2017-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının dosenti olub.
2017-ci ildən 2018-ci ilə qədər UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının dosenti olub. İqtisad elmləri namizədidir. 20.04.2018-ci il tarixdən UNEC-in “İqtisadiyyat və biznesin idarə edilməsi” kafedrasinin müdiri təyin edilmişdir. Hazırda kafedra “Biznesin idarə edilməsi” adlanır.
2017-ci ilin martında Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilən layihədə iştirak edib. Polşa Respublikasının Poznan İqtisadiyyat və Biznes Universitetində bakalavr və magistrlərə mühazirə oxuyub. Marketinq fənnini tədris edən S.Məmmədova Poznan İqtisadiyyat və Biznes Universitetinin xahişi ilə proqrama “Azərbaycan iqtisadiyyatının rəqabətqabliyyətinin əsas vektorlarının inkişafı” və “Azərbaycan Respublikasında biznesin təşkilində mədəni amillərin rolu” mövzularını əlavə edib.
2017-ci ilin oktyabrında Moskvada keçirilən “Əlilliyi olan gənclərin inklüziv təhsil şəraitində professional oriyentasiyası” mövzusunda II beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransda S.Məmmədova UNEC və Moskva Dövlət Humanitar İqtisad Universiteti (MDHİU) arasında imzalanan ikili diplom proqramının əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Rus İqtisad Məktəbində elmi seminarlar (06.03.2018)
“İnklüziv təhsil UNEC-in prioritet məsələlərindəndir” (31.10.2017)
UNEC müəllimi Almaniyada ən müasir bilikləri təqdim edir (19.09.2017)
UNEC müəllimləri Polşanın Poznan İqtisadiyyat və Biznes Universitetində mühazirə oxuyublar (16.03.2017)