“Maliyyə” laboratoriyasında korporativ sektorun iştirakı ilə master-klass

24 NOYABR 2016 | OXUNUB:
398

Noyabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə” laboratoriyasında “Banklarda audit fəaliyyəti və onun əhəmiyyəti” mövzusunda master-klass keçirilib.

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrası və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilən master-klassı “Turanbank” ASC-nin Daxili Audit Departamentinin rəhbəri Mövlan Musayev aparıb. O, Maliyyə və Mühasibat fakültəsinin tələbələrinə daxili nəzarət mexanizmlərinin prinsip və qaydaları, Mərkəzi Bankın Daxili Audit Standartından söz açıb. Banklarda daxili nəzarət və daxili auditin təşkili mövzularından bəhs edib.

Sonda M.Musayev tələbələri maraqlandıran sualları cavablandırıb.

399 1