Direktor:
h.f.d., dos. Məmmədov Oruc Cəmil oğlu 

Telefon: (+994 12) 493-17-83

 

kollec (8)kollec (1)kollec (5)kollec (4)kollec (2)kollec (10)

 

ELAN:
*
UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə qəbul üçün tələb olunan SƏNƏDLƏR

Maliyyə-iqtisad kollecinin xəbərləri UNEC NEWS-da

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində soyqırımı qurbanları anılıb (30.03.2018)
Azərbaycan Maliyyə-İqtisad Kollecində Novruz şənliyi
 (16.03.2018)
UNEC nəzdində Maliyyə-İqtisad Kollecində Xocalı anılıb
 (26.02.2018)
Maliyyə İqtisad Kollecində qış imtahan sessiyası
 (11.01.2018)
Maliyyə-İqtisad Kollecində Dövlət Bayrağı və Konstitusiya Günü
 (10.11.2017)
“Elm aylığı” Maliyyə-İqtisad Kollecində davam edib
 (06.11.2017)
Maliyyə-İqtisad Kollecində “Bilik Günü”
 (15.09.2017)
“Milli dövlətçilik və müasirlik”
 (26.05.2017)
Heydər Əliyev və milli təhsil konsepsiyası
 (10.05.2017)

Bilik Fondu və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin nümayəndələri Maliyyə-İqtisad Kollecində
 (16.03.2017)
“Azərbaycan müəllimi” qəzetinin əməkdaşları imtahanlara nəzarət etdilər
 (12.01.2017)
Maliyyə-İqtisad Kollecində imtahanlar ilk dəfə olaraq test üsulu ilə keçirilir
 (11.01.2017)
Maliyyə-İqtisad Kollecində imtahanlar yeni qaydalarla keçirilir
 (09.01.2017)
“Elm aylığı” Maliyyə-İqtisad Kollecində davam edib 
 (10.11.2016)
UNEC-in nəzdinə verilən Maliyyə-İqtisad Kollecində tədrisin təşkili müzakirə edilib  (26.10.2016)

24000 216

Tarixi

1934-cü ildə Xalq Təsərrüfatı Uçotu məktəbinin əsası qoyulmuşdur. 1934-1936-cı illərdə Bakı Xalq Təsərrüfatı Uçotu məktəbi, 1936-cı ildən Bakı Xalq Təsərrüfatı uçotu texnikumu adı ilə fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə müharibə dövrü ilə əlaqədar olaraq texnikumun fəaliyyəti müvəqqəti dayandırılmışdır. 1946-cı ildə Mərkəzi statistika idarəsi nəzdində Bakı statistika texnikumu adı ilə yenidən fəaliyyətə başlamışdır.

1966-cı ilin iyul ayından adı dəyişdirilərək Maliyyə-Kredit texnikumu, 1992-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetiniun 3 mart 1992-ci il tarixli 119 saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılmışdır. Respublikada orta ixtisaslı iqtisadçı kadrların hazırlanması ilə məşğul olan bu tədris müəssisəsi respublikada ilk kollecdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2015-ci il tarixli 280 saylı qərarı ilə Azərbaycan Maliyyə-İqtisad Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlandırılmışdır.

Kollecin direktorları: Saleh Səmədov (1934-1951), Soltan Ələkbərov (1951-1958), Səid Ağamirzəyev (1959-1966), Samid Adıgözəlov (1966-1969), Cəmşid Əmirov (1969-1972), Əhməd Məcidov (1972-1978), Almaz Adıgözəlova (1978-1983), Mais Bağirov (1983-1988), Mirdamət Sadıqov (1988-1999), Həmzə Ziyadov (1999-aprel, 2017)
Hazırda kollecə h.f.d. Oruc Məmmədov rəhbərlik edir.

 

Maddi texniki baza 

Əsas korpus
Ünvan: Y.Məmmədəliyev küçəsi, 8
Dörd mərtəbəli bina, ümumi sahəsi 2073.2 kv.m. (55 kabinet)

II korpus
Ünvan: A.Cəlilov küçəsi, 22
Dörd mərtəbəli bina, geniş həyətyanı sahəsi, ümumi sahəsi 1752 kv.m. (23 kabinet)

 

Kollecdə 3 şöbə (əyani təhsil) fəaliyyət göstərir:

  1. Mühasibat uçotu
  2. Maliyyə işi
  3. Bank işi

*

Kollecdə aşağıdakı fənn birləmə komissiyaları fəaliyyət göstərir:

  1. Mühasibat uçotu və iqtisadi təhlil
  2. Kredit və bank işi
  3. Maliyyə, vergi və gömrük işi
  4. Statistika və menecment
  5. Humanitar sosial-iqtisadi fənlər
  6. İqtisadiyyat fənləri
  7. Texniki və texnoloji fənlər
  8. Ümumtəhsil fənləri
  9. Dillər

1-DSC_62181-DSC_61131-DSC_58551-DSC_58471-DSC_58601-DSC_5873