Kafedra müdiri: i.e.n., dosent Hacıyev Əli Vəli oğluÜnvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus) |
“Müəssisənin iqtisadiyyatı” kafedrası «Sənayenin iqtisadiyyatı» kafedrası adı ilə hələ 30-cu illərdən fəaliyyətə başlamışdır. 1941-ci il 12 may tarixli «Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun yenidən qurulması» ilə əlaqədar qərara əsasən Sənayenin iqtisadiyyatı adlı fakültənin də yaradılması nəzərdə tutulmuşdur. Lakin müharibənin başlanması ilə bu plan yarımçıq qaldı. 1945-ci ilin yanvarından AXTİ yenidən müstəqilliyini bərpa etdikdən sonra Sənayenin iqtisadiyyatı fakültəsi və təbii ki, eyni adlı kafedra öz fəaliyyətini davam etdirə bilmişdir. 40-50-ci illərdə mütəmadi olaraq Sənayenin iqtisadiyyatı ixtisası üzrə tələbə qəbulu, hazırlığı və buraxılışı davam etmişdir. Lakin 1959-cu ildə AXTİ ləğv edilməklə və ADU-nun tərkibinə qatılmaqla Sənayenin iqtisadiyyatı fakültəsi də İqtisadiyyat fakültəsinin içərisində daxil olmaqla müstəqil fəaliyyətini dayandırmışdır. Yalnız 1966-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu yenidən müstəqil ali məktəbə çevrildikdən sonra Sənayenin iqtisadiyyatı ixtisası yeni inkişaf dövrünə qədəm qoymuşdur. Həmin vaxtdan indiyədək kafedra bizim ali məktəbin aparıcı elmi-tədris bölmələrindən biri kimi fəaliyyət göstərir.
“Müəssisənin iqtisadiyyatı” (Sənayenin iqtisadiyyatı) kafedrasına 1966-cı ildən başlayaraq prof. Nemət Qənizadə (1966-1973), prof. Mahmud Tağıyev (1973-1978; 1978-1983), dos. Elmira Əliyeva (1983-1988), dos. Əli Hacıyev (1988-1989), prof. Telman Hüseynov (1990-1992), prof. Rauf Cəbiyev (1992-1997), prof. Telman Hüseynov (1992-2014) rəhbərlik etmişlər. Hazırda kafedraya UNEC-in Fəxri professoru Əli Hacıyev rəhbərlik edir.
İxtisaslar:
*
Tədris olunan əsas fənlər:
UNEC-də seminar: “Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin hədəfləri (27.01.2017)