UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən  “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” və “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə”  kafedraları ləğv edilərək onların bazasında “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrası yaradılmışdır.

Kafedra haqqında

“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrası 2019-cu ildə 2 müstəqil kafedranın – “İqtisadi coğrafiya və təbiətdən istifadənin iqtisadiyyatı” və “İstehsal sistemləri və ətraf mühitin mühafizəsi” kafedralarının birləşməsi nəticəsində yaradılmışdır. Adı gedən “İqtisadi coğrafiya” kafedrası hələ XX əsrin 30-cu illərindən fəaliyyətə başlamışdır. 1966-cı ildən müstəqil olan “İqtisadi coğrafiya” və “İstehsalın texnologiyası” kafedraları müstəqil fəaliyyətdə olmuş sonralar hər iki kafedranın adı dəfələrlə dəyişdirilmiş və nəhayət 2009-cu ildə birləşdirilərək “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” adı ilə fəaliyyətini davam etdirməkdədir.

Müxtəlif vaxtlarda həmin kafedralara dosent K.V.Hüseynova (1966-1970), do­sent A.H.Məmmədov (1971-1975), dosent S.Məcidov (1975-1979), prof.R.H. Məmmədov (1980-2008), dosent C.İbadova (1966-1968), prof. C.M.Mahmudov (1969-1991, 2000-2009), dosent A.Q.Qa­­sımov (1991-2000) rəhbərlik etmişlər.

Hazırda kafedrada 21 nəfər əməkdaş, o cümlədən 16 fəlsəfə doktoru, 1 fəxri  professor, 13 dosent və 2 nəfər köməkçi heyət fəaliyyət göstərir.

Kafedra formalaşdığı dövrdən bu günə qədər “Ekologiya” ixtisası adı ilə hər il 60 nəfərə qədər bakalavr pilləsinə tələbə qəbul edilir və təhsillərini müvəffəqiyyətlə başa vururlar. Eyni zamanda “Ətraf mühitin mühafizəsi və bərpası” ixtisaslaşması üzrə hər il 15 magistr hazırlanır.

Kafedranın fəaliyyəti dövründə hər il üçün əvvəlcədən plana daxil edilmiş dövlət büdcəli elmi-tədqiqat işləri yerinə yetirilir. Elmi işlərin əsas istiqamətləri dövlət proqramlarına uyğun olaraq regionların inkişafında və istehsal sahələrində yaranan ekoloji problemlərə, onların həlli istiqamətlərinə həsr edilmişdir. Müxtəlif mövzularda yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələri əsasən tədris prosesində tətbiq olunur.

Son 10 ildə kafedra əməkdaşları nüfuzlu indeksli jurnallarda, xarici və yerli konfranslarda vaxtaşırı iştirak etmiş və məqalələr çap etdirmişlər. Ümummilli lider H.Əliyevin yubiley günlərinə həsr olunmuş konfranslar təşkil edilmiş və bu konfranslara Ekologiya və TS Nazirliyindən , AMEA-dan, Gənclər Təşkilatından və s. yerlərdən nümayəndələr dəvət olunmuşdur. Eyni zamanda fakultə səviyyəsində Tələbə Elmi Cəmiyyətinin konfransları təşkil edilmişdir. Kafedrada “Yaşıl Dünya”dərnəyi daimi fəaliyyət göstərir.

Kafedra respublikanın digər ali məktəbləri, AMEA və bəzi xarici öləkələrlə sıx əlaqələr saxlayır. Xüsusilə kafedra əməkdaşları AMEA-nın Coğrafiya İnstitutunda öz elmi işlərini tamamlamış, alimlik dərəcəsi almaq üçün namizədlik dissertasiyalarını müdafiə etmişlər. Xarici ölkələrlə əməkdaşlıq çərçivəsində Türkiyə, Almaniya ,Rusiya Federasiyası ( MQU-nun Bakı filialı) və Qazaxıstanın ali məktəbləri ilə təcrübə mübadilələri aparılmışdır.

Kafedra əməkdaşları daima respublikanın və universitetin ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Dövlət proqramları və Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş sənədlərin icrası ilə bağlı kafedrada bir çox işlər yerinə yetirilmişdir. “2018-2022-ci illər üçün milli strategiyanın həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədilə kafedra tərəfindən “Bərk məişət tullantılarının təkrar emalı və idarə edilməsi” mövzusunda 2 vəsait işlənib təhvil verilmişdir. Kafedra əməkdaşlarının həmin vəsaitlər əsasında müxtəlif fakultələrdə tələbə və müəllimlər qarşısında çıxışları dinlənilmişdir. İqtisadiyyatın inkişafının mühüm elementlərindən biri hesab edilən ətraf mühitin mühafizəsi və ekoloji problemlərə həsr olunmuş tədbirlər kafedranın əsas inkişaf istiqamətlərindən biridir. Bu baxımdan kafedra üzvləri daimi olaraq tələbələri müxtəlif istehsal sahələrinə , EXPO mərkəzdə nümayiş olunan sərgilərə, respublikanın tarixi abidələrinə, milli parklar , qoruqlara aparır və onlar haqqında geniş məlumatlar verirlər.

*
“Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının xəbərləri UNEC NEWS-da

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna