UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti Leyla Hacıyevanın mühazirə mövzusu “Gənclər turizmin iqtisadiyyata təsiri”, dissertant Zümrüd Nəcəfovanın isə müzakirəsi “İnfrastrukturun inkişafı KOM-yə dəstəyi” mövzusunda olub.
Səfər çərçivəsində UNEC müəllimləri Dunayvaroş Universitetində keçirilən “Şərq-Qərb yaxınlaşması” mövzusunda beynəlxalq konfransa da qatılıblar.
Macarıstan, Rusiya, Rumıniya, Braziliya və Çindən elm adamlarının iştirak etdiyi konfransda L.Hacıyeva “Turizmin əsas tendensiyaları: gənclər turizmi”, Z.Nəcəfova isə “Azərbaycanda kiçik və orta müəssisələr üçün dəstək infrastrukturunun inkişaf etdirilməsi” mövzuları ilə çıxış ediblər. Çıxışları geniş diskussiyaya səbəb olan UNEC müəllimləri konfransın “Maraqlı məruzə” sertifikatı ilə təltif olunublar.
Konfrans ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, müasir təhsil modellərinin təbliği, elmi əməkdaşlığın inkişaf etdirilməsi, tədqiqatçı və doktorantların elmi araşdırmaları ilə tanışlıq məqsədi daşıyıb. UNEC müəllimləri Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan Azərbaycan Dövlət iqtisad Universiteti haqqında təqdimatla çıxış ediblər. UNEC-in fəaliyyətinə və nailiyyətlərinə maraq göstərək Braziliyanın ali təhsil müəssisələrindən olan nümayəndə heyəti UNEC-lə səmərəli əməkdaşlıq qurmaq niyyətində olduqlarını bildiriblər. Onlar UNEC-lə birgə layihələr işlənməsini təklif edərək, bu tərəfdaşlığın uğurlu olacağından əminliklərini ifadə ediblər.