VusalaVüsalə Həsən qızı Məmmədova

Vüsalə Məmmədova 2007-ci ildən PR sahəsində çalışır.>

2009-cu ildən mətbuatdadır. Bədii-publisistik yazı və layihələrin müəllifidir. Bir çox yazıları Türkiyədə dərc olunan ədəbiyyat toplularında çap edilib.

2014-cü ildə Kulis.Az mədəniyyət dərgisinin keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin qalibi olub.

Lent.az saytında yayımlanan “Əsir düşərgəsi” və “İnternat dramı” layihələrinin müəllifidir. 2015-ci ildə “Əsir düşərgəsi” hekayələri əsasında hazırlanan “Cəhənnəmdə böyük çığırtı”, 2017-ci ildə isə “Əsir düşərgəsi” adlı kitabları işıq üzü görüb. Hekayələr əsasında İtaliyanın Milan şəhərinin “Teatro Filodrammatici” teatrında “Xocalıda qırmızı mələk” tamaşası səhnəyə qoyulub.

2015-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb.

2015-ci ildə Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətinə görə Gənclər üçün Təhsil Mərkəzi, “Kaspi“ qəzeti  və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təqdim etdiyi “Təhsil Açarı” mükafatına layiq görülüb.

2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya Departamentində iş fəaliyyətinə başlayıb. 2018-ci ilin sentyabrına kimi həmin departamentin İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib.