Nazim  mMBA (Biznesin idarə edilməsi)

*

Universitetimizdə fəaliyyət göstərən MBA (Master of Bussines of Administration) proqramı, universitetimizin Moskva Dövlət İqtisad, Statistika və İnformatika Universiteti ilə «Biznesin təşkili və idarə edilməsi üzrə magistrlərin hazırlanması, professor-müəllim heyətinin və inzibati işçilərin təkmilləşdirilməsi» sahəsində bağlanmış müqavilə əsasında 2001-ci ilin dekabrında yaradılmışdır. Proqram rəqabət şəraitində işləyən müəssisələri effektiv idarə etmək iqtidarında olan, müasir idarəetmə texnologiyasını mükəmməl mənimsəyən və biznesin bütün vacib sahələrini gözəl bilən ixtisaslı kadrların hazırlanmasını həyata keçirir. Hazırda Rusiya, Çin, Türkiyə, Sudan, İran, Suriya və Səudiyyə Ərəbistanı kimi ölkələrdən olan vətəndaşların da təhsil aldığı “MBA” proqramında magistrantların ümumi sayı 700-dən çoxdur.

18273 3

MBA Proqramına qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aşağıdakı ixtisaslaşmalar üzrə ildə iki dəfə aparılır:

  • Maliyyə
  • Biznesin təşkili və idarə olunması
  • Beynəlxalq biznes
  • Menecment
  • Marketinq

Bu ixtisaslaşmalar üzrə müsabiqədə bakalavr pilləsində aldıqları ixtisaslarından asılı olmayaraq bütün ali məktəblərin məzunları iştirak edə bilərlər. Tədris azərbaycan, rus və ingilis dillərində apanlır. Tədris müddəti 2 ildir.

MBA proqramının tədris planları Kaliforniya Universiteti və Çikaqo Biznes Məktəbində olan tədris planlarına çox yaxındır. Mühazirələri əsasən Universitetimizin xarici ölkələrdə iş təcrübəsi olan müəllimləri, digər universitetlərin tanınmış professorları, eləcə də xarici ölkələrdən dəvət olunmuş professorlar aparır.

2010-cu ildən etibarən ADİU-da Moskva Beynəlxalq Ali Biznes Məktəbi (İnsititut) ilə birlikdə Biznes inzibatçılığı üzrə Magistr (MBA) proqramının reallaşdırılmasına başlanılmışdır. Birgə Proqramın əsas məqsədi informasiya və strateji idarəetmə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasından və yeni menecerlər nəslinin yetişdirilməsindən ibarətdir. Proqram “Telekommunikasiya sahəsində idarəetmə” və “Strateji sahibkarlıq” ixtisasları üzrə magistrlərin hazırlanmasını nəzərdə tutur.Təhsil müddəti 2 ildir. Tədris prosesi həftədə 2-3 dəfə olmaqla axşam saatlarında (18:30-dan sonra) həyata keçirilir. 6 moduldan ibarət olan tədris prosesi ADİU və Moskva Beynəlxalq Ali Biznes Məktəbinin (İnsititut) professor-müəllim heyəti tərəfindən ən müasir tədris metodlarından (distant təhsil, vebinarlar, virtual klasslar və s.) istifadə edilməklə Bakıda və Moskvada həyata keçirilir.

Birgə MBA proqramını uğurla başa vuran məzunlar hər iki ali məktəbin diplomlarını əldə edəcəklər.

Proqram məzunları aşağidakı professional bacarıqları və fərdi keyfiyyətlər ilə fərqlənəcəklər:

  • İnformasiya-kommunikasiya texnologiyalarının strukturu, spesifikası və qlobal inkişaf tendensiyaları haqqında yüksək biliyə malik olmaq;
  • İstehlakçı davranışı mexanizimlərini başa düşmək və müştərilərin maraqlarının təmin olunmasına hədəflənmiş fəaliyyət göstərmək;
  • Qərarların qəbul edilməsi müddətini minimuma endirmək;
  • İdarəetmə fəaliyyətinin yüksək məhsuldarlığına nail olmaq;
  • Yüksək təşəbbüskarlıq, innovativlik və çeviklik;
  • Qlobal çoxmilli komanda və biznes mühitində fəaliyyət göstərmək;
  • Mürəkkəb məsələlərin həll edilməsində yüksək motivasiya nümayiş etdirmək;
  • Nizam-intizamlı, məsuliyyətli və yüksək təşkilatçılıq qabiliyyətli olmaq;
  • Özünü inkişafa cəhd göstərmək, emosiyaları və daxili potensialı idarə etmək və.s.
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser