UNEC tələbəsi “Baku 2017” könüllülərinin himnini oxuyacaq

20 FEVRAL 2017 | VIEWS:
2346

UNEC tələbəsi Baku 2017 4-cü İslam Həmrəyliyi Oyunları könüllülərinin himnini oxuyacaq. UNEC-in Türk Dünyası İşlətmə fakültəsinin I kurs tələbəsi Sürəyya İbayeva himni oxumaq üçün tələbələr arasında keçirilən müsabiqədə qalib gələn beş nəfərdən biridir. Müsabiqənin şərtlərinə görə, tələbələr “Bakının üzü gülür” mahnısının nəqarət hissəsini  oxuyaraq, öz video görüntülərini təşkilat komitəsinə təqdim ediblər.

Müraciət edən yüzdən çox tələbənin arasından ən yaxşı ifaçılar seçilərək respublikanın əməkdar artisti Tünzalə Ağayeva ilə birlikdə İslam Həmrəyliyi Oyunları könüllülərinin himnini oxumaq şansını əldə edib.

UNEC tələbəsi Sürəyya İbayeva beş gəncdən biri olduğu üçün xoşbəxt olduğunu bildirib: “Bu siyahıda öz adımı görəndə çox sevindim. Belə önəmli bir tədbirdə beş gəncdən biri olmaq möhtəşəm hissdir. Təsəvvür edəndə ki, minlərlə könüllü bizim oxuyacağımız himnlə fərəhlənəcək, duyğulanacaq, insan həqiqətən xoşbəxt olur”.

Sürəyya İbayevanın müsabiqəyə göndərdiyi videonu təqdim edirik.

2347 1