UNEC professorları beynəlxalq elmi tədbirdə

31 MAY 2017 | VIEWS:
2361

Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində “Dialoq+” adlı beynəlxalq konfransda keçirilib.

UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov və “Muhasibat və audit” kafedrasının müdiri, professor Sifariz Səbzəliyev Rusiya Federasiyasanın İqtisadiyyat, Maliyyə, Huqüq və Texnologiya Dövlət İnstitutu, Almaniya və Rusiya İqtisadçılar Assosisiyasının dəvəti ilə konfransda iştirak ediblər.

Professor Z.Məmmədov «Основные тенденции развития систем финансового регулирования и надзора в условиях глобализации», professor S.Səbzəliyev isə «Новые вызовы для национальной банковской системы Азербайджана в условиях глобализации» mövzularında məruzə ilə çıxış ediblər. Bundan başqa, UNEC professoru Z.Məmmədov “Təhsil və mədəniyyət” sessiyasına sədrlik edib.

Konfrans barədə Rusiya Federasiyasanın İqtisadiyyat, Maliyyə, Huqüq və Texnologiya Dövlət İnstitutunun rəsmi saytında məlumat yerləşdirilib: http://gief.ru/node/482

Səfər çərçivəsində professor Z.Məmmədov Rusiya Federasiyasının İqtisadiyyat, Maliyyə, Huqüq və Texnologiya Dövlət İnstitutunda mühazirələr də oxuyub. Beynəlxlaq müəllim mübadilə proqramı çərçivəsində reallaşan mühazirələr “Beynəlxalq maliyyə” mövzusunda olub.

Sonda dövlət institutunun rektoru, professor R.V.Kovalyev beynəlxalq əməkdaşlıq kontekstində akademik və elmi işin təşkilinin yüksək səviyyədə qurulmasında görə UNEC-in rektoru, professor Ə.C.Muradova təşəkkür məktubu ünvanlayıb.
 

2362 2