“Özünü nüfuzlu reytinqlərdə təsdiq edən, Cənubu Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan UNEC-in filialının Rusiya Federasiyası ərazisində açılması mühüm hadisədir. Ümidvarıq ki, UNEC-in Dərbənd filialı Dağıstan üçün lazım olan iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmət göstərəcək”

Olqa Vasilyeva, Rusiya Federasiyasının təhsil və elm naziri

27458 7


*

Sayt: ageu-derbent.ru

Ünvan: Rusiya, Dərbənd şəhəri, H.Əliyev küçəsi, 10B

Telefon: (87240) 4-52-86, (87240) 4-52-85, 8(928)254-80-23

1-DSC_08561-DSC_07341-DSC_07441-DSC_07491-DSC_07931-DSC_0804

 

Dərbənd filialının Elmi Şurasının tərkibi 

1.prof. Kurbanov Kurban Seidoviç – filialın direktoru, Elmi Şurasının sədri

2.dos. Abukarov Abukar Zilfiqaroviç, filialın Elmi Şurasının sədr müavini

3.b/m. Maqomedova Elmira Axmedovna – filalın Elmi Şurasının katibi

Üzvlər:

4.Abasova Təranə Kaflanovna – filialın direktor müavini

5.Mamedova İradə Zubailovna

6.prof. Sadıqov Elnur Məhəmməd oğlu – UNEC-in nümayəndəsi

7.dos. Mehdiyev Mahir Əliqulu oğlu

8.dos. Mutalimov Verdi Abdulselimoviç

9.dos. Şahbanov Şahban Alifoviç

10.dos. Vurdixanov Vurdixan Ramazanoviç

11.b/m. Hacıyeva Sara Yusufovna

12.Şuayeva Esmira Nasredinovna

13.Demirova Gülnaz Xairbekovna

 

 

Direktor: i.e.n. Kurbanov Kurban Seidoviç

Əlaqə telefonu: 8(87240) 4-52-84

*
Filial haqqında

Filial azərbaycanlıların sıx yaşadığı Dərbənd şəhərində soydaşlarımızın ali təhsil almasına kömək məqsədi ilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə yaradılıb.

Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə İqtisad Universitetinin Dərbənd filialının yeni təhsil kompleksi tikilərək istifadəyə verilib. Muasir tələblərə cavab verən kampus 1500 tələbə üçün nəzərdə tutulub. Kampusa 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey də daxildir.

Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 25 noyabr 2015-сi il tarixli 2220 saylı əmri ilə UNEC-in Dərbənd filialının fəaliyyəti üçün lisenziya verilib. 2016/2017-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə UNEC-in Dərbənd filialına Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin 14 oktyabr 2015-ci il tarixli 1147 saylı əmrinə uyğun hazırlanan Qəbul Qaydaları təsdiq edilib. Qəbul Qaydaları UNEC-in Elmi Şurasının 25 dekabr 2015-ci il tarixli 142 saylı qərarı ilə təsdiq edilib.

2016-cı il noyabrın 28-də  Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub.

Filiala qəbul Rusiya Federasiyasında tələbələrin qəbul qaydalarına əsasən aparılır.

Əyani təhsil formsı üzrə tədris rus dilində, əyani-qiyabi və qiyabi təhsil formaları üzrə isə rus və azərbaycan dillərində aparılır.

Filialda 3 ixtisas üzrə bakalavr hazırlanır:

  • Maliyyə-kredit;
  • Mühasibat uçotu, təhlil və audit;
  • Ümumi iqtisadiyyat.

*

UNEC-in Dərbənd filialına bakalavr təhsili üzrə sənəd qəbulu elan edilir

*
Dərbənd filialının xəbərləri UNEC NEWS-da

Pandemiya dövründə dövlətin biznesə maliyyə dəstəyi-Azərbaycan timsalında (22.02.2021)
UNEC-in Dərbənd filialında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (22.01.2018)

UNEC rektorunun Dərbənd filialının rəsmi açılışındakı çıxışının mətni (29.11.2016)
UNEC-in Dərbənd filialının rəsmi açılışı olub (28.11.2016)