UNEC-in Biznes və menecment fakültəsinin Türkiyənin Sakarya və Süleyman Dəmirəl Universitetlərində səfərdə olan əməkdaşları təcrübələrini paylaşmaq məqsədi ilə seminar keçirirblər. Seminarda fakültənin professor-müəllim heyəti ilə yanaşı doktorant və magistrlar da iştirak edib.
Fakültə dekanı, dosent Mirağa Əhmədov səfər çərçivəsində UNEC ilə Sakarya Universitetinin arasında müsbət qarışılıqlı əməkdaşlıq həyata keçirilib. Belə ki, səmərəli idarə etmə sistemində fayda verə biləcək yeniliklər öyrənilib və tətbiqi üçün müvafiq təkliflər hazırlanıb. Əsas yeniliklərdən biri kimi fakültə katibliyinin strukturunun öyrənilməsi olub. M.Əhmədov UNEC-in Elektron Universitet Modeli və onun tərkib hissəsi olan Diferensial Əməkhaqqı Sisteminin Sakarya Universitetində bir təcrübə obrektinə çevirildiyini bildirib.
“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbülhəsənov Sakarya Universitetinin “Fənn ədəbiyyat” fakültəsində çox fərqli idarəetmə mədəniyyəti ilə tanış olduğunu diqqətə çatdırıb. Mədəniyyətlərarası sivilizasiyanın tədqiqinə önəm verilməsini vurğulayıb. Birgə ədəbiyyatların yazılmasının önəmini qeyd edib.
“Riyaziyyat” kafedrasının müdiri, professor Natiq Əhmədov Süleyman Dəmirəl Universitetinin İqtisadiyyat fakültəsində tədris olunan riyaziyyat fənninin tədris proqramının və sillabuslarının fərqli cəhətlərini təhlil etdiyini bildirib. Daha çox tədris prosesində iqtisadi məsələlərin həllinə yönəldiləcək riyaziyyata üstünlük verildiyini vurğulayan professor birgə proqram və sillabuslar hazırlayacaqlarını diqqətə çatdırıb.
“Biznesin idarə edilməsi” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev tədrisin keyfiyyətini artırmaq üçün kafedralar arasında mütəmadi yazışmalar və birgə layihələrin işlənməsinə üstünlük verilməsini bildirərək, artıq prosesin başlandığını qeyd edib.
“Rus dili” kafedrasının müdiri, dosent Gülnarə Rzayeva Süleyman Dəmirəl Universitetinin Yabancı dillər bölümünün başkanı Hakan Demirgül ilə görüşdən bəhs edib. Bildiirb ki, SDU-da rus dilini tədris edə biləcək kadr kifayət qədər olmadığından, “Mövlanə” mübadilə proqramı çərçivəsində UNEC-in rus dili müəllimlərinin həmin universitetdə rus dili fənninin tədris edilməsi üçün danışıqlar aparılıb. UNEC müəllimlərinin distant təhsil alan tələbələr üçün rus dili dərslərini Türkiyəyə getmədən tədris etmək imkanı əldə edə biləcəklərindən söz açıb.
Müzakirələrlə davam edən seminarda fakültənin doktorant və əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb. Türkiyədən gətirilən kitablar Diferensial Əməkhaqqı Sisteminin onluğunda yer alan əməkdaşlara hədiyyə edilib.