UNEC-də Məmməd Araz poeziyası

27 DEKABR 2017 | VIEWS:
2832

UNEC-də xalq şairi Məmməd Araza həsr olunmuş poeziya gecəsi keçirilib.

UNEC-in İqtisadiyyat fakültəsində keçirilən tədbir Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunub. Fakültə dekanı, dosent Asiman Quliyev görkəmli şairin şərəfli və keşməkeşli həyat yolundan söz açıb. İqtisadi nəzəriyyə kafedrasının dosenti İsa Məmmədov Məmməd Araz yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu bildirib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səhnə danışığı” kafedrasının dosenti, əməkdar artist Ağalar Bayramov ölməz şairin şeirlərini səsləndirib.

Poeziya gecəsində Moskva “Dərviş” teatrının aktyoru Şirzad Pirallahi və ADMİU-nun I kurs tələbəsi Fərid Bağırov, eləcə UNEC-in tələbələri M.Arazın şeirlərini söyləyib, onun sözlərinə yazılan musiqiləri ifa ediblər. UNEC-in I kurs tələbəsi, gənc muğam ifaçısı Yusif Cəfərzadənin ifası tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

UNEC tələbələrinin ifasını yüksək qiymətləndirən A.Bayramov onların bu sahədə akademik təhsil alan qiraətçilərdən heç nə ilə geri qalmadıqlarını bildirib.

2833 1