Direktor:
dos. Azadov Eldar Həsənxan oğlu

Əlaqə tel: +(994) 12 492-03-20;
               18-46 (daxili: 1112)

E-mail:  [email protected]

Direktor müavini:
b/m. Əliyev Nəvai Şaxlar oğlu

Əlaqə tel: +(994) 12 492-97-57; 492-66-55

Direktor müavini:
dos. Sərdarova Sevda Yusif qızı

Əlaqə tel: +(994) 12 492-97-57; 492-66-55

UNEC Elmi Şurasının 24.09.2021-ci il qərarına əsasən 23.11.2021-ci il tarixində “Tədrisin Keyliyyətinin Qiymətləndirilməsi və idaraedilməsi Mərkəzi” və “Tədris-metodiki mərkəz” birləşdirilərək “Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi” yaradılmışdır.

Mərkəz haqqında ümumi məlumat

Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin əsas struktur bölmələrindən biri olub Avropa təhsil sisteminə inteqrasiya şəraitində Universitetdə beynəlxalq standartlara cavab verən yüksək səviyyəli iqtisadçı kadrların hazırlanması üçün tədris-metodiki işlərin təşkilini, planlaşdırılmasını, idarə olunmasını və onlara nəzarəti həyata keçirən əlaqələndirici orqandır. Mərkəzin fəaliyyətində məqsəd – tədris prosesini təşkilati baxımdan təmin etməkdən və Universitetdə peşəkar kadr hazırlığının həyata keçirildiyi ixtisas və ixtisaslaşmalar üzrə proqramların tələbələr tərəfindən mənimsənilməsinə şərait yaratmaqdan ibarətdir.

Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununu, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Ali Təhsil sistemində islahatlar üzrə Dövlət Proqramlarını, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”ni, “Ali məktəbdə tədris prosesini tənzimləyən qaydalar, təlimatlar, əsasnamələr, daxili əmək davranışları qaydaları”nı, Universitetin Nizamnaməsini, normativ aktları, rektorun əmr, sərəncam və göstərişlərini, Universitet Elmi Şurasının qərarlarını və bu Əsasnaməni, habelə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını və elmi-metodiki tövsiyyələrini rəhbər tutur.

Mərkəzin işi onun illik fəaliyyət planı əsasında həyata keçirilir. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Azərbaycan Dövlət İqtisad Universitetinin bütün fakultələri, kafedraları, struktur bölmələri, o cümlədən digər elm və təhsil qurumları ilə əlaqəli fəaliyyət göstərir.

Mərkəzin fəaliyyət istiqamətlərinə aiddir: Tədris prosesinin yüksək səviyyədə, mövcud standartlara uyğun təşkili və ona nəzarətin həyata keçirilməsi; Təhsil standartları və proqramlarının reallaşdırılmasını həyata keçirən bütün fakültələrin, kafedraların və digər struktur bölmələrinin fəaliyyətinin əlaqələndirilməsi; Tədris prosesinin tədris-metodiki, didaktiv və informasiya materialları ilə təmin edilməsi; Müasir təlim texnologiyalarının tədris prosesinə tətbiqi və istifadəsinə təşkilati və metodiki dəstəyin göstərilməsi; Əsasnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət.

Tədris metodiki mərkəzin ƏSASNAMƏSİ

“Kənar şəxslərin kredit qazanmaq üçün təhsil xidmətinin təşkili haqqında” UNEC-in daxili Qaydaları

Təhsilalanların intizam qaydaları-2020

Təsilalanların etik davranış kodeksi-2020

Akademik məzuniyyətdən qayıdan və xaric olmuş təhsilalanların UNEC-ə bərpası haqqında yeni Qaydalar  

UNEC-də Yay semestrinin təşkili və keçirilməsi ilə bağlı yeni Qaydalar

 

Tədris prosesinin təşkili və koordinasiyası bölməsinin funksiyaları:

  1. Tədris prosesinin Dövlət təhsil standartlarına uyğun şəkildə təşkili və idarə olunmasına nəzarət;
  2. Universitet üzrə tədris prosesinin qrafikinin tərtibi və onun icrasına nəzarət;
  3. Rəhbərliyin sorğuları əsasında analitik-informasiya materiallarının işlənib hazırlanması;
  4. Tədrisin təşkili sahəsində fakültə və kafedraların işinin əlaqələndirilməsi;
  5. Tədris prosesini təmin etmək üçün universitet üzrə auditoriya fondunun uçotu və bölgüsü, dərs cədvəllərinin tərtibi və yerinə yetirilməsinə nəzarət;
  6. Fakültələrdə tədris auditoriyalarından istifadəyə nəzarət;
  7. Tədris prosesində kafedralarda açıq dərslərin keçirilməsinin qrafiklərinin tərtibi və icrasına nəzarət;
  8. Kafedraların yeni dərs ilinə hazırlığının yoxlanılması.
  9. Yay semestrinin təşkili;
  10. Tədris prosesinin gedişinin, imtahan sessiyalarının və yekun buraxılış attestasiyalarının nəticələrinin təhlili;
  11. Tələbələrə təqaüdlərin verilməsi haqqında əmrlərin hazırlanması;
  12. Saathesabı dərs aparan müəllimlərin icazə və ödəmə əmrlərinin hazırlanması;
  13. Kafedralarda buraxılış işləri və magistr dissertasiyaları üzrə mövzuların və rəhbərlərin təsdiq edilməsi ilə bağlı əmr layihələrinin hazırlanması;
  14. Buraxılış kafedraları ilə birlikdə Dövlət Attestasiya Komissiyalarının tərkibi haqqında əmr layihələrinin işlənib hazırlanması;
  15. Yekun dövlət attestasiyası üzrə sənədlərin və nümunəvi blankların hazırlanması və təsdiqi (protokollar, rəylər, tapşırıqlar və s.);

*

 Tədris-Metodiki Mərkəzinin  xəbərləri UNEC NEWS-da

Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi (TKQİM) Azərbaycan Dövlət İqtisad Universitetinin rektorluğunun struktur bölməsidir və UNEC-in keyfiyyət təminatı sisteminin tələblərinə uyğun olaraq  tədrisin keyfiyyətinin yüksəldilməsi və inkişaf konsepsiyalarının həyata keçirilməsi üzrə təkliflərin hazırlanması, tədris-metodiki işin məzmunu, forma və metodlarının təkmilləşdirilməsi sahəsində metodiki tövsiyələrin işlənməsi və tədris prosesi ilə bağlı metodiki materialların keyfiyyətinə nəzarət kimi funksiyaları həyata keçirir.

Mərkəz eyni zamanda UNEC-də bakalvr və magistrantların biliyinin attestasiyasını və nəticələrlə əlaqədar apellyasiya prosesini təmin etməklə universitet rəhbərliyinə kollokvium və imtahanların keçirilməsi ilə bağlı mütəmadi məlumat və hesabatlar təqdim edir, semestr imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və tədrisin təkmilləşdirilməsi haqqında müvafiq strukturlara təkliflər verir.

Mərkəz 2015/2016-cı tədris ilindən etibarən  UNEC Elektron Universitet Modelinin modlullarının hazırlanması və tətbiqi ilə əlaqədar işləri icra etməkdədir.

Yaranma tarixi, normativ-hüquqi əsasları: Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzi UNEC rektorunun  30 sentyabr  2014-cü il tarixli 121/3 saylı əmri ilə yaradılıb. Mərkəz öz funksional fəaliyyətində UNEC rektorunun əmri ilə təsdiq olunmuş Əsasnaməyə istinad edir.

UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsinin zəruriliyini nəzərə alaraq Elmi Şuranın 29.11.2019-cu il tarixli qərarının icrasını təmin etmək məqsədilə TKQİM-nin Tədrisin keyfiyyətinə nəzarət şöbəsinin nəzdində ictimai əsaslarla fəaliyyət göstərən Müəllim təlim mərkəzi yaradılıb.

TKQİM ƏSASNAMƏ 

 Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarə edilməsi mərkəzinin  xəbərləri UNEC NEWS-da

“UNEC imtahan” verilişində müzakirə: “Qış imtahan sesssiyası – yeniliklər, dəyişikliklər” (27.12.2017)
UNEC-də tələbə biliyinin qiymətləndirilməsi qaydalarında dəyişiklik
 (04.12.2017)
İmtahanlarla bağlı bütün suallar RadioUNEC-də cavablandırılacaq
 (26.05.2017)
Beynəlxalq konfransın iştirakçıları UNEC-dəki yenilikləri yüksək qiymətləndiriblər
 (31.01.2017)
“Tədrisin keyfiyyəti tələbələrin gözü ilə”: nəticələr açıqlandı
 (12.01.2017)
“UNEC imtahan” verilişində tələbələrin sualları cavablandırılıb
 (29.12.2016)
UNEC rektoru: “Məqsədimiz tələbəyə verilən biliyin keyfiyyətini monitorinq etməkdir” (28.10.2016)
UNEC keyfiyyət təminatında Finlandiya və Estoniya təcrübəsindən faydalanacaq (13.06.2016)

UNEC-in keyfiyyət elçiləri təltif olunub (18.12.2015)

1-DSC_79801-DSC_79791-DSC_0910sertifikat44

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol