“AtaHolding”-dən xüsusi olaraq UNEC tələbələrinə təlim

27 APREL 2017 | VIEWS:

“AtaHolding” şirkəti  xüsusi olaraq UNEC tələbələri üçün “Müəssisələrdə idarəetmənin səmərəliyinin artırlması, menecmentə sistemli yanaşma” mövzusunda təlim təşkil edib.

Təlimdən öncə UNEC-in Karyera Mərkəzinin direktoru Fuad Əliyev Azərbaycana ilk dəfə holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən “AtaHolding”lə uğurlu əməkdaşlıqdan söz açıb. Bu nüfuzlu qurumun mütəmadi UNEC tələbələri üçün təşkil etdiyi təlimlərin faydasını vurğulayıb.

Təlimçi “AtaHolding”in əməkdaşı Elməddin Hüseynov olub fəaliyyətin planlanması, resursların təmin edilməsi, biznes proseslərin tərtibi və tətbiqi, fəaliyyətin monitorinqi və davamlı inkişafın təmin edilməsi mövzuları haqqında UNEC tələbələrinə ətraflı məlumat verilib. Təlim iştirakçıları arasında fəaliyyətin planlanması, biznes prosesin tərtibi ilə bağlı qrup çalışması keçirilib.

Məlum olduğu kimi, keyfiyyətli xidmətlər hər bir şirkətin rəqabət qabiliyyətliliyinin təminatıdır. Təlimdə dayanıqlı inkişaf, rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, keyfiyyətin idarəedilməsi sisteminin qurulması və insan resurslarının idarəedilməsi ilə bağlı məsələlərə toxunulub.

Sonda Elməddin  Hüseynov təlimlə bağlı fikirlərini bölüşərək, bildirib ki, UNEC tələbələri təlimə böyük maraq göstəriblər: “Düşünürəm ki, onlar əldə etdikləri məlumatlardan həm tələbəlik dövründə, həm də gələcək iş həyatında faydalanacaqlar”.

Sonda təlimdə iştirak edən tələbələrə sertifikat təqdim edilib.

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - casino siteleri - ucuz uz - Free twitch viewers - vozol