sakit333

i.e.d., prof. Sakit Məmədi oğlu Yaqubov

e-mail: [email protected]

01 iyul 1953-cü ildə  anadan olmuşdur. 1969-cu ildə orta məktəbi bitirmiş və həmin il  Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş, 1973-cü ildə həmin  İnstitutu «Statistika» ixtisası üzrə bitirmişdir.  1973-1974-cü illərdə hərbi xidmətdə olmuşdur.

1975-1977-ci illərdə  Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (İndiki Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) «Kənd təsərrüfatı statistikası» şöbəsində iqtisadçı, baş iqtisadçı və müdir vəzifələrində çalışmışdır.

1977-1980-ci illərdə aspiranturada əyani  təhsil almış  və 1980-ci ildə Moskva İqtisadi-Statistika İnstitutunda «Statistika» ixtisası üzrə «Heyvandarlıqda əmək məhsuldarlığının iqtisadi-statistik tədqiqi» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1980-1990-cı illərdə  D.Bünyadzadə adına Az.XTİ-nin və Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının  «Statistika» kafedrasında müəllim və  baş müəllim vəzifələrində çalışmışdır.

1990-cı ildə keçmiş SSRİ miqyasında elan olunmuş müsabiqə əsasında Moskva İqtisadi-Statistika İnstitutunun  əyani doktoranturasına qəbul olunmuş və 1990-1993-cü illərdə orada təhsil almışdır.  1993-cü ildə  «Statistika» ixtisası üzrə  «Azərbaycanda heyvandarlığın inkişafının statistik qiymətləndirilməsi və təhlili metodologiyası » mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Professor S.M.Yaqubov 1993-2000-ci illərdə  Azərbaycan Dövlət İqtisad İstitutunun  «Statistika» kafedrasında  professor, 2000-ci ildən 2017-ci ilədək Azərbaycan  Dövlət  İqtisad  Universiteti  «Statistika» kafedrasının müdiri  vəzifəsində  çalışmışdır. 2017-ci ilin sentyabr ayından 2018-ci ilin fevral ayınadək  «Statistika və ekonometrika» kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2014-2018-ci illərdə eyni zamanda UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsini icra etmişdir.

Professor S.M.Yaqubov 2018-ci ilin fevral ayindan 2021-ci ilin oktyabr ayına qədər Azərbaycan  Dövlət  İqtisad  Universitetində Elm və innovasiyalar üzrə prorektor vəzifəsində işləmiş, 2021-ci ilin oktyabr ayında isə Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin əmri ilə Elm üzrə prorektor vəzifəsinə təyin olunmuşdur. 26.10.2023-cü il tarixə kimi bu vəzifədə çalışmışdır. UNEC-in “Riyaziyyat və statistika” kafedrasının professorudur.

Professor S.M.Yaqubov  «Statistika» (Bakı 2015, 37 ç.v.) və və «Sosial-iqtisadi statistika» (Bakı 2011, 25 ç.v.) adlı dərsliklərin həmmüəllifi və elmi redaktoru olmuşdur. Onun  «Sosial statistika» (Bakı 1995, 6 ç.v.), «Əhali statistikası» (Bakı 2002, 12.5 ç.v.), «Maliyyə və bank statistikası» ( Bakı 2006, 10.5 ç.v.), «Sosial-iqtisadi statistika» (Bakı 2006, 15 ç.v.)  adlı dərs vəsaitləri çap olunmuşdur. O, çoxlu sayda tədris proqramlarının və metodik göstərişlərin həmmüəllifi və elmi redaktoru olmuşdur.

S.M.Yaqubov statistikanın aktual problemlərinə həsr olunmuş  ümumilikdə 125 ç.v. həcmində  115-dən çox elmi-metodiki əsərin, o cümlədən 2 monoqrafiyanın – «Heyvandarlığın inkişafının iqtisadi problemləri»,  Azərnəşr, Bakı 1986, 8 ç.v., «1990-2000-ci illərdə Azərbaycan iqtisadiyyatı: inkişaf meyli, strategiyası və problemləri», Bakı 2001. 10,8  ç.v. – bir neçə kitabçaının müəllifidir. Onun 15-dan çox elmi məqaləsi  xarici ölkələrdə dərc olunmuşdur.

Professor S.M.Yaqubovun rəhbərliyi altında 1 nəfər elmlər doktoru, 19 nəfər fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. O, 2 nəfər elmlər doktorluğu dissertasiyasının və 18 nəfər fəlsəfə doktorluğu dissertasiyasının birinci rəsmi opponenti olmuşdur. Beynəlxalq və Respublika səviyyəli konfranslarda iştirak və çıxış etmişdir.

O, 2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında  Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, 1994-cü ildən bu günə  qədər müxtəlif ixtisaslaşdırılmış Dissertasiya Müdafiəsi Şuralarının üzvü olub. 2015-2016-cı illərdə UNEC-də fəaliyyət göstərən Dissertasiya Müdafiəsi Şurasının sədri olmuşdur.

Professor  S.M. Yaqubov  2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılmış  Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi yanında  «Statistika Şurasının» hal-hazıra qədər üzvü və 2015-ci ildən  «Statistika xəbərləri» elmi-praktik jurnalının baş redaktorudur.

Professor  S.M. Yaqubov  hazırda  Azərbaycan Respublikasında «Statistika» ixtisası üzrə yeganə elmlər doktorudur.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim”  fəxri adına layiq görülmüşdür.

sakit377ef90c52d8e7637DSC_4830DSC_7463DSC_8695DSC_7153*

prof. S.Yaqubov UNEC NEWS-da

Qırğızıstanlı diplomat UNEC-də (18.04.2018)
Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin nəticələri (“Xalq qəzeti” – 10.04.2018)
UNEC professoru Dövlət Proqramının əsas istiqamətlərini şərh edib (AzTV – 14.03.2018)
UNEC-də elmi-praktik konfrans: “Siemenslər Gədəbəydə 150 il” (Azərtac – 21.02.2018)
Pakistanlı tədqiqatçı UNEC-də (08.12.2017)
Nümunəvi həyat yolu – görkəmli alim Əziz Əliyev (“Respublika” qəzeti, 02.04.2017)
Radio UNEC-də “Elm aylığı”nın nəticələri müzakirə olunub (30.11.2016)
“Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir (20.10.2016)
Sakit Yaqubov: “ “Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir” (18.10.2016)
UNEC regionun elmi müzakirə mərkəzinə çevrilib (29.09.2016)

sakit447f6b11f284300cb18dkitab5680e7ae

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino