HAQQIMIZDA:
UNEC Tədqiqat Metodlarının Tətbiqi Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının 14 iyul 2023-cü il tarixli iclasının 188 №-li Qərarı və UNEC rektorunun 557/3/2023 №-li əmrinə əsasən yaranmışdır.
UNEC Rektorunun 26.07.2023-cü il tarixli 572/3/2023 №-li əmrinə əsasən mərkəzə ictimai əsaslarla rəhbərlik Türkiyə Respublikası Sakarya Universitetinin Siyasal Bilgiler Fakültesi, Ekonometri Bölümünün dosenti Mücahit Aydın-a həvalə edilmişdir.
Rəhbər: dos.dr.Mücahit Aydın – Türkiyə Respublikası Sakarya Universitetinin Siyasal Bilgiler Fakültesi, Ekonometri Bölümünün dosenti (Sakarya/Türkiyə)
– prof. Ferruh Tuzcuoğlu – TC Sakarya Universitetinin Siyasal Bilgiler Fakültesi, Siyaset Bilimi ve Kamu Yönetimi Bölümünün professoru (Sakarya/Türkiyə)
– prof. Hasan Tutar – TC Bolu Abant İzzet Baysal Universitetinin professoru (Bolu/Türkiyə)
– prof. Daniel Balsalobre Lorente – İspaniyanın Castilla-La Mancha Universitetinin Tətbiqi İqtisadiyyat Departamentinin professoru (Syudad-Real/İspaniya)
– dos. Zahoor Ahmed – Bahçeşehir Kipr Universitetinin İqtisadiyyat, İnzibati və Sosial Elmlər Fakültəsi Biznesin İdarəedilməsi Bölümünün və Pakistanın ILMA Universitetinin dosenti (Lefkoşa/Kipr; Kəraci/Pakistan)
– dos. Mehmet Akif Destek – TC Gazientep Universitetinin dosenti (Gazientep/Türkiyə)
– prof. Maqdalena Radulesku – Rumıniyanın Buxarest Politexnik Universiteti və Pitesti Universitetinin professoru (Buxarest/Rumıniya)
– Ph.D. Oğuzhan Bozatlı – TC Osmaniye Korkut Ata Universitetinin Mühasibatlıq və vergi kafedrasının müdiri (Osmaniyə/Türkiyə)
– Ph.D. Tunahan Değirmenci – TC Sakarya Universitetinin Siyasi Elmlər Fakültəsinin Maliyyə kafedrasının elmi işçisi və müəllimi (Sakarya/Türkiyə)