Elm və innovasiyalar mərkəzinin direktoru  i.e.d., prof. Sakit Məmədi oğlu Yaqubov

e-mail: s.yagubov@unec.edu.az

sakit33301 iyul 1953-cü ildə  anadan olmuşdur. 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuş, 1973-cü ildə həmin  institutu Statistika ixtisası üzrə bitirmişdir.

1975-1977-ci illərdə  Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (İndiki Dövlət Statistika Komitəsi) Kənd təsərrüfatı statistikası şöbəsində iqtisadçı, baş iqtisadçı və müdir vəzifələrində çalışmışdır.

1977-1980-ci illərdə aspiranturada əyani  təhsil almış  və 1980-ci ildə Moskva İqtisadi-Statistika İnstitutunda Statistika ixtisası üzrə «Heyvandarlıqda əmək məhsuldarlığının iqtisadi-statistik öyrənilməsi»  mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1980-1990-cı illərdə Az.XTİ-nin və Leninqrad Maliyyə-İqtisad İnstitutu Bakı filialının  «Statistika» kafedrasında müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1990-1993-cü illərdə  Moskva İqtisadi-Statistika İnstitutunun  doktoranturasında əyani təhsil almış və 1993-cü ildə  Statistika ixtisası üzrə «Azərbaycanda heyvandarlığın inkişafının statistik qiymətləndirilməsi və təhlili metodologiyası» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda  Azərbaycan Respublikasında «Statistika» ixtisası üzrə yeganə elmlər doktorudur. 1994-2000-ci illərdə  Azərbaycan Dövlət İqtisad İstitutunun  «Statistika» kafedrasında  professor vəzifəsində çalışmış,   01 iyul  2000-ci ildən isə  Azərbaycan  Dövlət  İqtisad  Universiteti  «Statistika» kafedrasının müdiridir. 2014-cü ildən UNEC-in Elm  və  İnnovasiyalar  Mərkəzinin direktorudur.

Ümumilikdə 120 ç.v. həcmində  100-dən çox elmi-metodiki əsərin, o cümlədən 2 monoqrafiya, 8  dərslik və dərs vəsaitinin müəllifidir. 10-dan çox elmi məqaləsi xarici ölkələrdə dərc olunmuşdur.

2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında  Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü, 1994-cü ildən bu günə  qədər müxtəlif ixtisaslaşdırılmış Dissertasiya Müdafiəsi Şuralarının üzvü olmuşdur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi yanında  «Statistika Şurasının» üzvüdür. Eyni zamanda O, «İqtisad elmləri: nəzəriyyə və praktika», «Maliyyə və uçot» və «Audit» elmi-praktiki  jurnallarının redaksiya heyətinin üzvüdür.

Professor  S.M. Yaqubovun rəhbərliyi altında  1 nəfər doktorluq, 14 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir.

DSC_4830DSC_8856DSC_8866*DSC_8718 - копия
*
Nümunəvi həyat yolu – görkəmli alim Əziz Əliyev (“Respublika” qəzeti, 02.04.2017)
Radio UNEC-də “Elm aylığı”nın nəticələri müzakirə olunub (30.11.2016)
“Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir (20.10.2016)
Sakit Yaqubov: “ “Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir” (18.10.2016)
UNEC regionun elmi müzakirə mərkəzinə çevrilib (29.09.2016)

1739 5