Vüsalə Məmmədova 2007-ci ildən PR sahəsində çalışır.
2009-cu ildən mətbuatdadır. Bədii-publisistik yazı və layihələrin müəllifidir. Bir çox yazıları Türkiyədə dərc olunan ədəbiyyat toplularında çap edilib.
2014-cü ildə Kulis.az mədəniyyət dərgisinin keçirdiyi “Ən qısa hekayə” müsabiqəsinin qalibi olub.
Lent.az saytında yayımlanan “Əsir düşərgəsi” və “İnternat dramı” layihələrinin müəllifidir. 2015-ci ildə “Əsir düşərgəsi” hekayələri əsasında hazırlanan “Cəhənnəmdə böyük çığırtı”, 2017-ci ildə isə “Əsir düşərgəsi” adlı kitabları işıq üzü görüb. Hekayələr əsasında İtaliyanın Milan şəhərinin “Teatro Filodrammatici” teatrında “Xocalıda qırmızı mələk” tamaşası səhnəyə qoyulub.
2015-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb.
2015-ci ildə Azərbaycan gənclərinin maarifləndirilməsi istiqamətində göstərdiyi fəaliyyətinə görə Gənclər üçün Təhsil Mərkəzi, “Kaspi“ qəzeti və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının təqdim etdiyi “Təhsil Açarı” mükafatına layiq görülüb.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq və Kommunikasiya Departamentində iş fəaliyyətinə başlayıb. 2018-ci ilin sentyabrına kimi həmin departamentin İctimaiyyətlə Əlaqələr şöbəsinə rəhbərlik edib.
*
Abituriyentlər UNEC-i seçir (21.04.2017)
UNEC-in əcnəbi tələbələri “Güllələnmiş heykəllər” abidəsi qarşısında (18.04.2017)
UNEC-in əcnəbi tələbələri Səməd Vurğunun ev-muzeyində (31.03.2017)
UNEC tələbələri uğura aparan yolda – “şəxsi PR”ı necə qurmalı? (18.04.2017)
“Bircə ona pis oldum ki, döyüş indi başlayır, mən isə ölürəm…” – Aprel döyüşlərinin iştirakçısı (13.04.2017)
uniRank dünya universitetlərinin reytinqi: UNEC 1-cidir (03.04.2017)