*
UNEC-in Elmi Şurasının 31 may 2022-ci il tarixli iclasının EŞ 183 №-li Qərarının icrasını təmin etmək məqsədilə 02.09.2022-ci il tarixdən “Beynəlxalq iqtisadiyyat”, “Nəzəri və praktiki iqtisadiyyat”, “İqtisadiyyatın tənzimlənməsi” və “İqtisadi nəzəriyyə” kafedraları ləğv edilərək onların bazasında “İqtisadiyyat” kafedrası yaradılmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) fəaliyyət göstərdiyi 1966-cı ildən İqtisadi nəzəriyyə (Siyasi iqtisad) kafedrası mövcuddur. Hazırki “İqtisadi nəzəriyyə” kafedrası 1975-ci ildən müstəqil kafedra kimi fəaliyyət göstərir. Həmin il fənnin əhəmiyyətini və iqtisadçı mütəxəssislərin hazırlanması ilə bağlı problemləri nəzərə alaraq “Siyasi iqtisad” kafedrası iki müstəqil kafedraya ayrıldı. Elə o vaxt kafedranın müdiri vəzifəsinə əvəzçiliklə elmi işlər üzrə prorektor, Azərbaycan EA-nın müxbir üzvü, prof. A.Ələsgərov təyin olundu .
1976-1987-ci illərdə kafedraya prof. M.Musayev rəhbərlik etmişdir. 1987-1990-cı illərdə kafedraya prof. Ə.Axundov, 1990-1996-cı illərdə prof. M.Əhmədov rəhbərlik etmişdir. Kafedra 1993-cü ildən İqtisadi nəzəriyyə adlandırılmışdır. 1996-cı ildən indiyədək kafedraya i.e.d., prof. Əlican Pirican oğlu Babayev rəhbərlik edir.
Kafedrada müxtəlif vaxtlarda Azərbaycanda ilk iqtisad elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, prof. Bəhman Axundov, məşhur iqtisadçı alim prof. Həsən Dadaşov, AXTİ-nin rektoru işləmiş (1955-1959) dos. Şamil Əliyev, məşhur iqtisadçı alim prof. Ələsgər Qasımov, elmi nəşrləri və qabaqcıl ideyaları ilə Ümumittifaq səviyyəsində tanınmış prof. Ərəstun Axundov, respublikada iqtisad elminin inkişafında əhəmiyyətli rol oynamış prof. Yusif Məmmədov, prof. Qara Sadıqov, Azərbaycan EA-nın müxbir üzvü, prof. Teymur Vəliyev, Azərbaycan EA-nın müxbir üzvü prof. Ağasəlim Ələsgərov, prof. Məmmədhəsən Sultanov və digər görkəmli alimlər elmi-pedaqoji fəaliyyət göstərmişlər.
Kafedranın professor-müəllim heyəti tərəfindən dərslik və proqramlar hazırlanmışdır. Buraya 45 ç.v. həcmində olan “İqtisadi nəzəriyyə” dərsliyini, “İqtisadi nəzəriyyə kursunun təkmilləşdirilmiş proqramı”nı, yeni tədris fənləri olan “Keçid iqtisadiyyatının nəzəri əsasları”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “İqtisad elminin yaradıcılıq metodologiyası”, “İqtisad elminin tarixi və metodologiyası”, “Azərbaycan iqtisadiyyatı”, “Azərbaycan və Şərq iqtisadi fikir tarixi” kursları üzrə proqramların nəşrini aid etmək olar. Bununla yanaşı, P.Samuelsonun və V.Nordhauzun “İqtisadiyyat” dərsliyinin əsas iqtisadi anlayışlarının ingilis – Azərbaycan dili izahlı lüğəti hazırlanmış və çap olunmuşdur.
*
Hazırda kafedrada bakalavr və magistr təhsili üzrə 7 fənn tədris olunur. “İqtisadiyyata giriş”, “Mikroiqtisadiyyat”, “Makroiqtisadiyyat”, “İnstitusional iqtisadiyyat”, “Mikro-Makroiqtisadiyyat 3 səviyyə”, “İqtisadi fəaliyyətin mahiyyəti və institusional strukturu”, “Dünya ölkələrinin iqtisadi inkişaf modelləri”.
Kafedranın müəllim heyətinin sayı hazırda 14 nəfərdən ibarətdir. Onlardan 2 nəfər professor, 9 nəfər dosent, 3 nəfər müəllim vəzifələrini tutur. Kafedranın professor-müəllim heyətinin 14 nəfər üzvündən 2 nəfəri iqtisad elmlər doktoru və 9 nəfəri isə iqtisad üzrə fəlsəfə doktorlarıdır. Texniki heyət 2 baş laborantdan ibarətdir.
i.e.d., prof.Babayev Əlican Pirican (0,5) (kafedra müdiri)
i.e.d., prof. Bayramov Əvəz İslam oğlu (0.5)
i.e.n., dos. Məmmədov İsa Ismayıl (0.75)
i.e.n., dos. Əliyeva Dilşad Ziyad (0.75)
i.e.n., dos. Seyidov Ziyad Mirəziz (0.75)
i.e.n., dos. Xankişiyev Xankişi Səməd
i.e.n., dos. Yusifov Oqtay Yusif (0.75)
i.e.n., dos. Məmmədov Aydın Bayram (0.75)
i.f.d., dos. Xankişiyeva Camalə Xankişi (0.75)
i.f.d., dos. Sərdarova Sevda Yusif (0.5) [TMKT dir. müavini]
b/m. Abbasova Sevda İsmayıl (0.75)
müəl. Vəliyeva Tamilla Qulam
müəl. Quliyeva Aysel Əlican (0.75)
*