Pa__ayeva M__h__bb__tt.e.d., prof. Paşayeva Məhəbbət Tofiq qızı

1965-ci ildə Bakı şəhərində anadan olub.

1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, həmin ildən АМЕА-nın Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektorunda elmi fəaliyyətə başlayıb. 1988-ci ildən elmi tədqiqatlarını  Moskvada,  SSRİ EA N.N.Mikluxo-Maklay adına Etnoqrafiya İnstitutunda davam etdirib.

2000-ci ildə namizədlik, 2013-cü ilin aprelində doktorluq dissertasiyasını (“Azərbaycanlıların adət və inancları” mövzusunda) müdafiə edib.
Tarix elmləri doktorudur.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində işləyir. 2006-cı ildən “Azərbaycan tarixi” kafedrasının dosenti, 2015-ci ildən “Azərbaycan tarixi” kafedrasının professoru vəzifəsində çalışıb.

2013-2014-cu illərdə Frankfurt-Main Johann Wolfgang Goethe Universitetinin “Khinalug Documentation Project” layihəsində iştirak edib, layihə çərçivəsində “The History and Etnography of Shahdagh Peoples” adlı monoqrafiyası ingilis dilində nəşr olunub.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsas qrant müsabiqəsinin layihənin rəhbəri  kimi qalibi olub.

Xarici və respublika jurnallarında nəşr edimiş 100-dək elmi əsərin, o cümlədən 4 monoqrafiyanın (biri xaricdə nəşr olunmaqla) və  2 metodik vəsaitin  müəllifidir. Türkiyə, İngiltərə, İtaliya, Rusiya, Belarusda keçirilən bir sıra beynəlxalq konfranslarda  iştirak edib.

 

*

“Qədim dünya ölkələrinin iqtisadi tarixi”  və “Şimali Azərbaycan XX əsrin əvvəllərində” mövzusunda 2 metodik vəsaitin, 3 monoqrafiyanın, 50-dək elmi məqalənin müəllifidir.

03.06.2019-cu il tarixindən Multikulturalizm mərkəzinə ictimsai əsaslarla rəhbər təyin edilib.

Hazırda UNEC-in “Humanitar fənlər” kafedrasının professorudur.

Ailəlidir, iki övladı var.

*
prof. M.Paşayeva UNEC NEWS-da

DSC_6018mahabbat617868921524453376_omahabbat6640540590947696640_nmahabbat052951877541429248_nmahabbat16244629851061111IMG-1014IMG-1011mahabbat4bd52da9cd7IMG-0989Mehebbet-x

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI