Danışıqlar mədəniyyəti iki tərəfin qalibini görən şirkətlərin kompromisinin əldə edilməsindən ibarətdir. Bu o deməkdir ki, son nəticə işəgötürənlə sizin görüşünüz zamanı onun verdiyi təklif ilə sizin yüksək məqsədiniz arasında yarı yol hesab edilə bilər.

Fərz edək ki, siz çox şad olardınız əgər əmək haqqınıza keçmiş məbləğindən 10% artıq ödəniş edilərsə, lakin bu artım 20% olarsa, bu, sizin kreditinizin ödənilməsinə köməklik edə bilər. Lakin şirkət sizə 50% artım təklif edir. Bu  zaman sizin itirəsi heç nəyiniz olmur.

Sizin cavabınızın quruluşu belə olmalıdı: ilk öncə siz bu təklifi almaq sevincini bildirməlisiniz. İşədüzəlmə və müsahibələr zamanı şirkət sizə böyük təəssürat yaratdığını və burda sizin böyük işləmək imkanlarınızın olmasını gördüyünüzü bildirin. Lakin aldığınız təklifdən bir qədər narazı olduğunuzu hiss elətdirin.

Sonra siz hazırki əmək haqqınıza əsaslanıb, gələcəkdə alacağınız ödənişlərə gələ bilərsiniz. Unutmayın ki, il ərzində müsabiqədə olanlar sırasında da qala bilərsiniz. Sizin tam razılaşmanız hazırki işəgötürəndə çox gümanki, tez bir zamanda olacaq. Lakin əgər siz işinizi dəyişsəniz növbəti müqaviləyə qədər bir il gözləməli olacaqsınız, ona görə daha əhəmiyyəlti artımları gözləməniz məsləhətdi.

Davam edən danışıqlar 

İlkin əmək haqqı və digər ödənişlərin təklifini alıb daha yüksək ödəmələri gözlədiyinizi bildirəndən sonra təşkilatın reaksiyasını gözləməyiniz məsləhət olunur. Sizin əmək haqqınızla bağlı olan bütün artımlara sərt rədd(imtina) cavabı ala bilərsiniz.

Məsləhət

Sizə nə “lazımdı” nöqteyi-nəzərindən heç nəyə baxmayın. Sizə “nəyi etməyə dəyər” kimi müzakirələri qurmaq məsləhətdi. Qaçılmaz olaraq bu amillərin uyğunluğu bunlarla təyin olunur: sizin qabiliyyətiniz, işəgötürənin tələbatları, ümumi iqtisadi vəziyyət və sizin bilik sahənizin artmı ilə.

Danışıqlar raundu şirkətin daha irəli gedəsi fikri olmayan nöqtəyə və sizin daha artıq təklif gözləməmək fikrinə qədər davam edə bilər. Əgər şirkət prosesin hər hansı mərhələsində cavab verməkdə ləngiyirsə, onda siz yalnız oturub gözləməlisiniz. Əgər şirkət əvvəlcədən suala cavab vermək üçün konkret vaxt qoymayıbsa, onun bu qərarı verməkdən ötrü addım atmağa sövq eməkdə bir qəbahətin olmadığını demək olar.

Bütün danışıqlar dövrü ərzində əmin olmalısınız ki, sizin bu şirkətdə işləmək həvəsinizin olmasını göstərib, verdiyiniz sualları daha pozitiv və konstruktiv mövzuda qoymusunuz.

Qarşılıqlı olaraq verilən təkliflərə baxılması

Əgər siz iş təklifini qəbul etməlisinizsə, hazırkı müdirinizə getməyiniz barədə məlumat verməlisiniz. Bu zaman sizi köhnə iş yerində qalmaq fikrinə gətirən başqa yeni təklif ala bilərsiniz. Əgər müdriyyət yeni işçi götürməli olsa, onda büdcədə bu il nəzərdə tutulmayan xərclə üzləşməli olacaqdır. Hazırki işçi heyətin vəziyyəti işə götürənin göstəricilərinə təsir edərək, sizin getməyinizini onun verəcəyi premiyanın böyük bonusdan cuzi məbləğə çevirə bilər. Beləliklə, işəgötürən əmək haqqınızın 5% artımını təklif etsə nə edəcəksiniz.

Danışıqlar zamanı hiylələr

Siz qarşı tərəfdən gələn təklifi işəgötürən qarşısında öz mövqeyinizi möhkəmlətmək üçün istifadə edə bilərsiniz. Elə bir hal olub ki, cavan müsahibə 32.000 funt məbləğində əmək haqqı təklif olunub. O işdən azad olmaq istəyəndə köhnə müdriyyəti 35.000 funt təklif edib. Yeni şirkət bundan sonra 36.000, köhnəsi isə cavab olaraq bu məbləği 37.000-nə çatdırıb, sonda danışıqlarda 40.000 funt təklif edərək yeni şirkət qalıb gəldi.

Belə hallar tez-tez baş vermir, lakin bu bazar qiymətlərinin əmək haqqının artımında səmərəli işlədiyini göstərir.

 Əgər sizi qalmaq üçün yola gətiriblərsə o zaman nə etməli?

Fərz edək ki, yeni iş yeri hazırki müdriyyətin əmək haqqı təklifindən artıq təklif etmir. Ola bilsin, sizi köhnə iş yerinizdə qalıb əlavə pul alaraq işləməyə razı salıblar. Bununla belə, bütün qarşıdan gələn təkliflər analitik yolla qiymətləndirilməlidir.

Məsləhət

Təcrübə göstərir ki, qarşı tərəfdən gələn təklifdən sonra köhnə iş yerində qalan işçi sonunda bir il ərzində yenə əmək bazarında özünü tapır. 

Niyə belə olur? Əsas səbələrdən biri, maliyyə problemləri işçinin yeni iş axtarmasının adətən bir hissəsi kimi hesab olunur. Dəyişikliklərin, yeni perspektivlərin və imkanların artım istəyi bir qayda olaraq yeni iş axtarmaqda ilkin iş axtarmaq marağının əsas hərəkətverici qüvvəsi kimi hesab olunur; böyük əmək haqqının olması həmin şərtlər daxilində adətən qısamüddətli vaxtda işçini təmin edir.

Qeyri-maliyyə məsələləri 

Qarşıdan gələn təklifin həqiqi dəyəri sizin cari karyera tələblərinizə cavab vermə meyarı ilə ölçülür. Əgər işəgötürən, sizdən bu işdə niyə qalmalı olduğunuzu soruşarsa, qalmalı olacağınız səbəbi dəqiq göstərin. Əgər sizin tələblər siyahısında ən çox maliyyə tələbatlarınız və ya heyətin idarə edilməsi üzrə vəzifələr yer tutursa, onda bunu onlardan istəyin. İşə götürən sizin işdə qalmanızı elə çox istəyə bilər ki, tələb etdiyiniz tələbatları sizə təşkil edə bilər.

Ola bilər ki, siz bu təklifləri və ya belə əmək haqqı barədə keçən ildə istəmisiniz, lakin indi getmə ehtimalının olması ilə onları hədələyib daxili bürokratiya sizin tələbatlarınızı təmin etmək üçün hərəkətə keçə bilər. Əgər sizin rəhbəriniz, əməkdaşlarınız üstünə “Bu oğlanı saxlamalısınız” və ya “mənim satışım bu qadın üzərində durur” kimi qışqırırsa onda siz müsbət nəticəyə arxalana bilərsiniz.

Əgər belə hal baş verirsə və təşkilat sizin istədiyiniz istiqamətdə karyeranızı inkişaf etdirməyə imkan yaradırsa, onda qarşıdan gələn təklif üzərində ciddi fikirləşmək lazımdır. Kitabın əvvəlində deyildiyi kimi, iş axtarma prosesi- mahiyyətcə çox riskli bir prosesdir. Köhnə vəzifədə daha yaxşı tanıdığınız köhnə işdə qalmaq yeni müəssisəyə keçməklə müqayisədə sualtı daşların gözlədiyi dənizə bənzəyir. Əgər siz işdən çıxsanız yağışdan çıxıb yağmura düşəcəksiniz. Əgər sizə vəzifənizin bir az sonra dəyişəcəyinə zəmanət veriblərsə, bəs onda? Sizə deyə bilərlər ki, başqa şöbədə 6 aydan sonra kimsə işdən çıxanarsa ayrıca otaq hazırlanacaq. Bu zaman siz şirkətin təklifini reallaşdırmaq ehtimalını qiymətləndirməlisiniz. Əgər sizin hazırki müdriyyətiniz karların çatışmazlığı üzündən sizin getməyinizi maneə törədərək bu təklifi verirsə, həqiqətdə isə əmək haqqınızı formal artırmaqdan başqa sizin karyera tələbatlarınızı təmin etmək fikrindən uzaq olarsa, bu zaman köhnə təklifi rədd edib yeni təklifə “hə” cavabı vermənizməntiqli olardı.

Bundan başqa, etibarı itirərək yetirdiyiniz zərəri də nəzərdən qaçırmayın, çünki bir vaxtlar siz getməyinizlə işəgötürəni hədələmisiniz, şirkətin sizə olan etibarı bir az azalacaq. Hətta siz bu şirkətdən getməyib işlədiyiniz halda belə, rəhbərlik gələcəkdə hər an getmək ehtimalı olan kimi sizi bilib, daha maraqlı işə və ya layihəyə birinci namizəd kimi təklif etməyəcək.

İş təklifinin qəbul edilməsinə dair məktub nümunəsi

Qari Leyna

“Cable Connect”-in maliyyə və idarəetmə üzrə direktoru

Hörmətli mister Leyn

Mən Sizin istehsal rəhbəri vəzifəsində işləmək təklifini almaqda şadam.

Hesab edirəm ki, inkişaf edən biznesin tələblərinə cavab verən şöbənin yaradılması ilə problemlərin həllində böyük zövq alıb şirkətin uğuruna vacib imza atacam.

Müqaviləyə əsasən, hazırki işəgötürənimə işdən çıxmaq barədə 3 ay öncədən xəbər verməliyəm, lakin ümid edirəm ki, bu müddət 6 həftəyə azaldılsın. Bununla bərabər, o ki qaldı mənim hazırkı vəzifə öhdəliklərimə, Bristolda açılacaq yeni ofisin planını nəzərdən keçirməklə ofis avadanlıqlarının müxtəlif təchizatçıları ilə danışmağa şad olardım.

Gələn həftə günün ikinci yarısında mənim ilkin planlarımı müzakirə etmək üçün görüşə bilərikmi? Əgər sizin informasiya texnologiyaları üzrə meneceriniz uyğundursa, onda Bristolda açılan yeni ofis üçün avadanlıqların və kommunikasiyaların texniki tələblərini müzakirə edərdik.

Əminəm ki, sadaladığım göstəricilər namizdəliyi irəli sürdüyüm vəzifəyə aidiyyatı yoxdur. Şad olardım ki, mənə bu barədə HR departamenti ilə və ya şəxsən sizinlə danışmalı olacağımı xəbər verəsiniz.

Səbirsizliklə vəzifəmə uyğun işədüzəlmə üzrə tam müqavilənin imkan daxilində göndərməyinizi gözləyirəm.

Hörmətlə, sizinMark Karter

Qərarvermə vaxtı 

Əgər sizin işlə bağlı hər hansı şübhəniz varsa onu aydınlatmağa tələsin. Siz təklifi qəbul edib- etməməyiniz barədə bir həftə ərzində düşünə bilərsiniz, buna çox vaxt sərf etməyin. Əgər sizə çox vaxt lazımdırsa, (siz başqa şirkətdən də təklif gözləyirsinizsə) onda cavab vermə vaxtını müəyyən etməlisiniz. Nə qədər peşəkarcasına buna yaxınlaşacaqsınızsa, bir o qədər şirkətin müsbət təəssüratı olacaqdır.

İş təklifininin sizin axtarmağa başladığınız vaxtda ümumi karyera planının, mədəni üstünlükləri və maliyyə gözləntiləri kimi qarşıya qoyduğunuz tələbləri sizə uyğun olduğunu qərar vermisinizsə, onda iş təklifinin qəbulunun rəsmi məktubunu tərtib edə bilərsiniz (şəkil 16.1.-ə bax) və şampan şüşəsini aça bilərsiniz!

Nəticələr:

  • İş təklifini qəbul etməmişdən qabaq onu diqqətli qiymətləndirin
  • Bu təklifin sizin ilkin iş axtarma məqsədlərinə və ümumi karyera planına nə dərəcədə uyğun olduğu barədə düşünün
  • İşə müraciət etdiyiniz zaman əldə etdiyiniz təcrübə təşkilata olan ilkin mülahizələrinizi, fikrinizi dəyişdimi?
  • Təşkilatın mədəniyyəti nə dərəcədə sizinkinə uyğundur?
  • İşəgötürənlə bağlı bütün məlumatları toplayıb yeni işəkeçmə riskini minimuma endirin
  • Müqavilənin şərtləri ilə xüsusən də məhdudiyyətlərlə bağlı, hüquqi məsləhətlərə müraciət edərək bütün məsələlərə aydınlıq gətirin
  • Bütün sual və məntiqli olan halda daha çox pul istəməkdən çəkinməyin
  • Hazırkı əmək haqqınızı və digər ödənişləri qiymətləndirib əmək haqqı ilə bağlı danışıqlara hazırlıqlı olun
  • İşə götürənin dəyişilməsi ilə əmək haqqının 10-25% artırılmasına hazırlıqlı olun
  • Sizin sahənizin və vəzifə səviyyəsinin bazar qimətini müəyyənləşdirin
  • Hazır olmasa ilkin danışıqlarda işədüzəltmə üzrə məsləhət firmalarından imkan daxilində istifadə edin
  • İşdən getməyinizi əngəlləyə bilən köhnə müdirinizdən gələn təkliflərdən özünüzü qoruyun
  • Əmək haqqının artırılması başqa tələbatlarınızı ödəmədiyi halda, sizə kifayət etməyə bilər
  • İş təklifini aldığınız vaxtdan bir həftə ərzində qərarınızı verin.

 

3115 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser