1-19 Yanvar 2017 20yanvar anim gunu-tileshehidler_qarabagshehidler1104201620Yanvar19012016

113 1

Yusif MirzeyevMilli Qəhrəman Mirzəyev Yusif Əli oğlu 

Mirzəyev Yusif Əli oğlu 23 may 1958-ci ildə Babək rayonu Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirib. Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunda (indiki UNEC) təhsil alıb.

1988-ci illərdə Xalq Hərəkatına qoşulub. O, 1991-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollanıb, Goranboy, Ağdərə istiqamətlərində rəşadətlə vuruşub. O, 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edib, Ağdərənin 17 kəndinin azad edilməsində müstəsna xidmətləri olub. Döyüşlərin birində mühasirəyə düşən bölüyü itkisiz azad edib.

1993-cü il fevralın 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində cəbhə yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub. Naxçıvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Naxçıvan şəhərində orta məktəblərdən biri və Bakının 44 saylı orta məktəbi onun adını daşıyır, məktəbin qarşısında büstü qoyulub.

Azərbaycan Respublikası prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ailəli idi, bir övladı var.

*****

Nazim bayraqlaCəbrayılov Nazim İbrahim oğlu

Cəbrayılov Nazim İbrahim oğlu 2 mart 1949-cu ildə Ağdam şəhərində anadan olub. 1970-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Ticarətin iqtisadiyyatı” fakültəsini bitirib. Təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib. Kalininqrad milis məktəbində oxuyaraq, ikinci ixtisas diplomu alıb. Bir müddət çalışdıqdan sonra Vətənə qayıdaraq, 2711 saylı hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində işləyib.

Nazim Cəbrayılov 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü başladığı andan Vətənin ilk müdafiəçilərindən biri kimi daim ön cəbhədə olub. Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edən baş leytenant N.Cəbrayılov Müdafiə Nazirliyinin əmri ilə tağım komandiri təyin olunub. Göstərdiyi böyük hünər və şücaətə görə 1994-cü il aprelin 13-də vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib. 18 aprel 1994-cü ildə şəhid olub.

Ermənilər Nazim Cəbrayılovun cənazəsini ailəsinə verməyib.

Ölümündən sonra Nazim Cəbrayılov ölkənin ən ali mükafatı – “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Şəhidin həyat yoldaşı Rəhilə Cəbrayılova onun şərəfli döyüş və ömür yolunu əks etdirən “Ölməzliyə abidə” kitabını yazıb.

UNEC şəhidlərini yad edir (02.03.2016)
UNEC şəhidlərini ehtiramla yad edir (18.04.2016)

*

ilqar99Əbilhəsənov İlqar Yusif oğlu

Əbilhəsənov İlqar Yusif oğlu 19 avqust 1967-ci ildə Bakıda anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) qəbul olunub. Atası və qardaşı kimi hərbçi olmaq istəyən İlqar üç il əyani şöbədə oxuduqdan sonra axşam növbəsinə keçərək, milis orqanlarında işə başlayıb. V kursda oxuyanda Yasamal rayon milisində serjant vəzifəsində çalışırdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olanda iş başında olan İlqarın növbəsinin bitməyinə lap az qalmışdı. Gecə 12 radələrində yaralanan İlqar Əbilhəsənov xəstəxanada vəfat edib. Oxuduğu Bakı şəhər Nəsimi rayon 42 saylı orta məktəb bu gün onun adını daşıyır.

UNEC kollektivi Şəhidlər Xiyabanını ziyarət edib (20.01.2017)
Əbədi tələbəmiz – İlqar Əbilhəsənov (18.01.2017)
20 yanvar şəhidləri UNEC-də anılıb (19.01.2016)
 

*

saleh2Səfərov Saleh Səfər oğlu

Səfərov Saleh Səfər oğlu 1 fevral 1954-cü ildə Ağdamda anadan olub. Ağdam şəhər 1 saylı orta məktəbi bitirib. 1970-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) qəbul olunub. 1974-cü ildə İnstitutu bitirib.

1974-76-cı illərdə Ukraynanın İvano-Frankovski şəhərində əsgəri xidmətdə olub. Əsgərlikdən qayıtdıqdan sonra Ağdam rayon maliyyə şöbəsində müfəttiş vəzifəsində çalışıb. 1977-ci ildə Ağdam rayon Kənd təsərrüfatı texnikumunun qiyabi şöbəsinə daxil olan Saleh, 1980-ci ildə həmin texnikumu bitirib. 1983-cü ildə Ağdam rayon daxili işlər şöbəsinə baş müfəttiş vəzifəsinə təyin olunub. 1986-cı ildə kapitan, 1990-cı ildə isə mayor rütbəsinə yüksəlib. S.Səfərov 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1992-ci ildə iqtisadi cinayətkarlığa qarşı mübarizə şöbəsində işə başlayıb.

Azərbaycan-Ermənistan münaqişəsi başlandığı gündən şöbənin əməkdaşları ilə birlikdə Ağdam rayon mərkəzinin və kəndlərinin müdafiəsində dayanıb. Saleh Səfərov 1993-cü il yanvarın 15-də Ağdamın Qiyaslı kəndində gedən döyüşlərdə şəhid olub.

Evli olub. İki övladı var.

Ailə üzvlərinin UNEC-in şəhid məzunu Saleh Səfərov barədə xatirələri…(01.02.2017)
UNEC şəhidlərini ehtiramla yad edir (15.01.2017)

*

Etibar Aliyev Shehid (2)Əliyev Etibar Allahverdi oğlu

Əliyev Etibar Allahverdi oğlu 6 aprel 1975-ci ildə Bakıda anadan olub. 1982-1992-ci illərdə Səbail rayonundakı 162 saylı orta məktəbdə təhsil alıb. 1992-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunun (indiki UNEC) axşam şöbəsinə daxil olub. Eyni zamanda, Azərbaycan dəmiryolu mətbəəsində fəhlə işləyıb.

İnstitutun I kursunu bitirdikdən sonra, 1993-cü ilin iyun ayında könüllü olaraq, Azərbaycanın Milli Ordu sıralarına yazılıb. Ailənin tək oğul övladı olduğu üçün Etibar döyüş bölgəsinə göndərilməyib. Lakin dekabrın 19-da o, 14 əsgər yoldaşı ilə birlikdə könüllü olaraq, ön cəbhədə xidmət edən ordu sıralarına qoşulub. Etibar Gəncədəki N saylı hərbi hissə tərkibində qısa hazırlıq təlimləri keçdikdən sonra Goranboy istiqamətində gedən açıq döyüşlərə qatılıb. Goranboyun Tapqaraqoyunlu və Tərtərin Cəmilli kəndi istiqamətində ağır itkilərlə müşayiət olunan döyüşlərdə Etibargil Tərtərə qədər gəlib şıxa biliblər. Burada o, Tərtər batalyonuna daxil olub.

1994-cü il may ayında Tərtərin Qapanlı kəndində gedən döyüşlərdə başından qəlpə yarası alan Etibar ilkin tibbi yardım gösrətilərək arxaya göndərilir. Döyüş səngiyəndən sonra ön cəbhəyə qayıdaraq döyüş dostlarını axtararkən ermənilər tərəfindən əsir götürülüb. 24 gün Şuşada əsir saxlanıldıqdan sonra, iyunun 4-də erməni əsir ilə dəyişdirilib. Bakıda hərbi qospitala yerləşdirilən Etibar iyulun 16-da tibbi müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.

Etibar Əliyev Bakıdakı II “Şəhidlər xiyabanı”nda dəfn edilib.

Oxuduğu Bakı şəhəri Səbail rayon 162 saylı orta məktəb onun adını daşıyır.

*


IMG_8628 - копияMəmmədov Elşən Vaqif oğlu

Məmmədov Elşən Vaqif oğlu 3 iyul 1992-ci ildə Gürcüstanın Bolinisi rayonunda doğulub. Bakı şəhər 115 saylı orta məktəbi bitirib. 2010-cu ildə 459 balla UNEC-in Kommersiya fakültəsinə daxil olub. 2014-cü ildə ali təhsilini başa vurub hərbi xidmətə yollanıb. 25 sentyabr 2015-ci ildə cəbhənin Tərtər rayonu ərazisində döyüş növbətçiliyinə çıxan E.Məmmədov posta çıxdıqdan bir neçə dəqiqə sonra düşmən gülləsinə tuş gəlib. Şəhid olarkən hərbi xidmətini başa vurmasına 5 gün qalmışdı.

Gürcüstanın Bolnisi rayonunun Zol Göyəc kəndində dəfn olunub.

UNEC məzunu şəhid olub (30.09.2015)
UNEC şəhidlərini ehtiramla yad edir (03.07.2016)
Şəhid Elşən Məmmədovun xatirəsinə (VİDEO)

*


Mahir-Mirzeyev-3-300x300Mahir Sabir oğlu Mirzəyev 

17 fevral 1994-cü ildə Bakı şəhərində anadan olub. 36 saylı orta məktəbi bitirib, 2011-ci ildə 541 balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. 2015-ci ildə UNEC-in İqtisadiyyat fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. Mahir 2016-cı ildə, aprel hadisələrində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

*

*
UNEC şəhidlərini ehtiramla yad edir (17.02.2017)
UNEC kollektivi şəhid məzunlarının məzarı başında
 (13.04.2016)

UNEC-in iki məzunu şəhid olub (11.04.2016)
Şəhid Mahir Mərzəyevin əziz xatirəsinə həsr olunur (VİDEO)

*

umudov_mahammadUmudov Məhəmməd Eldar oğlu

Umudov Məhəmməd Eldar oğlu 18 mart 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. 5 saylı orta məktəbə gedib, təhsilini 25 saylı riyaziyyat təmüyüllü orta məktəbdə başa vurub. Dörd qardaşın ən kiçiyi olan Məhəmməd həm də karate ilə məşğul olub. Təhsil aldığı hər iki məktəbi karate üzrə yarışlarda uğurla təmsil edib.

Məhəmməd qara kəmər ustası olmaqla yanaşı, riyazi bilikləri ilə məktəbdə xüsusi diqqət cəlb edirdi. 1991-ci ildə orta məktəbi bitirib, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. Bir semestr təhsil alıb. 1992-ci ildə Xocalı faciəsi baş verdikdən sonra təhsilini yarımçıq qoyaraq könüllü hərbi hissəyə yollanıb. 30 iyul 1992-ci ildə Ağdərənin Kaçapet kəndindəki döyüşlərdə qəhrəmancasına həlak olub. Şəhidin nəşi döyüş meydanından avqustun 9-da çıxarılaraq, Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

UNEC şəhidinin valideynləri Memorial-Xatirə Kompleksini ziyarət edib
(Valideynləri ilə müsahibə)

Shahlar Shukurov11

Milli Qəhrəman Şükürov Şahlar Əvəz oğlu

Şükürov Şahlar Əvəz oğlu 17 may 1952-ci ildə Kəlbəcərin Zülfüqarlı kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, hərbi xidmətə gedib. Ordudan tərxis edildikdən sonra Ucar rayonu Daxili İşlər Şöbəsində çalışıb. 1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirib. Zərdab rayonunda rəis müavini vəzifəsində çalışan Şahlar mayor rütbəsi alıb. 11 iyul 1990-cı ildə Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı Ağdərə ərazisində ermənilərin qəfil hücumuna məruz qalan zaman qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş etdirərək həlak olub. Ailəli idi. İki övladı var. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə polis mayoru Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn olunub. Zərdab rayonunda adına məktəb və küçə var.

**

Qaratel_HacımahmudovaHacımahmudova Qaratel Şəmi qızı 

Qaratel Şəmi qızı Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya gəlib. 1962-ci ildə kənd orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1965-ci ildə oranı bitirdikdən sonra 1970-ci ilə qədər Gəncə şəhər ticarət mərkəzində işləyib. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Əmtəəşünaslıq fakültəsində qiyabi təhsil alıb. 1976-cı ildən 1991-ci ilədək Elmlər Akademiyasının Ceyrançöldə fəaliyyət göstərən Azərbaycan Neft Kəşfiyyatı İdarəsində laborant işləyib.

Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub. 1990-cı ildə kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulub. 14 iyun 1992-ci ildə döyüşlərdə əsir düşüb. Q.Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içərək, özünü güllə ilə vurub. 26 iyun 1992-ci ildə Qaratel Hacımahmudovanın cəsədi döyüşçü yoldaşlarının cəsədləri ilə birlikdə geri alınıb.

Qaratel Şəmi qızı Hacımahmudova 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Ermənilərin başına pul qoyduğu qadın (Lent.az)
Məmməd İlqar. “QARATEL” – Dastan-poema (azyb.net)

*

habil004-001 - копия

Əzizov Habil Kommunar oğlu

Əzizov Habil Kommunar oğlu 19 yanvar 1968-ci ildə Ağstafanın Vurğun qəsəbəsində anadan olub. Dadaş Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna (indiki UNEC) qəbul olunub. Bir il sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Riqada başa vurub, yenidən instituta qayıdıb. Qiyabi təhsil alaraq, Ağstafada sovxoz idarəsində işləyib. 1990-cı ilin yanvarında III kurs tələbəsi Habil qış imtahan sessiyasında iştirak etmək üçün şəhərə gəlmişdi. Yanvarın 19-da imtahandan çıxıb, dostları ilə ad gününü qeyd edib. Gecə sovet qoşunları Bakıya daxil olanda Habil dostlarından ayrılaraq, şəhərə çıxıb. Sovet tankının altında qalaraq, şəhid olub. Ağstafadakı Şəhidlər Xiyabanında dəfn olunub. Bakıdakı Şəhidlər Xiyabanında isə şəkli əbədiləşib. Oxuduğu orta məktəb onun adını daşıyır.

UNEC kollektivi Şəhidlər Xiyabanını ziyarət edib (20.01.2017)
Əbədi tələbəmiz – Habil Əzizov
 (19.01.2017)

20 yanvar şəhidləri UNEC-də anılıb (19.01.2016) 

*


WhatsApp Image 2017-02-15 at 20.48.04Əsgərov Rəmzi Əsgər oğlu

Əsgərov Rəmzi Əsgər oğlu 21 yanvar 1967-cı ildə Laçında anadan olub. Orta məktəbi Laçında bitirib, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) qəbul olunub. Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları başladıqdan sonra qiyabi şöbəyə keçərək, könüllü döyüşə yollanıb. O, laçın milli batalyonunun döyüşçücü və 811 saylı hərbi hissənin zabiti olub. 25 may 1992-ci ildə Laçının Güləbirt kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Beyləqan rayonunda dəfn edilib. Rəmzi Əsgərov şəhidlik zirvəsinə yüksələrkən V kurs tələbəsi idi.

Əbədi tələbəmiz Rəmzi Əsgərovun 50 yaşı tamam olur (21.01.2017)
Afaq Əsgərqızı. “Bir ayrılıq…

***

Shamil RacabovRəcəbov Şamil Kamil oğlu

Rəcəbov Şamil Kamil oğlu 4 oktyabr 1970-ci ildə Ağdamda anadan olub. 1977-1988-ci illərdə Ağdam şəhər 5 saylı orta məktəbində təhsil alıb. Məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1989-1991-ci illərdə Xabarovski vilayətində hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub Vətənə qayıdan Şamil Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. Qiyabi təhsil alan Şamil Bakı neft emalı zavodunda çalışıb. Ermənilər Ağdam şəhərini işğal etdikdən sonra təhsilini yarımçıq qoyaraq, könüllü döyüşə yollanıb. 1994-cü il, aprelin 18-də Ağdamın Qərvənd kəndində gedən qanlı döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Şamil Rəcəbov Bakıdakı II Şəhidlər Xiyabanında dəfn olunub.

*

rasulov_aliRəsulov Əli Hidayət oğlu

Rəsulov Əli Hidayət oğlu 7 yanvar 1972-ci ildə Biləsuvar rayonunda anadan olub. Altı uşaqlı ailənin dördüncüsü olan Əli 1989-cu ildə Biləsuvar rayon 3 saylı orta məktəbini bitirib. 1990-1992-ci illərdə hərbi xidmətdə olub. 1993-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunun (indiki UNEC) Uçot iqtisad fakültəsinə daxil olub. Mühasibat uçotu nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisasında qiyabi təhsil alan Əli elə I kursda təhsilini yarımçıq qoyaraq, könüllü Qarabağa yollanıb. Üç ay boyunca cəbhənin ən qızğın nöqtələrində gedən döyüşlərdə iştirak edib. Əli Rəsulov 12 yanvar 1994-cü ildə Füzuli rayonu istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olub.

*

Tural-Dadashov-1 (1)Dadaşov Tural Sabir oğlu 

Tural Sabir oğlu Dadaşov 24 avqust 1993-cü ildə Bakıda anadan olub. Nizami rayon 210 saylı orta məktəbi bitirib. 2011-ci ildə 472 balla UNEC-ə qəbul olunub. 2015-ci ildə UNEC-in Kommersiya fakültəsindən məzun olaraq, hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel hadisələrində, hərbi xidmətini başa vurmasına iki ay qalmış Tərtər rayonunda gedən döyüşlərdə şəhid olub. Şəhidin meyiti aprelin 8-də döyüş meydanında aşkarlanıb. Bakıya gətirilərək, aprelin 9-da Suraxanı məzarlığında dəfn edilib.

*
UNEC-in iki məzunu şəhid olub (11.04.2016)

UNEC kollektivi şəhid məzunlarının məzarı başında (13.04.2016)
Şəhid məzunumuzun evindən reportaj – Azvision.az  (13.04.2016)
Şəhid, UNEC məzunu Tural Dadaşov (02.05.2016)

*

qurbanov_elcinQurbanov Elçin Çərkəz oğlu

Qurbanov Elçin Çərkəz oğlu 6 avqust 1968-ci ildə anadan olub. 1985-ci ildə 160 saylı orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olunub. 1987-ci ildə hərbi xidmətə gedib. 1989-cu ildə Magarıstanda hərbi xidmətini başa vurub, Vətənə qayıdan Elçin ixtisasını dəyişmək qərarına gəlib. Elə həmin il birinci ali təhsilini yarımçıq qoyaraq, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. “Maliyyə və kredit” fakültəsinin axşam şöbəsində təhsil almaqla yanaşı, bank sahəsində əmək fəaliyyətinə başlayıb. Xüsusi savad və bacarıqlarına görə yaşıdlarından fərqlənən Elçin qısa müdddətdə kommersiya banklarından birində sədr müavini vəzifəsinə qədər yüksəlib. 1993-cü ildə, V kursda oxuyarkən, təhsilini və karyerasını yarımçıq qoyaraq, könüllü cəbhəyə yollanıb. Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. 7 yanvar 1994-cü ildə Füzuli rayonunun Bəytəpə kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

*

ILYAS1 - копияSultanov İlyas Mehralı oğlu

Sultanov İlyas Mehralı oğlu 18 mart 1957-ci ildə Füzuli rayonunda anadan olub. İlyas uşaqlıqdan idmanın klassik güləş növü ilə məşğul olub. Dəfələrlə rayon və respublika çempionu adını qazanıb. 1974-cü ildə Füzuli rayon Xurşudbanu Natavan adına orta məktəbi bitirərək, Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutuna (indiki UNEC) daxil olub. 1976-cı ildə Moskva şəhərinin Vladimr vilayətində hərbi xidmətdə olub. Təhsilini başa vurduqdan sonra, Füzuli rayon istehlak cəmiyyətində əmək fəaliyyətinə başlayıb. Bir müddətdən sonra Füzuli rayon ticarət sistemi üzrə Həmkarlar Təşkilatının sədri vəzifəsində çalışıb.

Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları başlanandan sonra Füzuli rayonunda yaradılan könüllülərdən ibarət özünümüdafiə batalyonunun ilk üzvlərindən biri də İlyas idi. O, batalyonun tağım komandiri təyin edilmişdi. Füzuli rayonunun Hoğa, Qacar, Qovşadlı və Yuxarı Veysəlli kəndlərində gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdi. 15 avqust 1992-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Şəhid Füzuli rayonundakı Şəhidlər Xiyabanında dəfn olunub. Füzulinin Yuxarı Veysəlli kənd orta məktəbi onun adını daşıyır.

UNEC-in şəhid məzunu yad edilib (13.03.2017)
Füzulidə şəhid İlyas Sultanovun xatirəsi anılıb (VİDEO)
Vətən Uğrunda – İlyas Sultanov (VİDEO)