ARXİV şöbəsinin müdiri Quliyeva Sevda Tagı qızı

Əlaqə tel: +(994) 12 492-43-43 .

 

13081 3
Arxiv haqqında

UNEC-in arxivi 1967-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamı ilə ştat cədvəli hüququ ilə fəaliyyət göstərir. UNEC-in bütün şöbələrindən vaxtını bitirmiş sənədləri qəbul edir, qoruyur, nəzarət edir. Elmi və nəzəri sənədlərin ekspertini  təşkil edir, lazımlı sənədləri qoruyur, istifadə müddəti bitmiş sənədləri  ləgv edir. Sənədlərin kataloqunu təşkil edir, üzərində sənədin adını, ilini yazır, təkmilləşdirir. Elə sənədlər var ki,  onları dövlət arxivinə təhvil verir.

Kargüzarlıqda başa çatmış sənədləri struktur bölmələrindən qəbul edir.

Arxiv daxil olan sənədli materialların mühafizəsini və qorunub saxlanmasını təmin edir.

Arxiv sənədlərini və surətlərinin verilməsi və arxiv sənədlərində olan məlumatlar əsasında lazımi arayışlarla tələblərə cavab tərtib edir.

Daimi və ya müvəqqəti mühafizədə olan vahidlərin siyahiya alınan məlumatını, elecə də dövlət mühafizəsinə veriləcək sənədlərin, mühafizə vaxtı keçmiş materialların silinməsi və məhv edilməsi aktlarını hazirlayır.

Arxivin yerləşdiyi  yerdə yangına qarşı müdafiə qaydasının gözlənilməsinə nəzarət edir.