e-mail: [email protected]
1963-cü ildə Beyləqan rayonunda anadan olub.
1980-ci ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə-kredit ixtisasına daxil olub və 1987-ci ildə bitirib.
1981-1983-cü illərdə Sovet Ordusu sıralarında (Aviasiya, Novqorod) həqiqi hərbi xidmət keçib.
1987-1988-ci illərdə SSRİ Dövlət Əmanət Bankı, Azərbaycan Respublikası Bankında “Nağdsız hesablaşmalar və əhaliyə kassa hesablaşma xidməti” şöbəsində müfəttiş vəzifəsində çalışıb.
1988-1991-ci illərdə N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun “Pul tədavülü və kredit” kafedrasının əyani aspiranturasında təhsil alıb.
1991-ci ildə 08.00.10 – Maliyyə, pul tədavülü və kredit ixtisası üzrə müdafiə edərək SSRI-nin iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Bank işi kafedrasında laborant, müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb.
2001-2005-ci illərdə Sankt Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin “Pul və qiymətli kağızlar” kafedrasının doktoranturasında təhsil alıb.
2005-ci ildə Sankt Peterburq Dövlət Maliyyə İqtisad Universitetində 08.00.10 – Maliyyə, pul tədavülü və kredit ixtisası üzrə müdafiə edərək Rusiya Federasiyasının iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.
2009-cu ildən Azərbaycan Respublikasının iqtisad elmləri doktorudur.
2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən D.02.051 saylı iqtisad üzrə fəlsəfə doktoru və iqtisad elmləri doktoru alimlik dərəcəsi verən dissertasiya şurasının üzvüdür.
2015-ci ildən Rusya hökuməti yanında Maliyyə Universitetinin Sankt-Peterburq filialının İqtisadiyyat və maliyyə kafedrasınını professorudur.
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə TƏRƏQQİ medalına layiq görülüb.
2013-cü ilin oktyabrında Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikası “QABAQÇIL TƏHSİL İŞÇİSİ” döş nişanı ilə təltif edilib.
Rusiya Fedrasiyası Elm və Təhsil Nazirliyinin 12 may 2015-ci il tarixli əmri ilə “Maliyyə, Pul tədavülü və kredit” ixtisası üzrə Rusiya Federasiyasının professoru elmi adı verilib.
2016-cı ildən Belarus Respublikasının Polosk Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasınn professorudur.
2017-ci ildən Belarus Respublikasının Polosk Dövlət Universitetinin “ВЕСТНИК” jurnalının redaksiya heyətinin üzvüdür.
2000-ci ildən 08.09.2020-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının elmi katibi vəzifəsində çalışmışdır.
Hazırda UNEC-in “Maliyyə və audit” kafedrasının professoru və “İqtisadiyyat və idarəetmə” kafedrasının professorudur (0,5).
100-dən çox elmi-metodiki dərslik və dərs vəsaitinin müəllifidir.
Ailələdir, iki оğlu var.
UNEC professoruna Sankt-Peterburq Beynəlxalq Bank İnstitutu tərəfindən təşəkkürnamə verilib (17.05.2023)
UNEC professoru Rusiyada Azərbaycanın müasir pul-kredit siyasətindən danışıb (27.03.2018)
UNEC professoru nağdsız hesablaşmalarda yeni texnologiyaların tətbiqi barədə (12.02.2018)
UNEC professorunun Polotsk Dövlət Universitetində mühazirəsi (15.01.2018)
Sadıqov: “Azərbaycanda iri bankların birləşdirilməsi gözlənilir” (Sputnik.az – 08.01.2018)
UNEC aliminin məqaləsi beynəlxalq müsabiqənin qalibi olub (21.12.2017)
Müasir dövrdə maliyyə bazarlarında bank resurslarının iqtisadiyyata təsirinin gücləndirilməsi mühüm strateji prioritetdir (“Xalq qəzeti”, 16-17.11.2017)
UNEC-də “Dual tədris” – bank əməkdaşları auditoriyada (26.10.2017)
MDB-də tələbələri beynəlxalq bank sertifikatı alan yeganə ali məktəb – UNEC (24.07.2017)
UNEC tələbələri beynəlxalq bank təcrübəsini Sankt Peterburqda öyrənəcəklər (06.07.2017)
UNEC professorunun beynəlxalq monoqrafiyada məqaləsi dərc olunub (03.07.2017)
UNEC professoru Belarus Universitetinin elmi jurnalının redaksiya heyətinin üzvü seçilib (10.04.2017)
UNEC professoru Sankt-Peterburqda beynəlxalq valyuta və kredit münasibətlərindən danışıb (27.03.2017)
UNEC professoru beynəlxalq kollektiv monoqrafiyada iştirak edib (27.12.2016)
Prof. E.Sadıqovun Polotsk Dövlət Universitetində (Belarus Respublikası) açıq mühazirəsi (www.psu.by)
UNEC professoru Belarusiya universitetində mühazirə oxuyub (14.11.2016)
UNEC tələbələri Beynəlxalq foruma qatılıblar (10.10.2016)
UNEC tələbələri beynəlxalq yay təcrübəsini uğurla başa vurublar (25.08.2016)
UNEC tələbələri xaricə istehsalat təcrübəsinə göndəriliblər (11.07.2016)
UNEC-in SABAH qrupları Qubada olub
UNEC professoru nüfuzlu universitetin təlimlərinə qatılıb (02.02.2016)