2016-cı ildə yaradılan Tərcümə Mərkəzi Azərbaycan Dövlət İqtisad Universitetində tədris işinin daha da təkmilləşdirilməsi, tədrisin yeni, müasir dövrün tələblərinə cavab verəcək iqtisadi ədəbiyyatlarla təmin edilməsi, universitetdə elm, təhsil, mədəniyyət və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi, bu sahələrin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsini təmin edən təsisatdır.
Hazırda Tərcümə Mərkəzi Xarici dillər departamentinin tərkibində struktur bölmə kimi fəaliyyət göstərir.
Mərkəzin fəaliyyət istiqamətləri:
UNEC-də tədris işinin lazımi ədəbiyyatlarla daha da zənginləşdirməsi məqsədilə iqtisadiyyata dair dərslik və dərs vəsaitlərinin ingilis, fransız, alman, rus və digər dillərdən ana dilimizə tərcümə edilməsi;
UNEC-in digər struktur bölmələri ilə əməkdaşlığın qurulması və daha da inkişaf etdirilməsi;
Elm, təhsil, mədəniyyət və iqtisadiyyatın müxtəlif sahələrinə dəstək verilməsi və onların inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi.
Mərkəzin vəzifələri:
Dünyanın aparıcı universitetlərində tədris edilən iqtisadi dərslik və dərs vəsaitlərinin müvafiq qaydalar əsasında ingilis, fransız, alman, rus və digər dillərdən azərbaycan dilinə tərcümə edilməsi, müəllim və tələbələrimizin müasir dövrün tələblərinə uyğun iqtisadi ədəbiyyatlarla təminatının daha da yaxşılaşdırılması.
İngiliscə, azərbaycanca və digər ikidilli iqtisadi terminlər lüğətlərinin tərtib edilərək çap edilməsi;
Universitetimizin professor-müəllim heyəti və tələbələri üçün ingiliscə-azərbaycanca danışıq kitabçalarının, şifahi nitqin inkişafını təmin edən digər vəsaitlərin tərtib edilməsi;
Universitetə əcnəbi dillərdə daxil olan və xaricə göndərilən məktubların tərcüməsinin təşkili;
Universitetə gələn əcnəbi qonaqlar üçün tərcümə xidmətinin təşlkili;
Ölkə daxilində və xaricdə universitet əməkdaşlarının keçirilən tədbirlərdə nümayəndə qismində iştirakı zamanı zərurət yarandıqda onlara tərcüməçilik fəaliyyətinin göstərilməsi;
Universitet saytının ingilis, rus, zərurət yarandığı təqdirdə digər əcnəbi dillərdə hazırlanmasının təşkili və mütəmadi olaraq yenilənməsi;
Universitet əməkdaşlarının nüfuzlu elmi əsərlərinin ingilis, rus və digər əcnəbi dillərdə hazırlanıb saytda yerləşdirilməsi;
Mərkəzin fəaliyyət proqramının hazırlanması.
Mərkəzin hüquqları:
Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflər, proqramlar, planlar, tədbirlər hazırlamaq və həyata keçirmək üçün təkliflər vermək;
Praktiki tərcümə, tərcümə nəzəriyyəsi və xarici dillərin tədrisi ilə bağlı dərsliklərin və dərs vəsaitlərinin hazırlanması, təsdiqlənməsi və nəşrinin təmin edilməsi;
Tərcümə sahəsində müxtəlif konfransların keçirilməsi;
Fəaliyyət istiqamətinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək;
Müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübələri öyrənmək.
*
UNEC-də Tərcümə Mərkəzi yaradılıb (05.10.2016)