UNEC-in yay imtahan sessiyasında tətbiq ediləcək yeniliklər açıqlanıb

30 MAY 2017 | VIEWS:

UNEC-də Elmi Şuranın növbəti iclası keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov 28 May – Respublika Günü münasibətilə şura üzvlərini təbrik edib. UNEC-in tədris işləri üzrə prorektoru, professor Damət Bağırov 2016/17-ci tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyəti barədə çıxış edib. Bildirib ki, UNEC-də 8662 tələbə bakalavr pilləsi üzrə imtahan verəcək. Universitetin bütün tədris binalarında imtahan zalları texniki avadanlıqlarla təchiz olunub və imtahan cədvəlləri hazırlanıb.

Çıxışdan sonra imtahan sessiyasında tətbiq ediləcək yeniliklər barədə məlumat verilib. Bildirilib ki, artıq tələbələr imtahan testlərini şəxsi kabinetlərindən əldə edə biləcəklər. Daha bir yenilik isə apellyasiya sisteminin təkmilləşdirilnəsi ilə bağlı olub. Tələbələr apellyasiya ərizəsini şəxsi kabinetlərindən göndərərək, prosesi izləyə, eyni zamanda müraciətlərinə operativ cavab ala biləcəklər.

Yay sessiyasının obyektiv və şəffaflığını təmin etmək məqsədilə imtahanlar bu il də ictimaiyyətə açıq keçiriləcək. İmtahanlara nəzarəti UNEC İctimai Nəzarət Şurası həyata keçiriləcək. Onlar sessiyanın nəticələrini ötən illə müqayisə edərək, təhlil aparacaqlar. Sessiya dövründə “Qaynar Xətt” xidmətinin idarə edilməsi KİV-ə həvalə olunacaq, daxil olan müraciətləri jurnalistlər cavablandıracaq. Bununla yanaşı, müraciətlərin bir mənbədə toplanması və operativ cavablandırılması üçün yay imtahan sessiyası ilə bağlı xüsusi Facebook səhifəsi fəaliyyət göstərəcək. Sessiya dövründə hər həftənin şənbə günü rektorun iştirakı ilə “Açıq qapı” keçiriləcək.

İclasda bildirilib ki, UNEC-in təşəbbüsü ilə Təhsil Nazirliyinə təqdim edilən II ixtisas qrupu üzrə magistratura pilləsində iqtisadiyyat və idarəetmə ixtisasları üzrə yeni standartlar təsdiqlənib. Yeni standartlara əsasən, magistratura pilləsinin ikinci tədris ilində elmi tədqiqat işlərinin aparılması, dissertasiyaların yazılması və təcrübələrin təşkilinə üstünlük veriləcək. Yeni tədris ilindən etibarən müəllimlərə dərs zamanı lazım olan saytlardan istifadə edə bilməsi üçün birbaşa auditoriyalardan internetə çıxış imkanı yaradılacaq.

İclasda tələbələrin təcrübəsinin təşkili məsələsinə də toxunulub. Bildirilib ki, təcrübənin təşkilində bəzi nöqsanlar hələ də qalmaqdadır. Təcrübənin keyfiyyətli təşkil olunması ilə bağlı rektor müvafiq strukturlara tapşırıqlar verib.

Şura üzvləri UNEC-də tətbiq edilən yeniliklərə uyğun olaraq “İqtisadi hüquq” kafedrasının ləğv edilməsi barədə qərar qəbul ediblər. Eyni zamanda, “Beynəlxalq iqtisadi münasibətlər” və “Beynəlxalq münasibətlər” kafedralarının ləğv olunaraq, onların bazasında “Beynəlxalq iqtisadi münasibətlər və diplomatiya” kafedrasının yaradılmasına qərar veriblər.

İclasda Beynəlxalq iqtisadiyyat (ingilisdilli) kafedrasının yeni seçilən müdiri Altay İsmayılov və “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin yeni sədri İlkin Mirzəzadə Elmi Şura üzvlərinə təqdim edilib.

Elmi Şuranın qərarı ilə “Fizika və kimya” kafedrasının dosenti Fikrət Əliyev və “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının dosenti Mahmud Quluzadə UNEC-in Fəxri professoru adına layiq görülüb.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol